XARİCİ YADDAŞ QURĞULARI

Xarici yaddaş qurğuları informasiyanın uzun müddət saxlanması üçün istifadə edilən qurğulardır. Bu qurğular infor- masiyanın saxlanması üçün enerjidən asılı deyil. Kompüterlərdə xarici yaddaş kimi sərt diskdən, diskdən, fləşdən, optiki disklərdən, maqnit lentlərindən, maqnit kartlarından  və  s. istifadə olunur. Xarici yaddaşa bəzən informasiya daşıyıcısı da deyilir. Əməli yaddaşdan fərqli olaraq bu yaddaşlardakı infor- masiya kompüter elektrik şəbəkəsindən ayrıldıqda silinmir. İn- formasiya daşıyıcısında informasiyanın uzun müddət saxlanması üçün maqnit örtüklü materiallardan və digər üsullardan istifadə

olunur. Böyük kompüterlərdə maqnit lenti və maqnit diski infor- masiya daşıyıcıları kimi geniş tətbiq edilir. Maqnit lentinə informfasiya ardıcıl üsulla yazılır və oxunur.

Perfokartlar uzun müddət kompüter dünyasında verilən- lərin saxlanılması üçün əsas qurğu olub. Perfokart latın sözüdür, perforo – dəlirəm, charta – papirus vərəqi, kağız deməkdir. Nazik kartondan hazırlanan perfokart informasiyanı kartın müəyyən mövqelərində dəliklərin olub-olmaması ilə təqdim edilir.

IBM şirkəti 1949-cu ildə  verilənlərin saxlanılması üçün yeni qurğu hazırlamağa başlayır və 1952-ci il may ayının 21-də IBM-701 seriyalı kompüterlər üçün IBM-726 lent daşıyıcı modulunu təqdim ediir.

1956-ci il sentyabr ayının 13-də ilk IBM şirkəti sərt diski (IBM 305) təqdim ediir. 1 tona (971 kq) yaxın çəkisi olan sərt disk ölçüsünə görə iri şkafı xatırladırdı. Perfokart və maqnit lentlərinin istifadə olunduğu bir dövrdə 5 milyon simvolu (5 MB) yaddaşda saxlayan sərt diskin yaradılması çox böyük nailiyyət idi. Sərt disk RAMAC (Random Access Method of Accounting and Control) adlanırdı və IBM-in San-Xose şəhərindəki  laboratoriyasında  hazırlanmışdı.  Qiyməti  50  min dollar idi. 1 mbaytın qiyməti 10 min dollara bərabər idi. Sərt disk 35 min dollara  (o dövrdə bu qiymət 17 minik avtomobilinin qiymətinə bərabər idi!) icarəyə verilirdi.

Sərt disk daxilində 50 ədəd 24 düym (təxminən 61 sm) diametrə malik plastin yerləşirdi, oxuyan başlıq 1 ədəd olduğundan diskin işləmə surəti çox ləng idi. Yenə də Ronald Conson tərəfindən hazırlanmış digər modeldə isə (IBM 1301) hər 1 plastində ayrıca oxuyan başlıq var idi, bu da sərt diskin surətini artırırdı. Sərt disklər ölçüsünə görə (böyük yer tuturdu) bir çox illər daha çox elmi mərkəzlərin, iri şirkətlərin kompüter laboratoriyalarında istifadə olunub.

1980-cı ildə Seagate Technology ST- 506 – 5 MB yaddaşa malik ilk 5 düymlü sərt diski təqdim edir. Bundan sonra isə sərt disklər fərdi kompüterlərdə işlədilən əsas qurğulardan birinə çevrilib.

“Vinçester” adının yaranması
Versiyalardan   birinə   görə   daşıyıcını   IBM   firmasında

çalışan, layihə rəhbəri Kennet Hoton (ing. Kenneth E. Haughton) “Vinçester” (ing. Winchester) adlandırıb. 1973-cü ildə ilk dəfə olaraq bütöv korpusda disk lövhələrini və  maqnit başlıqlarını birləşdirən modeli 3340 olan sərt disk istehsal olunub. Diskin hazırlanması zamanı mühəndislər “30-30” ifadəsindən istifadə ediblər.

