Dövlət Qulluğu haqqənda Qanun: Xüsusi qeydlər

 

1.Dövlət qulluqçusuna ixtisas dərəcəsi verilərkən nələr nəzərə alınır?

Cavab: Peşəkarlığı və idarəçilik təcrübəsi

 

2.Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları kim tərəfindən müəyyən edilir?

Cavab: Müvafiq icra hakimiyyəti orqanı

 

3.Kimlərə hüquqi akt və vəsiqə verilir?

Cavab: 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı ixtisas dərəcəsi alan dövlət qulluqçularına.

 

4.Dövlət qulluqçuları üçün vəzifə maaşlarının məbləği nəyə uyğun müəyyən edilir?

Cavab: Dövlət qulluğu vəzifələrinin təsnifatına uyğunmüəyyən edilir.

 

5.Dövlət məvacibi ilə bağlı müddəalar şamil olunmur?

Cavab: A.R-in xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə.

6.Əlavə haqq dövlət qulluqçuları ilə yanaşı kimlərə şamil olunur?

Cavab:

A.R Baş nazir və onun müavinləri,

NMR Baş naziri və onun müavinləri,

A.R MİHO rəhbəri və onun müavinləri,

NMR MİHO rəhbəri və onun müavinləri,

Yerli İcra Hakimiyyəti orqanının rəhbəri (başçısı)

 

7.Artıq əmsal verilir?

Cavab: Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşına müəyyən edilir.

 

8.Artıq əmsalın məbləği necə müyyən edilir?

Cavab: Azərbaycan Respublikasının müvafiq qanunu ilə

 

9.Dövlət qulluqçusunun əlavə təhsil aldığı müddət qulluq stajına daxildir?

Cavab: Bəli

 

10.Dövlət qulluqçusunun əlavə təhsil alması üçün əsasdır:

Cavab:

Dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi Dövlət qulluğunun ehtiyyat kadrlarının siyahısına daxil edilməsi

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi

Dövlət qulluqçusunun şəxsi təşəbbüsü

 

11.Dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı hansı qaydada tənzimlənir? Cavab: Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

 

12.Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı necə həyata keçirilir?

Cavab: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq həyata keçirilir.

 

13.Dövlət qulluqçusunun pensiyasının məbləği aslıdır?

Cavab:

Qulluq stajından

Dövlət məvacibinin məbləğindən

 

14.Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları necə müəyyən edilir?

Cavab: Qanunvericiliklə

 

15.Xidməti yoxlamanın aparılması qaydası kim tərəfindən müəyyən edilir?

Cavab: Müvafiq İcra Hakimiyyəri orqanı

 

16.İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən,onun imzalandığı gündən nə qədər müddətdə və hara şikayət vermək olar?

Cavab: 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar.

 

18.Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada necə məsuliyyət daşıyır?

Cavab: maddi məsuliyyət daşıyır.

 

19.Dövlət quluğuna qəbulun mümkün olub- olmaması ilə bağlı aparılan yoxlama zamanı nə yoxlanılmamalıdır?

Cavab: Şəxsi (ailə) həyatın təfsilatı.

 

20.Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənun aparılması qaydasını kim müəyyən edir?

Cavab: Müvafiq İcra Hakimiyyəti orqanı

 

21.Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini kim müəyyən edir?

Cavab: Müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

22.Müraciətlərə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası kim tərəfindən müəyyən olunur?

Cavab: Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

23.Müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır?

Cavab: Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi.

 

24.Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları kim tərəfindən müəyyən edilir?

Cavab: Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

25.Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün dövlət orqanının rəhbərinə nə zaman təqdim olunurlar?

Cavab 5 iş günü müddətində

 

26.Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi kim tərəfindən müəyyən edilir?

Cavab: Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

27.Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi kim tərəfindən müəyyən edilir? Cavab: Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

28.Dövlət qulluğuna qəbulla bağlı bu qanunun müddəaları şamil edilmir:

Cavab: Ali kateqoriya dövlət orqanlarında

ali,

1-ci təsnifat

2-ci təsnifat

3-cü təsnifatı vəzifələrinə

A.R-də fəaliyyət göstərən səfirlik və konsulluqlarda təyin olunan ticarət nümayəndələri vəzifələrinə

Müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğuna qəbula və bu qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula şamil edilmir.

 

29.Dövlət qulluğunun müsabiqə mərhələsi ilə bağlı 28.1 müddəası aid deyil:

Cavab: Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu.

 

30.Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması necə həyata keçirilir?

Cavab: müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə.

 

31.Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və ya konsulluğunda ticarət nümayəndəsi vəzifəsinin tutulması hansı qaydada həyata keçirilir?

Cavab: Müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.

 

32.Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağll olan digər məsələlər necə tənzimlənir?

Cavab: Azərbaycan Resoublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

 

33.Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri necə rəsmiləşdirilir?

Cavab: Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir.

 

34.Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə kimin rəyi əlavə edilir?

Cavab: Xidməti fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusunun rəyi əlavə edilir.

 

35.Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair normativ aktlar kim tərəfindən qəbul edilir?

Cavab: Müvafiq icra hakimiyyəti orqanı

 

36.Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılarkən nələr nəzərə alınmalıdır?

Cavab:

1.Dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi

2.Elmi dərəcənin və ya elmi adın olması

3.Dövlət təltifi ilə təltif edilmə

4.Attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə

 

37.Dövlət qulluğu haqqında qanunda tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər necə tənzimlənir? Cavab: Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə

 

38.Dövlət qulluqçusunun qulluq stajının hesablanması kim tərəfindən həyata keçirilir?

Cavab: qulluq etdiyi dövlət orqanı tərəfindən

 

39.Dövlət qulluğunun hesablanması zamanı yaranmış fikir ayrılığı kim tərəfindən aradan qaldırılır?

Cavab: Dövlət Qulluğunu İdarəetmə Şurası tərəfindən.

 

40.Dövlət qulluqçusunun xidməti davranışı nədir?

Cavab: Qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir.

 

41.Dövlət qulluqçusunun xidməti davranışı nəyə əsaslanmalıdır?

Cavab: Bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə

 

42.Qanuni göstərişlərin yerinə yetirilməməsi hansı məsuliyyətə səbəb olur?

Cavab: intizam

 

43.Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır:

Cavab: .Etik davranış qaydalarının pozulması.

 

44.Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda etməlidir?

Cavab: Bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

 

45.Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Bu müddəa Etik davranış qaydaları haqqında qanunun hansı maddəsinə göstərilmişdir?

Cavab: Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

 

46.Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda dövlət qulluqçusu nə etməlidir?

Cavab: Dövlət qulluqçusu onlardan imtina etməlidir.

 

47.Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün nə etməlidir?

Cavab: Qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

 

48.Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə necə olmalıdır?

Cavab: nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

 

49.Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin,sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə nə etməlidir?

Cavab: Bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir.

 

50.Dövlət qulluqçusunun xidməti davranışı nəyə uyğun olaraq tənzimləmir?

Cavab: Bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.

 

Tərtib etdi: MASTER EDUCATİON

ALİ TƏDRİS MƏRKƏZİ

 Elvin Əhmədov müəllim

Əlaqə: 055-397-94-84

Dostlarla Paylaş ↓