Dövlət Qulluğu Azərbaycan Dili üzrə 3 ədəd Sınaq Testləri və Cavabları (Nərgiz Həsənova)

 

Sınaq 1

1.Orfoepiyası səhv olan söz hansıdır?
A)çeviklik-[çevix’lix’]
B)çələng-[çələnk]
C)dastan-[dasdan]
D)dalğınlıq-[dalğınlıx]
E) fenomen-[fenamen]

2.”Çaydan qaynayan kimi mənə xəbər elə”
Verilmiş cümlədə quruluşca düzəltmə olan söz hansı nitq hissəsinə aiddir?
A)isim
B)sifət
C)feil
D)say
E) əvəzlik

3.Hansı cümlədə azaltma dərəcəli sifət yoxdur
A) Hər tərəf sarımtıl işıq şüalarına bürünmüşdü
B) Qızın uzunsov sifəti ona çox gözəl yaraşırdı
C) Ətraf günəşin açıq-qırmızı şüasına boyanmışdı
D) İşin ala-yarımçıq olması məni heç qane etmədi
E) Gördüyünüz bu balaca otağa girmək olmaz

4.Verilmiş nümunədə əvəzlik hansı nitq hissəsini əvəz etmişdir?
“Şagird neçənci sualı həll edə bilməmişdi?”
A)isim
B)sifət
C)say
D)əvəzlik
E)zərf

5.Çıxışlıq halda olan sözlərə qoşulan qoşmalar hansıdır?
A)-ca²,başqa,qədər
B)bəri, qeyri, qabaq
C) görə, əsasən, sonra
D)üçün,örtü,ilə
E)dair,xas,görə

6.”Arxa partalarda kənd ağsaqqallarının əyləşdiyini görüb xeyli təəccübləndim”
Verilmiş cümlə məqsəd və intonasiyaya görə cümlənin hansı növünə aiddir?
A)nida
B) nəqli
C)sual
D)əmr
E)şəxssiz

 

7.”Mən anamın bütün dediklərini çox gözəl başa düşürdüm”- cümlənin xəbəri haqqında səhv fikri müəyyən edin
A)Təsirli feildir
B)l-şəxsin xəbərlik şəkilçisini qəbul edib
C)sadə xəbərdir
D) keçmiş zamandadır
E)”Mən” sözü ilə uzlaşma əlaqəsindədir.

8.Sözlərdən birini həm qəti gələcək zamanda, həm də isim kimi düşünmək olar
A)yanacaq
B)bucaq
C)baxacaq
D)güləcək
E)sönəcək

9.”Sözü demək asandır, arxasında durmaq çətin”
Verilmiş tabesiz mürəkkəb cümlənin növünü göstərin
A) zaman
B) ardıcıllıq
C) qarşılaşdırma
D) səbəb-nəticə
E) aydınlaşdırma

10. Nənə dedi
Bura bax ay oğul niyə ev-eşiyini atıb getdin -nümunəsində hansı durğu işarəsinin işlənməsinə ehtiyac yoxdur?
A)tire
B)qoşa nöqtə
C)sual
D) vergül
E) dırnaqlar

11.Biri işgüzar sənədlərə daxil deyil
A) fərman
B)ərizə
C) arayış
D) protokol
E) elan

12.Bəndlərdən birində məcazi mənalı söz vardır
A)Milli Məclis
B)yeni məktəb
C) mürəkkəb tapşırıq
D)təmiz vicdan
E)hündür bina

13.Hansı sözü kök və şəkilçiyə ayırmaq olmaz
A)baməzə
B)dağıntı
C)gözlə
D)rastlanmaq
E) yazıçı

14.Geniş,şəxssiz cümlə hansıdır?
A) Yayın ən qızmar çağı idi
B) axşamdır
C)səhərə az qalıb
D) mənim gözüm səndən su içmir
E)anam mənə acıqlandı

15.Məntiqi ardıcıllığı tamamlayın
İrəli, geri, yuxarı,içəri…..?
A)xeyli
B)ildə
C) cəsarətlə
D) axşam
E) bura

CAVABLAR
1.D
2.A
3.E
4.C
5.B
6.B
7.D
8.A
9.C
10.E
11.A
12.D
13.B
14.C
15.E

*****************************************************************************************

Sınaq 2

1.Tələffüzündə üç fərqli məqam olan söz hansıdır?
A) İnadla
B) xatırlamaq
C) işsizlik
D)qamarlamaq
E) fəaliyyət