Bu da hər biri 30 MB olan 2 modul (maksimal tərtibat üzrə) demək idi. “30-30” isə səslənməyə görə “30 WCF” tüfəng patronu istifadə edən məşhur ov tüfəngi – “Winchester Model 1894”-ün adı ilə həmahəng səslənirdi.

Sərt disklərin inkişafındakı naliyyətlər

1983-cü ildə original IBM XT kompüterində işlədilən sərt diskdə verilənlərin ötürülmə sürəti 100 Kbayt/s olub. Bu gün isə sərt disklərin əksəriyyəti Serial ATA interfeysi ilə işləyir. Bu interfeysdə verilənlərin ötürülmə sürəti xeyli artıb. Sərt maqnit disklərdə onların tutumu kimi, interfeysin sürəti də, həmçinin daim artır, hər şey isə MFM və RLL interfeyslərindən başlanıb. Onlar 1980-cı illərdə geniş yayılmışdılar. Hal-hazırda Parallel ATA (133 Mbayt/s-a qədər), Serial ATA (150 və ya 300 Mbayt/s), SAS (600 Mbayt/s-a qədər) və SCSI (320 Mbayt/s-a qədər) interfeysləri geniş yayılıb. İnterfeyslərin hamısı onları dəstəkləyən daşıyıcılardan daha sürətlidirlər. Bu, o deməkdir ki, verilənlərin ötürülmə sürəti interfeys tərəfindən deyil, həmişə daşıyıcı tərəfindən məhdudlaşdırılır.

Sərt disklərdə verilənlər oxuma/yazma  başlıqları vasitəsilə oxunur və yazılır. Verilənlər lövhələrdə konsentrik çevrələr şəklində yazılır ki, bu da cığır adlanır. Hər bir cığır isə öz növbəsində sektordan ibarət olur.

Sərt diskdə adətən bir neçə lövhə (platters) olur və verilənlər onların hər 2 tərəfinə yazılır. Bir çox daşıyıcılarda 2 və  ya  3  lövhə  var,  lakin  12  lövhəyə  malik  PC  daşıyıcıları (Seagate Barracuda 180) da olur.

Tipik sərt disklərin əsas komponentləri aşağıdakılardır:

I Disk lövhələri;

I Oxuma/yazma başlıqları;

I Başlıqların mövqeyini dəyişən mexanizm; I Şpindel mühərriki;

I Elektron lövhə;

I Kabel və konnektorlar;

I Konfiqurasiya elementləri (məsələn, çeviricilər – jumpers).

 

Sərt disklər üzərində məlumatlar sektor (sector) və cığır (track) adı verilən bölmələrdə saxlanılır. Məlumatlar bu sahələrə görə təşkil olunur. Sərt disk üzərində cığır və sektorların yerləşməsi aşağıdakı şəkildəb verilmişdir.

Sektorlar disk üzərində ünvanlaşdırıla bilən ən kiçik hissələrdir. 256 və ya 512 bayt kimi sabit genişliklərdə informasiya saxlayırlar. Əsasən 512 bayt olaraq istifadə edilir.

Aşağı səviyyəli formatlaşdırma  (Low-Level  formatting) ilə cığır və sektorlar təşkil olunur. Hər sektorun başlama və bitmə nöqtəsi diskdəki səthlər üzərinə yazılır. Yüksək səviyyəli formatlaşdırma (High-Level formatting) ilə sektorlarda Fayl Yerləşdirmə Cədvəli (File Allocation Table – FAT) yaradılır.

Format bölmələrin faylları və məlumatları saxlamaq üçün onları,əməliyyat sisteminin anlayacağı və istifadə edə biləcəyi şəkilə(formaya) salmasıdır.Çoxları format etməyi silmək kimi anlayır,amma bu əslində tam da belə deyil.Format fayl sistemini yaradıb,onun oturacağı kataloqu əmələ gətirir.Format məntiqi olaraq fayl depolama cərgəsini əmələ gətirir.Bu fayl sistemi adlanır.Bir çox fayl sistemləri vardır və bu sistemlərin məqsədi

disk üzərindəki faylların orqanizə etməkdir.Yəni Əməliyyat sisteminin disk üzərində faylların izlərini tapmaq üçün istifadə etdiyi bir üsuldur.Windowsa aid olan fayl sistemləri bunlardır. NTFS, FAT12, FAT16, FAT32, CDFS, UDF və s. -dir.

