Konstitusiya: Xüsusi qeydlər

 

1.Azərbaycan Respublikasının Tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır?

Cavab: Prezident

 

2.Toxunulmazdır?

Cavab:

*mülkiyyət

*ərazi

*yaşamaq hüququ

 

3.Uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edir:

Cavab: Dövlət

 

4.Hüquqlardan sui-istifadəyə yol verilmir.Harada göstərilib?

Cavab: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi

 

5.Müstəsna cəza tədbiri hansıdır?

Cavab:ölüm cəzası

 

6.Mülkiyyətçinin hüquqları:

Təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək.

 

7.Səhiyyə hansı mülkiyyət növü əsasında fəaliyyət göstərir?

Cavab: Müxtəlif

 

8.Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.Harada göstərilib

Cavab : MADDƏ 53: Vətəndaşlıq hüququnun təminatı

 

9.Dövlət sahibkarlıq sahəsində: yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

 

10.Səlahiyyət müddəti ərzində milli məclisin deputatının şəxsiyyəti toxunulmazdır.

11.Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

12.Səlahiyyət müddəti ərzində A.R-in Baş nazirinin şəxsiyyəti toxunulmazdır.

13.Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüquna malikdir.

 

14.Prezidentin istefasının qəbul olunması barədə qərar qəbul edir ?

Cavab: Konstitusiya məhkəməsi

 

15.Hakimlər toxunulmazdırlar.

 

16.A.R Konstitusiyasına əsasən məhkəmənin qəbul etdiyi qərarlar DÖVLƏTİN adından çıxarılır.

 

17.Prezident səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verdikdə Milli Məclis bu faktın aydınlaşdırılması üçün A.R Konstitusiya Məhkəməsinə bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə qəbul edir.

 

18.Azərbaycan Respublikası Prezidenti Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin edir və vəzifədən azad edir.

19.A.R Prezidenti Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir.

20.A.R Prezidenti Silahlı Qüvvələrin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir.

21.A.R Prezidenti Prezident Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir.

22.A.R Prezidenti A.R-in xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır.

23.A.R Prezidenti xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir.

24.A.R Prezidenti təsdiqnamələri imzalayır

25.A.R Prezidenti Ümumi və qismən Səfərbərlik elan edir.

26.A.R Prezidenti Xüsusi mühafizə xidmətləri yaradır.

27.A.R Prezidenti A.R-in bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir.

28.A.R Prezidenti A.R-in ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir.

 

29.Prezidentin təqdimatına əsasən A.R Milli Məclisi A.R-in Baş naziri vəzifəsinə təyin olunmasına 3 dəfə razılıq verməzsə A.R Prezidenti Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

 

30.Baş nazir,Baş nazirin müavini,nazir,digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə vəzifəsinə seçilmək üçün namizədlərə dair tələblər:

*Seçkilərdə iştirak etmək hüququna malik *Ali təhsilli olmalı

*Başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

 

31.Vite-prezidenti seçilmək üçün namizədlərə dair tələblər:

*Seçkilərdə iştirak etmək hüququna malik *Ali təhsilli olmalı

*Başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

 

32.Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən edilir.

 

33.Məhkəmə hakimiyyətini həyata keçirir:

Konstitusiya,Ali,Apellyasiya,ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirir.

 

34.Məhkəmə hakimiyyəti Konstitusiya,mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.

 

35.Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

 

36.Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər.

 

37.Məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir:

 

Ali məhkəmə

38.NMR Konstitusiyası Milli Məclisə A.R Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.

39.NMR Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən NMR Ali məclisi təyin edir.

40.NMR Nazirlər Kabinetinin tərkibini NMR Baş nazirinin təklifi ilə NMR Ali Məclisi təsdiq edir.

41.NMR yerli icra hakimiyyətinin başçılarını NMR Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidenti təyin edir.

 

42.Bəkədiyyələrə əlavə səlahiyyətlər verilə bilərmi?

Cavab: Bələdiyyələrə Qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər.

 

43.Bələdiyyə üzvlərinin seçilməsi,səlahiyyətlərinin dayandırılması və

ya səkahiyyətlərinə xitam verilməsi,bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.

 

44.Normativ hüquqi aktların dərc edilməsi qaydası necə müəyyən edilir?

Cavab: Konstitusiya qanunu ilə

 

45.Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız Referendumla qəbul edilə bilər.

 

46.Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.

 

47.Azərbaycan Respublikası Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə bilərlər.

 

48.A.R Konstitusiyası qüvvəyə mindiyi gündən Ali Arbitraj məhkəməsi Azərbaycan Respublikasının İqtisad məhkəməsi adlanır.

 

49.Bu Konstitusiya qüvvəyə mindiyi gündən 1 il ərzində Konstitusiya məhkəməsi yaradılmalıdır.

 

50.Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir.

 

 

Tərtib etdi: Elvin Əhmədov

Əlaqə: 055-397-94-84

Dostlarla Paylaş ↓