2.Cümlələrin birində təsirlik halda olan sadə isim işlənmişdir:
A)Onun atası neft mühəndisidir
B)Cərrah Əli bizim təzə qonşumuzdur
C)Bu yaxşılığı heç vaxt unutmaram
D)X sinif şagirdlərinə mükafat verdilər
E)Evdəkiləri təzə xəbərdən agah etdim

3.Hansı cümlədə quruluşca düzəltmə olan say işlənmişdir
A)Onlar rəisdən əmr aldıqdan dərhal sonra on altıncı otağa toplaşdılar
B)Bu gün məktəbimizdə hamıdan çox sevinən birincilər idi
C)Xeyli meyvə topladıqdan sonra geri qayıtdıq
D) Bir qədər də irəli gedəndə yolun təhlükəli olduğunu hiss etdilər
E) Yatmaqdan doymayan tənbəl qızcığaz neçənci palataya köçürülüb?

4.”Həmişə dərsə hazır olmaq lazımdır” cümləsində “həmiş” sözü hansı nitq hissəsidir?
A)isim
B)sifət
C)zərf
D)feil
E) əvəzlik

5.Bənzətmə mənalı qoşmalar hansı cərgədədir?
A)kimi, qədər,tərəf
B)sarı, doğru,tərəf
C)başqa, savayı, qeyri
D)kimi,qədər,-tək
E) qeyri, qədər,-dək

6.Biri şəxssiz cümlə deyil
A)Sənədlərə diqqətlə baxırdı
B)Buralarda addımbaşı qayığa rast gəlirsən
C)Kiçik çillənin ortaları idi
D)Yenə anasının və oğlunun sevinc duyduğu günlərdən biri ide…
E) Səhərin açılan vaxtıdır.

7.Mərkəzdə baş idarədə də Sahibi çox hörmətlə qarşıladılar.Hansı durğu işarəsi buraxılmışdır?
A) Vergül
B)dırnaqlar
C)nöqtə
D)sual
E)tire

8.Aşağıdakı cümlə hansı sxemə uyğundur?
“İndi hər həsə söyləsən,sənə inanmazlar,”-deyə məsləhət verdi.
A)M:“V”,-m.
B)M:“V?”-m.
C)“V”,-m.
D)M:“V?”
E)“V?”-m.

9.Verilmiş sözlərdən biri sifət deyil
A)qırıq
B) yanğın
C)elmi
D)coşqun
E) dalğın

10.Hansı söz omonimlik xüsusiyyəti daşıyaraq eyni nitq hissəsinə aid olur
A)dolu
B)ətək
C)buruq
D)çay
E)saz

11.“Toxuyardı özünə yaşıl otlardan köynək”- cümləsində feilin morfoloji təhlilindəki səhvi göstərin
A)Şühudi keçmiş zamandadır
B) məlum növdədir
C)lll şəxsin təkindədir
D)idi hissəciklidir
E)təsirli feildir

12.Biri məktubun hissələrinin adı deyil
A) müraciət hissəsi
B)Ümumi hissə
C) fərqləndirici hissə
D) yekunlaşdırıcı hissə
E) sağollaşma hissəsi

13.Hansı cümlədə xəbər sifətlə ifadə olunub
A) Müəllim bərk əsəbiləşdi
B)Bu onun qardaşıdır
C)Nə gözəldir dağ boyunca söyüdlər
D)Yayda hava isti olur
E)Hardadır ötən günlər?

14.Biri frazeoloji birləşmədir
A)əvvələ keçmək
B) söhbət etmək
C) gözdən pərdə asmaq
D)dənizdə üzmək
E)yalan danışmaq

15 .“ Sifət əşyanın əlamətini, keyfiyyətini bildirir”-cümləsi hansl üslubdadır?
A)məişət
B) elmi
C)bədii
D)publisistik
E)rəsmi

 

CAVABLAR1.A
2.D
3. B
4.C
5.D
6A
7E
8.C
9.B
10.D
11.A
12.E
13.C
14.C
15.B

*****************************************************************************************

Sınaq 3

1.Vurğusu 2-ci hecaya düşən söz hansıdır?
A) boyaqotu
B)cismən
C)çəkiliş
D)deduktiv
E)dayaq

2.Hansı mürəkkəb adın yazılışı səhvdir
A)Şəhidlər xiyabanı
B)Ağstafa Rayon Təhsil Şöbəs
C)İynə Burnu
D)“Badamlı” mineral suyu
E)Əməkdar incəsənət xadimi