FAT (File Allocation Table – Fayl Yerləşdirmə Cədvəli) – əsas fayl sistemlərindəndir. İllərdir MS-DOS əməliyyat sistemi ilə bərabər istifadə edilir. Hazırda da geniş olaraq Windows və digər əməliyyat sistemlərinin bazasında istifadə olunmaqdadır. Bu fayl sistemində fayl məlumatlarının əldə edilməsi üçün fayl yerləşdirmə cədvəlləri tutulur.

 

FAT fayl sistemi üç müxtəlif şəkildə təşkil olunur:

•  FAT12 – 12 bit fayl sistemidir. Əsasən elastik disk və çox kiçik həcmli sərt disklərdə istifadə edilir;

•   FAT16 – 16 bit fayl sistemidir. Əski DOS ilə uyğunluq təşkil edən əməliyyat sistemlərində istifadə edilir;

•   FAT32 – hazırda da geniş olaraq istifadə edilən 32 bit fayl sistemidir.

HPFS    (High    Performance   File    System   –   Yüksək Məhsuldarlıqlı Fayl Sistemi) – OS/2 əməliyyat sistemi tərəfindən dəstəklənən və istifadə edilən bir fayl sistemidir. İlk çıxan NT əməliyyat sistemi də HPFS fayl sistemini istifadə edirdi. Əsas olaraq FAT ilə NT fayl sistemlərinin müəyyən xüsusiyyətlərini özündə birləşdirir. Bu fayl sistemində 256 simvola qədər fayl adı verilə bilər. Ayrıca 8 Gb-yə qədər sərt disk bölməsi təyin edilə bilər.

NTFS (New Technology File System – Yeni Fayl Sistemi Texnologiyası) – ilk olaraq Windows NT əməliyyat sistemi ilə istifadə edilən yeni və güclü bir fayl sistemidir. Etibarlılıq, sağlamlıq, daha geniş sahə istifadəsi, sıxışdırma, Macintosh dəstəyi, Netware dəstəyi kimi üstünlükləri səbəbilə çox yüksək səviyyəli bir fayl sistemidir. Hazırda Microsoft tərəfindən təkmilləşdirilən Windows əməliyyat sistemində əsas fayl sistemi olaraq istifadə edilir, eyni zamanda FAT16 və FAT32-ni də dəstəkləyir.

NTFS fayl sistemi fayl məlumatlarını təqib etmək üçün FAT fayl sistemində olduğu kimi bir fayl yerləşdirmə cədvəli tutmaz. Onun yerinə fayl məlumatlarını mənimsəyən və fayl bazasında icazələrin tutulduğu Master File Table adında cədvəl tutulur. Bundan başqa NTFS fayl pozulmalarında özü-özünü təmir edə bilən (repair) bir fayl sistemidir. Bu fayl sistemində də faylın adı 255 simvol uzunluğunda ola bilər, eyni zamanda nöqtə işarəsindən istifadə etməklə çox sayda fayl genişlənməsi verilə bilər.

FAT 32-nin əsas üstünlüyü sürətli olması və daha az yaddaş tələb etməsidir. Əgər sistem yalnız FAT 32-də çalışırsa, bu zaman NTFS üçün tələb olunan drayverlər və servislər yaddaşı yükləməyəcək. FAT 32-də çalışan diskin həcmi 8 TB qədər ola bilər. Bir faylın maksimum həcmi isə 4 Gb. FAT 32 fraqmentasiyaya daha meyllidir (xüsusilə disk 80% dolduqdan sonra). Bu da diskin işini əməlli çətinləşdirə bilər.

 

Üstünlükləri:

1.  Operativ yaddaşa olan tələbatın azlığı.

2.  Orta və kiçik həcmli fayllarla işin effektli olması.

3.  Defraqmentasiyası üçün yaxşı utilitlərin olması.

 

Mənfikləri:

1.  Sistem səhvlərindən müdafiənin zəifliyi.

2.  Böyük həcmli disklərlə işin ləng olması.

3.  Fraqmentasiya zamanı diskin işinin ləngiməsi.

4.  Çoxlu fayl olan kataloqlarla zəif işləməsi.

