Elektron imza və Elektron sənəd haqqinda Testlər və Cavabları. (Şamxal Şıxəliyev)

 

1. Elektron sənəd nədir?

a) Informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləri
b) Elektron sənədi Göndərən və Alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən informasiya prosesləri
c) Informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd
d) Elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, elektron sənədin ünvanlandığı fiziki və hüquqi şəxs

 

2. Elektron sənəd dövriyyəsi vasitəçisi nədir?
a) Elektron sənədi Göndərən və Alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxs
b) Elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla, elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxs
c) Elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla, özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və ya hüquqi şəxs
d) Digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər

 

3. Aşağıdakı fikirlərdən hansı doğrudur?

a) İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir
b) Elektron imzanın yoxlanma qaydası həmin fiziki və ya hüquqi şəxs tərəfindən müəyyən edilir
c) İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edə bilməz
d) Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza güclüdür

 

4. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi ilə bağlı verilənlərdən biri yalnışdır.

a) Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilər
b) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malik ola bilər
c) Məlumat bildirişin və elektron sənədin istifadəsi digər normativ hüquqi aktlarla tənzimlənir
d) Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir

 

5. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün hansı imza vasitəsindən istifadə edilir?
a) Yalnız gücləndirilmiş imza
b) Yalnız sertifikatlaşdırılmış imza
c) Yalnız gücləndirilmiş imza və sertifikatlaşdırılmış imza
d) Yalnız kağız daşıyıcılar

 

6. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası kim tərəfindən müəyyənləşdirilir?
a) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
b) Imza sahibi tərəfindən
c) Yerliözünüidarəetmə orqanı tərəfindən
d) Fiziki və ya hüquqi şəxs tərəfindən

 

7. Elektron sənəd hansı quruluşa malikdir?
a) Sertifikatlaşdırılmış və sertifikatlaşdırılmamış
b) Ümumi və xüsusi
c) Məzmunlu və məzmunsuz
d) Sertifikatlaşdırılmış və sertifikatı bitmiş

 

8. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun hansı hissəsində qeyd edilir?
a) Ümumi
b) Sertifikatlı
c) Xüsusi
d) İmzalı

 

9. Elektron sənədə əlavə edilən elektron imza və vaxt göstəricisi elektron sənədin hansı hissəsində qeyd olunur?
a) Ümumi
b) Sertifikatlı
c) Xüsusi
d) Imzalı

 

10. Elektron sənəd hansı təqdimat formalarına malikdir?
a) Imzalı və imzasız
b) Daxili və xarici
c) Ümumi və xüsusi
d) Giriş və çıxış

 

11. Elektron sənədin əsli hansı təqdimat formasında ola bilər?
a) Yalnız daxili
b) Yalnız xarici
c) Yalnız imzalı
d) Yalnız imzasız

 

12. Korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi nə ilə tənzimlənir?
a) Müqavilə ilə
b) Sistemin daxili normativ sənədləri ilə
c) Elektron imza ilə
d) Elektron imza haqqında qanunla

 

13. Aşağıdakılardan hansı fikir yalnışdır?
a) Elektron sənədin elektron formada surəti ola bilməz
b) Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılır
c) Elektron sənədin kağız daşıyıcıdakı nüsxəsində onun müvafiq elektron sənədin surəti olması qeyd edilməlidir
d) Elektron sənədin kağız daşıyıcıdan başqa digər maddi obyektdəki və ya kağız daşıyıcıdakı, lakin müvafiq qaydada təsdiq edilməmiş nüsxəsi onun surəti sayılmır

 

14. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən bu qanun üçün istifadə edilən əsas anlayışlarla bağlı verilənlərdən hansı biri yalnışdır?

a) Elektron sənədi alan (bundan sonra – Alan) – elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxs;
b) Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra – Vasitəçi) – elektron sənədi Göndərən və Alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxs;
c) Elektron sənədin həqiqiliyi – elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq edilməsi;
d) Vaxt göstəricisi – müəyyən vaxt anında məlumat bildirişinin ona təqdim edilməsi barədə akkreditə edilməmiş Mərkəzin elektron qeydi;

 

15. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən hansı hallarda sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malik olur?

a) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla;
b) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş istisna hallarda;
c) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən;
d) Beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş prinsiplərə əsasən

 

16. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən hansı doğrudur?

a) Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallarda elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir;
b) Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə buQanuna müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur;
c) Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və ya onun bu Qanunun tələblərinə cavab verən surəti Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq qeydiyyata alınır və ya təsdiq edilir;
d) Məlumat bildirişinin və elektron sənədin istifadəsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə tənzimlənir

 

17. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ibarətdir? Tam və düzgün olanı seçin!