3.Hansı variantdakı sözlər eyniköklü deyil?
A)bağça,bağban
B)yarılmış,yarğan
C)işsiz,işdəki
D) sıxlaşmaq,sıxdırmaq
E)güləyən,gülüş

4.Məntiqi ardıcıllığı tamamlayın
sənətkar,sahibkar,…
A) Bəstəkar
B) Tələbkar
C) Fitnəkar
D) Davakar
E) Füsunkar

5.“Onlar… gündən sonra dostlarını axtarmağa başladılar” cümləsində nöqtələrin yerinə hansı saylar yazıla bilər?
1.bir çox
2.xeyli
3.on
4.bir neçə
5.bir sıra
A)135
B)34
C)145
D)234
E)15

6.Ata oğluna yaxınlaşaraq Oğlum dedi dərslərini vaxtında oxumalısan ki bir sənət sahibi olasan
Cümlədə hansı durğu işarələri buraxılmışdır?
A)qoşa nöqtə,3 tire,3 vergül, dırnaq
B)qoşa nöqtə,2 tire,3 vergül dırnaq
C)3 tire, 3 vergül, dırnaq
D)qoşa nöqtə,2 tire,2 vergül,dırnaq
E)qoşa nöqtə,1 tire,1 vergül

7.Hansı cümlədə feil əmr şəklində işlənmişdir
A)Bu gün kəndə qayıtmalısan
B)Sabah sən məktəbə gedəsisən
C)Biz bir yerdə işləyəcəyik?
D)Mən dərsi oxumalıyam
E)Sabah mən də onunla gedimmi?

8.Hansı cümlədə qeyri-müəyyən şəxsli cümlə daxilində ara sözdən istifadə edilmişdir?
A) Şübhəsiz, məsələyə düzgün yanaşılmadı
B)Bilirsən,doğrusu,ona güvənmirəm
C)Deyəsən,hər şeyi gözəl bilirlər
D)Elə bil heç nədən xəbəri yoxdur
E)Bir azdan yola düşürlər

9. “Görmərəm” sözünün tərkibinə görə təhlili hansı sözün təhlili ilə eynidir?
A) sürüdəkilər
B) qızarmışdır
C) yarışacaqlar
D)oxumazsan
E)dinlədin

10.Verilənlərin birini publisistik üsluba aid etmək olmaz
A) Müxtəlif emosiyaları ifadə edir
B) Milli ictimai təfəkkürü ifadə edən nitq formasıdır
C) Ümumxalq dilindəki dəyişikliklər publisistik üsluba təsir etsə də, əksi baş vermir
D) Sintaksisi mümkün qədər danışıq dilinə yaxındır
E)Həm təsviri, həm də analitik şərhlərə yer verilir.

11.Hansı cümlədəki “ki” bağlayıcıdır?
A)Kim ki insanı sevər,aşiqi hürriyyət olur
B)Sənin ki bu işdən xəbərin vardır
C) Təcrübələr göstərir ki hər vəziyyətə hazır olmaq lazımdır
D) Bizim ki bu işdə günahımız yoxdur
E)İnsan ki öz qiymətini bilmədi,kimsə ona hörmət etməz

12.İsmi birləşməni müəyyən edin
A)anam kimi
B)səndən əvvəl
C)baharı arzulayaraq
D)süd qoxulu körpə
E)arxaya baxa-baxa

13.Verilmiş nümunədə hansı cümlə üzvləri işlənmişdir?
“Eşitmək ayrı, görmək bir ayrı”.
1.mübtəda
2.xəbər
3.təyin
4.tamamlıq
5.zərflik

14.”Mən şərəf və namusumla sənə söz verirəm”
Cümləsində həmcins üzvlərdə ixtisar olunub:
1.hal şəkilçisi
2.mənsubiyyət şəkilçisi
3.zərf düzəldən şəkilçi
4.şəxs şəkilçisi
5.qoşma
6.bağlayıcı

15.Hansı sözlər həm əvəzlik,həm də ədat kimi işlənə bilər?
1.necə
2.təkcə
3.bəs
4.belə
5.da
6.bax
7.məhz

CAVABLAR
1.E
2.C
3.E
4.A
5.D
10
6.B
7.E
8.C
9.D
10.C
11.C
12.D
13)1,2
14)2,5
15)1,4

 

 

HAZIRLADI: DQ və MİQ üzrə müəllim

NƏRGİZ HƏSƏNOVA

TELEQRAM KANALI: t.me/nergizhesenova

[QR size=”100×100″ link=”no”][/QR]                                     

 

Dostlarla Paylaş ↓