5.  Kiçik həcmli klasterləri dəstəkləməməsi.

 

NTFS-in üstünlüyü isə onun təhlükəsizliyidir. NTFS sistemi FAT 32-yə nisbətən daha gec dağılır. Məsələn, sistemdə bir neçə prosses fəaliyyətdə olarkən kompüterin sönməsi zamanı və s. bu kimi hallarda NTFS daha dözümlüdür və demək olar ki hər dəfə sistem səhvsiz bərpa oluna bilir. Həmçinin NTFS-in öz şifrələnmə sistemi var ki, bu da məlumatın saxlanmasında arxayınlıq yaradır.

Üstünlükləri:

1.  Kiçik həcmli fayllarla işin sürətli olması.

2.  Səhvlər zamanı sistemin rahatlıqla bərpa olunması.

3.  Məlumatın effektli qorunması.

4.  Böyük informasiya massivləri və kataloqlarla işin sürətli olması.

5.  Klasterin həcmi çox kiçik təyin edilə bilər. Mənfilikləri:

1.   Operativ yaddaşa tələbatın çox olması.

2.  Sistem kiçik və sadə bölmələr üçün effektli deyil. (1 Gb- a qədər)

3. Klasterlərin doldurulması alqoritmi ideal deyil və fraqmentlənməklə nəticələnir.

4. Adi üsullarla (Windows-daxili imkanlarla) defraqmen- tasiyanın mümkünsüz olması.

 

Nəticədə görünür ki, hər iki sistemin mənfilikləri və müsbət cəhətləri var. Lakin, müasir kompüterə sahib  olanlar üçün NTFS-in bir neçə mənfiliyini silmək olar. Demək, günümüzün kompüterinə sahib olan hər kəs, sisteminin təhlükəsizliyini təmin etmək üçün NTFS-dən istifadə edə bilər.

Əgər NTFS quraşdırmaq istəsəniz, onu təmiz diskə quraşdırın və ya vinçesteri birbaşa bu sistemdə formatlayın. FAT-da olan diski NTFS-ə çevirməyin. Bu faylların güclü fraqmentlənməsi ilə nəticələnir.

 

Elastiki maqnit diskləri (FDD)
Disket, (ing. Floppy disk, ing. diskette) kompüterdəki məlumatı daşımaq üçün istifadə edilən, üzərinə dəmir oksid örtülmüş bir plastik (eastik) diskin, plastik bir qab içərisinə yerləşdirilmiş maqnetik üsulla informasiya saxlama mühitinə malik qurğudur. Plastik diskin elastik olması səbəbiylə floppy adı verilir, floppi disk və ya disket kimi ifadə olunur.

Adətən kiçik ölçülərdəki faylların saxlanması və bir kompüterdən digərinə köçürülməsi üçün kompüterlərin oxucu qurğusuna (diskovod) yerləşdirilərək istifadə edilən val formasında maqnetik xüsusiyyətli bir vasitədir. Disketlərdən, kompüterin sistem bloku üzərində olan disket sürücü ilə informasiya  mübadiləsi  aparılır.  Məlumatlar  silinərək  disket çindəki maqnetik yaddaş sahəsi təkrar-təkrar istifadə edilə bilər.

USB Driverlar çıxdıqdan sonra artıq Disket kompüterlərdə bir əhəmiyyəti qalmamışdır.

İlk disket, 1960-cı illərin sonunda ixtira edilib. İlk vaxtlar bir adı yoxidi. İlk disketin diametri 8 düym (200 mm) olmuşdur. 1960-ci illərin sonunda ixtira edilsə də disket ancaq 1971-ci ildə ticari olaraq istifadə edilməyə başlayıb. İlk kommersiya disketini IBM firması istehsal edib. Daha sonralar Memorex, Shugart Associates və Burroughs Corporation kimi şirkətlər disket istehsalçısı kimi tanınmağa başlayıb. Disket termini 1970-ci ildə istifadə edilməyə başlandı. 1980-ci illərdə disketlərə bir sıra yeniliklər gətirilib. Bir disket ən çox 5 düym ölçüyə malik idi.O vaxta qədər orijinal disketlər 8 düym diametrə malik idi və çox böyük idilər. 1990-cı illərə gəldikdə isə artıq disketlər 2 düym kiçilib 3 düym olmuşdular. Və disketlər ilk dəfə o zamanlar plastik materiallardan istehsal edilməyə başlandı.