1. Azərbaycan Respublikasının Konstitusiyasından;
2. AR tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən;
3. Beynəlxalq hüquq normalarından;
4. AR Mülki Məcəlləsindən;
5. “Elektron imza və elektron sənəd haqqında AR Qanunu”ndan;
6. “Dövlət sirri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” AR Qanunlarından;
7. Digər normativ hüquqi aktlardan

a) 1, 2, 3, 4, 5, 7
b) 1, 3, 4, 5, 6, 7
c) 1, 2, 4, 5, 6, 7
d) 1, 2, 3, 5, 6, 7

 

18. “Elektron imza və elektron sənəd haqqında AR Qanunu”na əsasən aşağıdakılardan hansı doğru deyil?

a) Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur;
b) İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər, lakin onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir;
c) Elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilir. Yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında aparılır;
d) İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməyə borclu deyil;

 

19. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən yalnış cavab hansı variantda verilmişdir?

a) Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları sahə üzrə akkreditə edilmiş Mərkəzin xidmətlərindən istifadə etməlidir;
b) Dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir;
c) Dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi məlumat bildirişi onun sertifikatlaşdırılmış imzası ilə təsdiqlənməlidir;
d) Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir

 

20. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən elektron sənədə dair tələblərdən deyil? Tam və düzgün variantı seçin!

a) texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməməli və qəbul edilməlidir;
b) ümumi və xüsusi hissələrdən ibarət quruluşa malik olmalıdır;
c) identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;
d) texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır

 

21. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən aşağıdakılardan hansı doğrudur?

a) Elektron sənədin məzmunu onun xüsusi hissəsində qeyd edilir;

b) Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir;
c) Elektron sənədin ünvanlandığı şəxs barədə məlumatlar onun xüsusi hissəsində qeyd edilir;
d) Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin ümumi hissəsində qeyd olunur

 

22. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən elektron sənədin təqdimat formaları haqqında deyilən fikirlərdən biri yalnışdır?

a) Elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir;
b) Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdır;
c) Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdır;
d) Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun xarici təqdimat formasıdır

 

23. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən elektron sənədin surəti ilə bağlı aşağıda verilənlərdən hansı cavab doğru deyil?

a) Elektron sənədin surəti onun kağız daşıyıcıda əks edilmiş daxili təqdimat formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır;
b) Elektron sənədin kağız daşıyıcıdakı nüsxəsində onun müvafiq elektron sənədin surəti olması qeyd edilməlidir;
c) Elektron sənədin kağız daşıyıcıdan başqa digər maddi obyektdəki və ya kağız daşıyıcıdakı, lakin müvafiq qaydada təsdiq edilməmiş nüsxəsi onun surəti sayılmır;
d) Elektron sənədin əsli və bu Qanunun tələblərinə cavab verən kağız daşıyıcı üzərindəki surəti eyni hüquqi qüvvəyə malikdir

 

24. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən elektron sənədin istifadəsi və dövriyyəsi nəyin əsasında həyata keçirilir? Tam və düzgün olan cavabı seçin!

1. AR qanunvericiliyi;
2. AR tərəfdar çıxdığı beynəlxalq müqavilələr;
3. AR Konstitusiyası;
4. Elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələr

a) 1, 3  b) 2, 4  c) 1, 4  d) 3, 4

 

25. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən elektron sənəd dövriyyəsinin sənədləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş nəyin əsasında həyata keçirilir?

a) elektron sənədlərin mübadiləsi qaydası;
b) kargüzarlıq standartları və qaydaları;
c) elektron sənədlərlə bağlı olan texniki-təşkilati tələblər;
d) Korporativ informasiya sistemi

 

26. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi nə ilə tənzimlənir?

a) sistemin xarici normativ sənədləri ilə;
b) beynəlxalq öhdəliklər nəzərə alınmaqla;
c) Azərbaycan Respublikasının Konstitusiyası ilə;
d) sistemin daxili normativ sənədləri ilə

 

27. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən aşağıda verilənlərdən biri elektron sənədin göndərilməsi və alınması ilə bağlı mülahizələrdən deyil?

a) Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir;
b) Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır;
c) Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmış hesab olunur;
d) Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir

 

28. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən hansı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir? Tam və düzgün cavabı seçin!

1. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa;
2. elektron sənədin həqiqiliyi təsdiqlənmişdirsə;
3. elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə;
4. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır;
5. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarı deyil

a) 1, 3, 5   b) 1, 3, 4     c) 1, 2, 4     d) 1, 2, 5

 

29. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, bu halda hansı tədbir görülür?

a) Göndərən bu barədə Alanı məlumatlandırmır, ancaq təsdiqləmənin göndərilməsi müddətini təyin edir;
b) Göndərən bu barədə Alanı məlumatlandırır, ancaq təsdiqləmənin göndərilməsi müddətini təyin etməyi Alandan tələb edir;.
c) Göndərən bu barədə Alanı məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir;
d) Göndərən bu barədə Alanı məlumatlandırır, ancaq təsdiqləməni göndərmir və dəlil kimi özündə saxlayır

 

30. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən aşağıda verilənlərdən hansı elektron sənədin göndərilmə və alınma vaxtı ilə bağlı mülahizələrdən deyil?

a) Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu gün elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir;
b) Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir;
c) Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi
informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir;
d) Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər

 

31. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən elektron sənədin saxlanılma qaydası hansı şərtlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir?

1. elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu saxlasın;
2. elektron sənəd onu Göndərəni, Alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkan versin;
3. elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilməsin;
4. elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilsin;
5. elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olsun;
6. elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olmasın;
7. qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlərə uyğun gəlsin.

a) 1, 2, 3, 6, 7
b) 1, 2, 4, 5, 7
c) 1, 2, 3, 5, 7
d) 1, 2, 4, 6, 7

 

32. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən elektron sənədlərin saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq kimlərin xidmətlərindən istifadə edilə bilər?

a) bütün vətəndaşların;
b) digər hüquqi şəxslərin;
c) digər fiziki şəxslərin
d) digər hüquqi və fiziki şəxslərin

 

33. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən aşağıda verilənlərdən hansı elektron sənədin mühafizəsi ilə bağlı müddəada öz əksini tapmamışdır?

a) Elektron sənəd dövriyyəsi zamanı elektron sənədin mühafizəsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olan proqram və texniki vasitələrdən istifadə edilməlidir;
b) Elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və şəbəkələrində mühafizə tədbirlərinin lazımi səviyyəsi bu sistem və şəbəkələrin mülkiyyətçisi tərəfindən təmin edilir;
c) Elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və şəbəkələrində mühafizə tədbirlərinin lazımi səviyyəsi iştirakçıların razılaşmasına uyğun təmin edilir;
d) Korporativ informasiya sistemlərində elektron sənəd dövriyyəsinin mühafizə tədbirlərinin lazımi səviyyəsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq olaraq bu sistemin mülkiyyətçisi tərəfindən və ya iştirakçıların razılaşmasına uyğun təmin edilir

 

34. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən aşağıda verilən fikirlərdən hansı yalnışdır?

a) Tərkibində dövlət, kommersiya, bank sirləri təşkil edən məlumatlar və digər konfidensial informasiyalar olan elektron sənədlərin istifadə qaydası və mühafizə tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir;
b) Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin mübadiləsi üçün sertifikatlaşdırılmış və gücləndirilmiş elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə olunmalıdır;
c) Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin mübadiləsi üçün yalnız sertifikatlaşdırılmış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə olunmalıdır;
d) Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertizası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir

 

35. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən kimlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq elektron sənədlərin mühafizəsi üçün zəruri tədbirlərin görülməsini təmin etməlidirlər?

a) Bu Qanununda nəzərdə tutulan elektron sənədlərlə işləməyə buraxılan şəxslər;
b) Dövlət orqanının rəhbəri;
c) Hüquq-mühafizə orqanları;
d) Müvafiq icra hakimiyyəti orqanları

 

36. “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu” nə vaxt qəbul edilib?
a) 10 aprel 2004-cü il
b) 26 iyun 2001-ci il
c) 9 mart 2004-cü il
d) 9 mart 2002-ci il

 

Cavabları

1.   C 26. D
2.   A 27. C
3.   A 28. B
4.   A 29. C
5.   C 30. A
6.   A 31. D
7.   B 32. D
8.   A 33. C
9.   C 34. B
10.  B 35. A
11. A 36. C
12. B  
13. B  
14. D  
15. A  
16. B  
17. C  
18. D  
19. C  
20. A  
21. B  
22. D  
23. A  
24. C  
25. B  

                                                                                                                                                    Müəllif: Şamxal Şıxəliyev                                                                                                                                                                  Əlaqə:   +994 51 337 37 75   

                                                                                                                                                         Samxal_Muellim_Sixeliyev

Dostlarla Paylaş ↓