Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa aid TEST və CAVABLARI

 

1. Məlumat azadlığı Azərbaycan Respublikasının Konstitusiyasının neçənci maddəsində təsbit olunmuşdur?
A) 50-ci maddəsində
B) 57-ci maddəsində
C) 94-cü maddəsində
D) 55-ci maddəsində

 

2. Azərbaycan Respublikası Konstitusiyasına əsasən kimlərin və hansı məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır?
A) hər bir şəxsin
B) hər bir şəxsin
C) hər kəsin
D) Hamının

 

3. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kimlərin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır?
A) hər bir şəxsin
B) hər bir şəxsin
C) hər kəsin
D) hər bir vətəndaşın

 

4. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsi nəyə səbəb olmamalıdır?
A) heç kəsin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalı
B) fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalı
C) fiziki və hüquqi şəxslərin hüquq və qanuni maraqlarının pozulmasına səbəb olmamalı
D) vətəndaşların hüquq və mənafelərinin pozulmasına səbəb olmamalı

 

5. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanun hansı məsələləri tənzimləyir?
A) məlumat azadlığının həyata keçirilməsi sahəsində dövlətlə vətəndaş arasında yaranan münasibətləri tənzimləyir
B) məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir
C) məlumat azadlığının müəyyən edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir
D) məlumat azadlığının inkişaf etdirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir

 

6. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat münasibətlərinin subyektləri kimlərdir?
A) Dövlət orqanlarının və bələdiyyələrin
B) Fiziki və hüquqi şəxslərin
C) Hər bir vətəndaşın
D) Hər bir şəxsin

7. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının məhdudlaşdırılmasına hansı hallarda yol verilir?
A) Bu Qanunda nəzərdə tutulmuş hallarda yol verilir.
B) Beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.
C) Azərbaycan Respublikasının Konstitusiyasında və qanunda nəzərdə tutulmuş hallarda yol verilir.
D) Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir.

 

8. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığından istifadə edilmə qaydası hansı qanunvericilik aktı ilə müəyyən edilir?
A) Azərbaycan Respublikasının Konstitusiyası ilə
B) Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə
C) Yalnız Azərbaycan Respublikasının Qanunları ilə
D) Bu Qanunla

 

9. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsinin neçə əsas prinsipi müəyyənləşdirilmişdir?
A) 5
B) 4
C) 6
D) 3

 

10. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən deyil?
A) məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı
B) məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi
C) məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi
D) hər bir vətəndaşın əldə etdiyi məlumatların qorunması

 

11. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən deyil?
A) hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması
B) şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması
C) məlumat azadlığının təmin edilməsi
D) məlumatın ədalətliliyi, tamlığı və düzgünlüyü

 

12. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın əldə edilməsi hansı yollarla təmin edilmir?
A) dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə
B) kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməsi ilə
C) normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə
D) vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə

 

13. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansılar məlumat mənbələri hesab edilmir?
A) qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar
B) kütləvi informasiya vasitələrinin məlumatları
C) məzmunundan və formasından, əldə edilmə üsulundan asılı olmayaraq əldə edilmiş sənədlər və başqa daşıyıcılar
D) açıq çıxışlar

 

14. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat əldə edilməsi qaydasına görə neçə yerə bölünür?
A) 2
B) 3
C) 5
D) 4

 

15. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın əldə edilməsi hansı necə həyata keçirilir?
A) bu qanunla müəyyən edilmiş qaydada və üsullarla
B) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla
C) Konstitusiya ilə müəyyən edilmiş qaydada və üsullarla
D) beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada və üsullarla

 

16. Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər hansı qanunvericiliyə uyğun olaraq tənzimlənir?
A) mülki qanunvericiliklə
B) müvafiq qanunvericiliklə
C) dövlət sirri haqqında qanunvericiliklə
D) Konstitusiya ilə

 

17. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməsi barədə müqavilə hansı qanunvericiliyə uyğun bağlanır?
A) mülki
B) inzibati
C) beynəlxalq
D) müvafiq

 

18. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməməsi barədə kimlərə şikayət edilməsi nəzərdə tutulmamışdır?
A) Azərbaycan Respublikasının İnformasiya məsələləri üzrə müvəkkilinə
B) məlumat sahibinin yuxarı orqanına
C) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)
D) məhkəməyə

 

19. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi kimin üzərinə düşür?
A) məlumat sahibinin
B) iddiaçının
C) cavabdehin
D) dövlət orqanın

 

20. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsiyyət barədə məlumatlara aiddir?
A) şəxsiyyət haqqında açıq elan edilmiş xəbər
B) şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər
C) şəxsiyyət haqqında sənədləşdirilmiş xəbər
D) vətəndaş haqqında açıq elan edilmiş xəbər

 

21. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsiyyət haqqında hansı məlumatlar və hansı halda dövlət orqanları tərəfindən toplana bilər?
A) şəxsiyyətin şəxsi və ailə həyatı barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə
B) şəxsiyyətin lazım bildiyi məlumatlar yalnız onun tərəfindən könüllü təqdim edildikdə
C) şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə
D) şəxsiyyət haqqında məlumatlar yalnız onun tərəfindən könüllü təqdim edildikdə

 

22. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanun nə vaxt qəbul edilmişdir?
A) 19 iyun 1998-ci il
B) 19 iyun 1997-ci il
C) 29 iyun 1998-ci il
D) 19 iyul 1998-ci il

 

CAVABLAR

1. A
2. C
3. C
4. B
5. B
6. B
7. D
8. B
9. C
10. D
11. D
12. B
13. C
14. A
15. B
16. B
17. A
18. A
19. C
20. B
21. C
22. A

 

 

Müəllif: Pərviz Tağızadə.

Əlaqə: 055 225 95 54

Dostlarla Paylaş ↓