Disketlər, fərqli ölçü və həcmlərə malikdirlər. Bir disketin fiziki ölşüsü bir kənarının düym olaraq uzunluğu ilə hesablanır. Son illərədək istifadəsi ən geniş yayılmış olan disket növü 3,5 düyümlük (3.5″) disketlər olmuşdur. Keçmişdə 5,25 düyümlük və 8 düyümlük olanları da istifadə edilmişdir.

Disketlər informasiya saxlama tutumuna görə də siniflərə bölünür. Disket tutumu sağ üst küncündə yazılan DD və HD hərflərindən istifadə edilərək fərqləndirilir. DD (Double Density) disketlər 720 KB, HD (Hight Density) disketlər 1,44 MB-lıq informasiya saxlama tutumuna malikdir.

Fərdi kompüterlərdə istifadə edilməkdə olan  disket növləri aşağıdakı cədvəldə verilmişdir. Bunlardan başqa Amiga Kompüterləri DD Disketlərə 880 KB, HD Disketlərə də 1.76 MB informasiya yaz bilirlər.

 

Ölçü              İnformasiya qeydiyyat tipi           Tutumu
5,25  dyüm             Bir istiqamətli                    180 KB
5,25 dyüm             İki istiqamətli                      360 KB
5,25 dyüm             Yüksək sıxlıqlı                   1,38 MB (HD)
3,5 dyüm              Bir istiqamətli                     720 KB (DD)
3,5 dyüm              İki istiqamətli                      1,44 MB (HD)

 

Disketlər, sabit disklərə oxşar olaraq cığır və sektorlardan ibarət olan materiallardır. Quruluşlarında səs və video kasetlərin də istifadə edilən lentə bənzəyən dairəvi bir lent istifadə edilir. Ancaq cığır və sektorlardan meydana gəlmələri səbəbindən göstəricilər səs və video kasetlərin də olduğu kimi zamanlı yazılmaz. Məsələn, faylın bir hissəsi 1 saylı sektorda yer alır və ikinci hissəsi 15 nömrəli sektorda yer alırsa, yazma/okuma başı 1den 15-ci sektora gedə bilər.

Disketlər üzərində oxuma və yazma əməliyyatı həyata keçirən qurğulara Floppy Disk yəni Disket Sürücü deyilir. İngiliscəsi Floppy Disk Drive olan bu Disket sürücülər günümüzdə çox istifadə olunmayan sürücülər olaraq qalmışdır.

 

CD ROM
Bu tip yaddaşlarda informasiya daşıyıcısı CD (Compact Disk) və ya DVD-dir (Digital Versatile  Disk).  CD-ROM diametri 12 sm və qalınlığı 1,2 mm olan bir tərəfinə şəffaf lak qatı ilə zədələnmələrdən mühafizə edilən, işığı əks etdirən alüminium qatı tozlandırılmış şəffaf polimer diskdir. Tozlanmanın qalınlığı bir millimetrin bir neçə on mində bir hissəsini təşkil edir.

Diskdəki informasiya diskin oxu yaxınlığındakı sahədən çıxan spiral trekdə yerləşən çuxurların (diskdəki dərinliklərin) və çıxıntıların (onların səviyyəsi diskin səthinə uyğun gəlir) ardıcıllığı şəklində təsvir edilir. Diskin radiusu üzrə hər bir düymdə (2,54 sm) spiral trekin 16 min sarğısı yerləşir. Müqayisə üçün – sərt diskin səthində radius üzrə bir düymdə yalnız bir neçə yüz trek yerləşir. CD-nin tutumu 700 Mbayta çatır. İnformasiya diskə onun hazırlanması zamanı yazılır və dəyişdirilə bilməz.

CD-ROM yüksək xüsusi informasiya tutumuna malikdir ki. İnformasiya tutumuna görə bir CD təxminən 500 disketə bərabərdir. CD-ROM-dan informasiyanın  oxunması  kifayət qədər yüksək ancaq sərt diskdə olan yaddaş qurğularının iş sürətindən hiss olunacaq dərəcədə az sürətlə baş verir. CD- ROM-lar sadə və işdə rahatdırlar, verilənlərin saxlanmasının aşağı xüsusi xərcinə malikdirlər, praktiki olaraq aşınmırlar, viruslarla zədələnə bilməzlər, onlardan təsadüfən informasiyanı pozmaq mümkün deyil.

