Kabel Tipləri

Bu məqalədə müxtəlif kompüter və şəbəkə texnologiyalarında istifadə olunan kabel standartları haqda lazımi qədər məlumat verilir. Verilən məlumatlar oxşar kabellərin bir-birindən nəyə görə fərqləndiklərini və hansı şəraitdə hansı kabelin daha uyğun olduğu kimi sualları tam əhatə edir. Aşağıda bu kabellərin şəbəkə üçün ilk yaradılan növlərindən, müasirlərinə qədər hamısını əhatə edən siyahı var.
 Koaksial Kabel (Coaxial Cable)
 RG-8
 RG-6 (Şəbəkələrdə istifadə olunmasa da bilmək lazımdı)
 RG-58
 Dolanmış Cüt Kabel (Twisted Pair Cable)
 Qorunan Örtüklü Dolanmış Cüt (Shielded Twisted Pair-STP)
 Qorunmayan Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP)
 UTP Kabelinin Kateqoriyaları
 Fiber Optik Kabel (Fiber Optic Cable)
 Fiber tipləri

Koaksial Kabel (Coaxial Cable) – Koaksial və ya qısaca “koaks” kabel, mərkəzdə ötürən sim (D), kabelin çölündə bir plastik təbəqə (C), onun üstündə tor şəklində qoruma teli (B), ən çölündə yumşaq rezin çöl örtük (A) olur. Koaksial kabel elektromaqnit qarışıqlığı olan mühitdə aşağı gücdə siqnalları ötürmək üçün hazırlanmış bir kabeldir. Bütün şəbəkələrdə informasiya radio siqnallarına çevrilir və dalğavarı sinusoid formasında digərlərinə ötürülür. Əgər əsas mərkəzdəki simin üstü açıq olarsa o zaman informasiya göndəriləndə getdiyi yol boyunca itkiyə məruz qala bilər. Yuxarıdakı şəkildə sim üzərində plastik örtük olduğunu və onun da üzərində tor şəkilli qoruyucu ilə örtüldüyünü göstərmişdim. Plastik örtük informasiya dalğalarının sabit şəkildə ötürülməsini təmin edir. Yuxarıdakı qoruyucu rolunu oynayan tor sim maqnetik məkanlarda ötürmə dalğalarına mane ola biləcək maqnetik dalğalardan qorumaq üçündür. Koaksial kabel çox geniş istifadə olunmaqdadır. Əsasən səs və video siqnallarının göndərilməsində istifadə olunur. Çox fərqli formalarda qarşınıza çıxa bilər. Ancaq kompüter şəbəkələrində indiyə qədər istifadə olunan iki tip koaksial kabel vardır: RG-8 və RG-58. Koaksial kabel tipləri özləri RG kodlarına sahibdir. Kabel müəyyən bir uzunluqda maqnetik elektrik axımına qarşı dura bilir. Koaksial kabellər çöldən baxıldığında bir-birlərinə çox bənzəyirlər, ancaq kabelə daha yaxından baxanda üzərində RG kodunu və om gücünü görə bilərsiniz. Kompüter şəbəkələri üçün koaksial kabelin omeqa dəyəri “50 ” və ya “75” şəkilində “om” yazılır. İndi kompüter dünyasında işlədilmiş koaksial kabel tiplərini öyrənək.


RG-8 – RG-8 və ya Thicknet(qalın tor) kabel ethernetin ilk istifadə etdiyi kabel tipidir. Günümüzdə bu kabeli istifadə edən bir şəbəkə tapmaq həqiqətən çətindir. Sonradan işlədilən kabellərdə rəng həddinin qoyulması yox ikən bu kabellərdə rənglər əsasən sarı, portağal, qəhvə rəngi və 2.5 metrdən bir qara rəngli bantla işarə edilmiş formada istehsal edilirdi. 50Ω dəyərində olan bu kabel adına yaraşan şəkildə qalın və müqavimətli idi.