Maqnit disklərindən fərqli olaraq, kompakt-disk çoxlu dairəvi treklərə deyil, bir spiral trekə malikdir. Bununla əlaqədar olaraq, diskin bucaq fırlanma sürəti sabit deyil. Oxuyan lazer başlığın diskin kənarına irəliləməsi prosesində bucaq fırlanma sürəti xətti azalır.

CD-ROM-la işləmək üçün kompyuterə CD-ROM-un sət- hindəki dərinliklərin və çıxıntıların ardıcıllığını ikilik siqnallar ardıcıllığına çevirən CD-ROM yaddaş qurğusunu qoşmaq lazımdır. Bunun üçün mikrolazerli və işıq diodlu oxuyan başlıqdan istifadə edilir. Diskin səthində çuxurların  dərinliyi lazer işıq dalğasının uzunluğunun dörddə birinə bərabərdir. Əgər informasiyanın oxunmasının iki ardığıl taktında lazer başlığının işıq  şüası çıxıntıdan çuxurun dibinə  və  ya  əksinə  keçirsə,  bu

taktlarda işıq yollarının uzunluqları fərqi yarımdalğa qədər dəyişir ki, bu da işıq dioduna birgə düşən düz və diskdən əks olunan işığın güclənməsi və ya zəifləməsinə səbəb olur.

Əgər ardıcıl oxuma faktlarında işıq yolunun uzunluğu dəyişmirsə, onda işıq diodunun vəziyyəti də dəyişmir. Nəticədə işıq diodundan axan cərəyan trekdəki çuxurların və çıxıntıların kombinasiyasına uyğun olan ikilik elektrik siqnallarının ardıcıllığını əmələ gətirir.

İnformasiyanın iki ardıcıl oxuma taktında işıq şüasının optik yolunun müxtəlif uzunluğu  ikilik vahidlərə uyğun gəlir. Eyni uzunluq ikilik sıfırlara uyğun gəlir.

Bu gün demək olar ki, bütün fərdi kompyuterlər CD-ROM yaddaş qurğusuna malikdir. Lakin bir çox multimedia interaktiv proqramları bir CD-yə yerləşmək üçün həddən artıq böyükdür. Bu halda DVD disklər tətbiq edilir. Bu disklər adi CD-lər kimi ölçüyə malikdirlər, lakin 4,7-e-17 Qbayta qədər verilənləri saxlayırlar, yəni həcminə görə 20 standart CD-ROM diskini əvəz edirlər. Belə disklərdə multimedia oyunlarını və videofilmləri saxlamaq mümkündür.

Yazan CD-R yaddaş qurğusu (Compact Disk Recordable) adi kompakt-diskləri oxumaqla yanaşı 700 Mbayt tutumlu optik disklərə informasiyanı yaza bilir. CD-R disklərində əks etdirici qat qızıl təbəqədən hazırlanmışdır. Bu qatla polikarbonat əsas arasında qızdırıldıqda qaralan üzvi materialdan olan qeyd edici qat yerləşir. Yazılma zamanı lazer şüası qatın seçilmiş nöqtələrini qızdırır. Bu nöqtələr qaralır və çuxurlara analoji olan sahələri əmələ gətirərək əks etdirici qata işıq buraxmağı dayandırır.

CD-RW maqnito-optik kompakt disklərində olan yaddaş qurğuları  (şək.  2.10).  CD-  RW  disklərindən  dəfələrlə  yazma

üçün istifadə  etmək  olar.  Tutumu 128  Mbaytdan  2,6  Qbayta qədərdir. DVD-RW yazan yaddaş qurğusu CD və DVD disklərini oxumaqla yanaşı onlara informasiyanı yaza da bilir. DVD-RW disklərindən dəfələrlə onlara informasiya yazmaq üçün istifadə etmək olar. Onların tutumu 4,7 Qbaytdan 17 Qbayta qədər dəyişir.

 

Fləş yaddaş (flash memory
Kompyuterlərdə və rəqəmsal qurğularda informasiya mübadiləsinin sürəti və verilənlərin saxlanılmasının  böyük tutumu yaddaşın ən vacib xarakteristikalarıdır.

Fləş-yaddaş (USB Flash Drive) kompyuterin sərt disklərindən, disketlərdən, optik disklərdən prinsipial fərqlənir.

Sadalanan yaddaş qurğuların bir-neçə çatışmayan nöqsanı var. Bu ya zəif yazma/oxuma sürəti, ya da yaddaşın az tutumudur. Fləş-yaddaşdan oxunma və yazma sürəti əməli yaddaşla müqayisə oluna bilər, lakin əməli yaddaşdan fərqli olaraq o, kompyuterin sönülü vəziyyətində də məlumatları özündə saxlaya bilir.

 

Fləş-yaddaşın əsas parametrləri aşağıdakilardır:

yaddaşın tutumu (bir-neçə qiqabaytlarla ölçülür);

Verilənlərin oxuma sürəti. Bütün fləş-qurğular kompyuterə və ya digər rəqəmsal qurğulara USB port vasitəsi ilə birləşdirilir. Adətən, yazma sürəti 10 meqabayt/san, oxuma surəti isə 15 meqabayt/san təşkil edir.

Fləş-yaddaşın yeni bir növü U3-dür. Bu cür qurğular kompyuter tərəfindən 2 disk kimi tanınır. Birində verilənlər saxlanılır, digər diskdən isə proqram təminatını yükləmək olar, məsələn əməliyyat sistemini. U3 qurğunun üstünlüyü ondan ibarətdir ki, istənilən kompyuterdə bu qurğu vasitəsilə işləmək olar, və bu işdən sonra həmin kompyuterdə sizin işiniz haqqında heç bir əsər-əlamət qalmayacaq.

Fləş-yaddaş elektrik silinən və proqramlaşdırılan daimi yaddaş qurğusunun bir növüdür. Bu yaddaş elə təşkil olunub ki, hətta bir baytın yazılması üçün oxuma-silmə- yazma siklini həyata keçirmək lazım gəlir.  Fləş-yaddaşın  çatışmamazlığı ondan ibarətdir ki, yaddaş səhifələrin yenidən yazma sikllərin sayı təxminən 10000-dir. Yeni modellərdə bu  rəqəmi  bir milliona çatdırıblar.

Fləş-yaddaş qurğuların əksəriyyəti NAND  ventillər əsasında təşkil olunur.

 

Maqnit lentlər
Strimer (stream – uzun lent) informasiyanı maqnit lentinə yazan xüsusi imkanlı maqnitafondur. Ondan sərt  maqnit diskində olan informasiyanın ehtiyatda saxlanılması üçün istifadə edirlər. Əgər həddindən artıq vacib olan informasiya sərt maqnit diskindədirsə, onu strimmerdə saxlamaq məsləhət görülür. Strimerin kassetləri böyük tutuma (120 Mbaytdan  5 Hbayta qədər) malikdir.

Strimer    (ingiliscə    -tape,    streamer)    böyük    həcmdə informasiyanın ehtiyat köçürülməsi üçün qurğudur. Daşıyıcı kimi burada 1¸2 Qbayt və daha çox tutumlu maqnit lentli kasetlər istifadə olunur.

Strimerlər maqnit lentli kiçik kasetə çox böyük miqdarda informasiya yazmağa imkan  verir.  Strimerin  daxilində qurulmuş aparatla sıxma vasitələri yazılmadan əvvəl informasiyanı avtomatik sıxlaşdırmağa və oxunmadan sonra bərpa etməyə imkan verirlər ki, bu da saxlanılan informasiyanın həcmini artırır.

Müasir strimerlərdə lent seqmentlərə bölünür. Seqmentlər nömrələnir. Seqmentlər bir-birinə paralel olan treklərdən ibarətdir. Hər bir trekə müraciət etmək mümkündür.

Strimerlərin çatışmazlığı onların informasiyanı nisbətən aşağı yazma, axtarma və oxuma sürətidir. Böyük tutumluq, etibarlılıq və iqtisadi səmərəlilik bu qurğunun istifadəsini çox faydalı edir.

 

FƏRDİ KOMPÜTERLƏR
(Dərs vəsait)

Dostlarla Paylaş ↓