RG-6 – RG-6 75 Ω kompüter şəbəkələrində heç bir zaman istifadə olunmamışdır. Ancaq günlük həyatda çox tez-tez qarşımıza çıxır. Televizorlara girən antena kabeli RG-6-dır. Görünüş olaraq RG-58 ilə eynidir. Kabel üzərindəki om dəyəri 75 Ω yazılıdırsa onun hansı kabel olduğunu təyin etmək olar.

RG-58 – Hal-hazırda qarşılaşa biləcəyiniz tək koaksial şəbəkə kabeli RG-58-dir. Digər adları Thinnet (incə tor) və Cheaper net (ucuz tor)-dir. 50 Ω dəyərində olan bu kabel RG-8-ə görə ucuz, istifadəsi də asandır. UTP yaranana qədər yerli şəbəkələrdə geniş istifadə olunmuşdur.


Dolanmış Cüt Kabel (Twisted Pair Cable) – Yarandığı dövrdən indiyədək ən yayılmış istifadə edilən şəbəkə kabeli tipidir. Bir-birinə dolanmış cütlər halında olan və telefon kabelinə bənzər bir kabeldir. İki tip TP (Twisted Pair) kabel mövcuddur.


Qorunan Örtüklü Dolanmış Cüt (Shielded Twisted Pair-STP) – Bu tip kabeldə dolanmış tel cütləri koaksial kabeldə olduğu kimi metal bir qoruma təbəqəsi ilə örtülüdür. TP kabellər ilk istifadəyə başlandığı vaxtlardan (bəlkə də koaksialdan keçid dövründə) STP kabel UTP-yə nisbətdə daha yaxşı qəbul edilmişdir. Ən çöldəki metal qoruma təbəqəsi elektromaqnetik məkanlarda həqiqətən kabel içindəki siqnalın pozulmasına mane olması gözlənilirdi. Ancaq STP-nin bahalı olması onun yayılmasına mane olmuşdur.

Köhnə qaynaqlarda STP-nin UTP ilə müqaisədə daha bahalı, amma STP-nin maqnetik məkanlarda UTP-yə görə daha inamlı kabel olduğu bildirilir. Bu günlərdə bir çox qaynaqda isə STP-nin quraşdırılmasının çətin olduğundan və söyləndiyi qədər də yüksək qoruma ilə təmin etmədiyindən söz gedir. Hətta düzgün istifadə olunmadığında daha pis nəticələrə yol aça biləcəyindən bəhs edilir. STP istifadə ediləndə diqqət edilməsi gərəkli ən önəmli nöqtə, çöldəki metal qorumanın düzgün bir şəkildə torpaqlanmasıdır. Əks halda qoruma elektromaqnit dalğaları toplayan bir antena vəzifəsini görür. Qoruma kabelinin heç bir nöqtəsindən zədələnməmiş olması da çox önəmlidir. Ən çöldəki qoruma ilə torpaqlama məlumatın keçdiyi bütün nöqtələrdə davamlı olaraq təkrarlanması da çox önəmlidir. STP kabel Token Ring şəbəkələrində istifadə olunmuşdur, ancaq Ethernet şəbəkələri üçün istənilməyən bir kabel tipidir.

Qorunmayan Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP) – Bu günlərdə ən çox işlədilən UTP bir-birinə dolanmış cütlər halında və ən çöldə də plastik bir qoruması olan kabellərdir. Kabelin içində kabelin dayanıqlılığını artırmaq və lazım olduqda çöldəki plastik örtüyü rahatca sıyırmaq üçün neylon bir ip mövcuddur. Tel cütlərinin bir-birinə dolanmış olmaları həm öz aralarında, həm də çöl mühitində qarşılaşa biləcəyi siqnal pozulmalarının önünə keçmək üçün alınmış bir tədbirdir.


Kabel içindəki tellər cütlər halında bir-birinə dolanmışdır. Hər cütün bir əsas rəngi, bir də “ağ” olanı vardır. Yuxarıdakı şəkildə də göründüyü kimi əsas rənglər portağal rəngi (turuncu), mavi, yaşıl və qəhvə rəngindədir. Əsas rənglərə sarılmış olan ağ tellər, sarılı olduğu rənglə eyni rəngə sahib olduğunu bildirir. Beləcə portağal rəngi(turuncu), portağal rəngi(turuncu)-ağ, mavi, mavi-ağ, yaşıl, yaşıl-ağ, qəhvəyi, qəhvəyi-ağ olmaq üzrə 8 fərqli rəngdə və 4 qrupda toplanmış olduğunu görürük.
Bəzən aldığınız kabeldə rənglərin bir az solğun, hətta dəyişik olduğunu görə bilərsiniz. Bəzən də ağ kabellərin tamam xətsiz (zolaqsız) olması mümkündür. Ancaq keyfiyyətli CAT5 (və ya yuxarı) kabellərdə əsasən problem çıxmır. Hər bir ikinci (sarılmış) tel əsas telə müvafiq rənglənir.

Kabel standartları

Cat 1: Hal-hazırda TIA (Telecommunications Industry Association) / EIA (Electronic Industries Alliance) tərəfindən tanınmır. Əvvəllər telefon POTS (Plain old telephone service), ISDN və qapı zəngi kabellənməsi üçün istifadə edilirdi.
Cat 2: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. Əvvəllər 4 Mbit/s Token Ring şəbəkələrində istifadə olunurdu.
Cat 3: Hal-hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur, 16 MHz sürətindəki şəbəkələrdə istifadə olunur. 10 Mbit/s Ethernet şəbəkələrində istifadə olunması ilə populyardır.
Cat 4: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. 20 MHz sürətində işləmə qabiliyyəti var və 16 Mbit/s Token Ring şəbəkələrində geniş istifadə olunmuşdur.

Cat 5: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. 100 MHz sürətində işləmə qabiliyyəti var və 100 Mbit/s Ethernet şəbəkələrində istifadə olunmuşdur. 1000BASE-T Gigabit Ethernet üçün uyğun deyildir.
Cat 5e: Hal-hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur. 100 MHz sürətində işləmə qabiliyyəti var. 100 Mbit/s və Gigabit Ethernet şəbəkələrində istifadə olunur.
Cat 6: Hal-hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur. 250 MHz sürətində işləmə qabiliyyəti var. 5 və 5e-dən daha güclüdür.
Cat 6a: 10 Gbit/s şəbəkələri üçün kabel standartıdır(hazırlanmaqdadır).
Cat 7: ISO/IEC 11801 üçün qeyri-rəsmi addır. Class F kabelləmə sinifi. Bu standart individualdır və xüsusi hallarda istifadə olunur. 600 MHz sürətində işləmə qabiliyyəti var.
Kompüter şəbəkələrində 10 Mbit Ethernet vaxtlarında CAT3 kabel çox geniş istifadə edilmişdir.


100 Mbit Ethernetin inkişaf etdirilməsi ilə CAT5 kabellər istehsala başlanılmışdır və hələ də istifadə olunmaqdadır.
CAT3 və CAT5 bir-birinə çox bənzəyirlər. Ancaq hər kabelin üzərində kateqoriyası yazılır. Kabelin kateqoriyası onun keyfiyyətini göstərir. Keçirilən müxtəlif testlər ilə kabelin göstərilən sürətlərdə elektrik siqnallarını nə qədər sağlam və az itki ilə göndərdiyi, maqnit mühitində siqnalı nə qədər qoruya bildiyi ölçülmüşdür. Testlər ilə ortaya çıxan ölçülər kateqoriyanın keyfiyyətini göstərir. Qoyulan kriteriyalara cavab verən kabel kateqoriyanın adını almağa haqq qazanır. CAT5 ilə 100 Mbit sürətində məlumatı ötürə bilərsiniz. Bir sonrakı standart CAT5e (Enhanced CAT5, inkişaf etdirilmiş CAT5) standartıdır. CAT5e CAT5 ilə eyni quruluşdadır, amma daha keyfiyyətli kabeldir. CAT5e ilə gigabit sürətinə çatmaq olar. Gigabit ethernet-də CAT5 istifadə etmək mümkündür, amma CAT5e daha çox məsləhət görülür.


CAT6-da da eyni vəziyyətdən söz gedir. CAT5e-dən də daha yüksək ölçülərə çata bilən bir kateqoriyada yer alan kabeldir. CAT6 hal hazırda 568A standartına əlavə olunmuşdur. Yəni rəsmi istifadəyə verilmişdir. 1000Mhz sürəti üçün, gigabit ethernet üçün ən uyğun kabeldir. Gördüyünüz kimi görünüşdə də elə bir fərq yoxdur. CAT6a isə əsil adı “Augmented(çoxaldımış, artırılmış)- Category 6”- adlanır. 10 Gigabit Ethernet üçün nəzərdə tutulub. 1 fərq daha çox nəzərə çarpır, aralarındakı Seperator(ayırıcı).


CAT7 hələ ki inkişaf və test mərhələsindədir. Digərlərinin əksinə fərqli bir quruluşu olacaqdır. Hər tel cüt metal qoruma örtüyü ilə sarılmış, hamısı birdən digər bir metal qoruma örtüyü ilə örtüləcəkdir. CAT7 RJ-45-dən tamamən fərqli bir jak konnektor(birləşdirici başlıq) istifadə edəcəkdir.
UTP kabel ilə bağlı digər bir məsələ isə “stranded” və “solid” kabel fərqləndirilməsidir. Yəni çox damarlı stranded və tək damarlı solid kabel adlanır. Conductor-naqil, Single-tək deməkdir.


Fiber Optik Kabel

1966-cı ildə Charles Kao ve George Hockham şüşə fiber üzərindən məlumat göndərmənin mümkün olduğu fikrini ortaya atdılar. Fiber test edildi və fiber üzərində göndərilən məlumatların itmə səviyyəsi çox aşağı olduğu bilindi. Başqalarına nisbətdə ondan istifadə daha sərfəli idi. Fiber UTP kabellərə görə daha yüksək sürətdə və uzun məsafələrə məlumat ötürə bilirdi. Bu məsafə repeater (təkrarlayıcı(gücləndirici)) istifadə olunmadan 2 km-ə qədər çıxa bilirdi. UTP kabellərdə bu məsafə 100 m məsafəyə qədər idi. Fiber-in yüngül və incə quruluşu UTP kabel istifadə etmənin çətin olduğu məkanlarda istifadə olunurdu. Fiber-in bir başqa önəmliliyi də fiber-in elektromaqnit məkanlarda heç bir çətinliyə məruz qalmamağıdır. Çünki fiber kabeldən elektrik deyil, işıq vasitəsi ilə məlumatı göndərilir. Ona görə də elektrik maqnit sahəsi olan yerlərdə rahat işləyə bilir. Binalar arasında torpaq xəttindəki fərq problemi fiber üçün problem yaratmır. Fiber kimyəvi fabriklər, yaranan kiçik elektrik axımının partlayışa səbəb ola biləcəyi şərait üçün də idealdır. Son olaraq UTP və ya digər kabellərin əksinə, fiber kabeldən məlumat oğurlamaq çox çətindir. Fiber-in ən böyük əlverişsizliyi qiyməti və quraşdırılmasının çətin olmasıdır.

 

Fiber tipləri – Bütün fiber texnologiyaları məlumat alma və göndərmə üçün fiberi cütlər halında istifadə olunurlar. İstehsalçılar fiber kabellərini bu şəkildə istehsal edirlər. Ən yayılmış fiber kabel 62.5/125 mikron metrədir.


Fiber kabeldə normal işıq və ya lazer istifadə oluna bilər. Bu iki tip fiber tamam fərqli təchizatdan istifadə edir. İşıq siqnalları yollamaq üçün LED (Ligth Emitting Diot) istifadə edən fiber tipi multimode adlandırılır və ən çox yayılmış fiber kabel tipidir. Lazer işığı istifadə edən single mode fiber çox yüksək məlumat ötürmə qabiliyyətinə malik olsa da bahalı təchizat istifadə etdiyi üçün çox yayılmamışdır.

 

“Kompüter Texnikasının Əsasları” tədris vəsaiti

Dostlarla Paylaş ↓