Qarışıq Testlər (15.06.2022)

1) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən “Azərbaycan dövlətinin rəmzləri” maddəsinə aid
olmayanı seçin.
A) Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir.
B) Dövlət bayrağının uzunluğunun eninə nisbəti 2:1 kimidir.
C) Dövlət himninin musiqisi və mətni qanunla müəyyən edilir.
D) Dövlət bayrağının üzərindəki aypara təsviri bayrağın hər iki üzündə əks olunur.

 

2) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin Aparat rəhbəri ilk dəfə daimi dövlət qulluğuna qəbul edildikdə ona hansı ixtisas
dərəcəsi verilməlidir?
A) dövlət qulluğunun baş müşaviri        B) 1-ci dərəcə dövlət qulluqçusu
C) 3-cü dərəcə dövlət müşaviri             D) dövlət qulluğunun kiçik müşaviri

 

3) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların
müraciətlərinə baxılmasının əsas prinsiplərindən hansı düzgün deyil?
1. qanunçuluq
2. fiziki və hüquqi şəxslərinin hüquq və mənafelərinin qorunması
3. müraciətlərə dair tələblərin vahidliyi
4. dövlət maraqları ilə vətəndaşların maraqlarının uzlaşdırılması
5. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinin təmin edilməsi
A) 1,5    B) 2,3,4     C) 2,4,5      D) 1,3

 

4) “Kargüzarlıq haqqında Təlimat”a əsasən verilən yazılışlardan hansı düzgün deyil?
A) Azərbaycan Respublikasının Baş prokuroru
B) Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
C) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili
D) Qəbələ rayon İcra Hakimiyyəti

 

5) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı müddəa düzgün deyil?
1. Azadlıq hüququ heç bir halda məhdudlaşdırıla bilməz;
2. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman öz ölkəsinə maneəsiz qayıtması azadlıq hüququ
hesab edilir;
3. Azadlıq hüququnun məhdudlaşdırılması yollarından biri də həbsəalma hesab olunur;
4. Azadlıq hüququ saxlanılma yolu ilə də məhdudlaşdırıla bilər;
5. Azadlıq hüququ Konstitusiyada nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər;
6. Azadlıq hüququ qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər;
A) 1,2,5        B) 2,4,6          C) 1,4,5          D) 3,4,6

 

6) “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq məlumatın alınma
qaydası və şərtləri hansı ilə müəyyən olunmur?
A) mülki qanunvericiliyə uyğun bağlanmış müqavilə ilə;
B) Azərbaycan Respublikasının Konstitusiyası ilə;
C) “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;
D) “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

 

7) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu hansı münasibətləri tənzimləyir?
A) dövlət orqanlarının və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri;
B) dövlət qulluqçularının hüquqi statusu və dövlət orqanı ilə dövlət qulluqçusu arasında yaranan
münasibətləri;
C) dövlətlə dövlət orqanları arasında yaranan münasibətləri və hüquqi mexanizmləri;
D) dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti
ilə bağlı məsələləri;

 

8) “Kargüzarlıq haqqında Təlimat”a əsasən sərəncam mahiyyətli sənədlərin yaranmasının hüquqi
əsaslarından hansı düzgündür?
A) normativ-hüquqi aktların tələbləri;
B) dövlət və yerli özünüidarəetmə orqanlarının konkret tapşırıqları
C) Kargüzarlıq xidmətinin konkret tapşırıqları
D) Təşkilatın aparatının işini hüquqi baxımdan tənzimləmək zərurətinin yaranması;

 

9) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis hansı məsələnin həllinə dair 63 səs
çoxluğu ilə qanun qəbul edir?
A) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi                          B) Milli Məclis deputatlarının statusu
C) Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi      D) inzibati ərazi bölgüsü

 

10) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən verilən
fikirlərdən düzgün olmayanı seçin.
A) Bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı çərçivəsində etdiyi müraciətlərə də şamil edilir.
B) Hərbi qulluqçuların xidmətlə əlaqədar böyük rəislərinə müraciət etmə qaydası Silahlı Qüvvələrin
İntizam Nizamnaməsi ilə tənzimlənə bilər.
C) Ombudsmana insan hüquqlarının pozulması ilə bağlı şikayət edildikdə, həmin şikayətlərə baxılma
qaydası bu Qanunla tənzimlənmir.
D) Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olduqda, həmin müraciətə baxılma
qaydası bu Qanunda göstərilməmişdir.

 

11) “Kargüzarlıq haqqında Təlimat”a əsasən verilən yazılışlardan hansı düzgündür?
1. Azərbaycan Respublikasının dövlət statistika komitəsinin sədri
2. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri
3. Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri
4. Azərbaycan Respublikasının İqtisadiyyat naziri
5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri
6. Azərbaycan Respublikasının Maliyyə naziri
7. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

12) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən dövlət orqanının rəhbəri tərəfindən nəzarətin həyata keçirilməsi yollarından hansı düzgün deyil?
A) öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir;
B) dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və ehtiyac yarandığı hallarda etik davranış
qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir;
C) etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün
tədbirlər görməlidir;
D) etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları,
təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır;

 

13) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğunun əsas
vəzifələrində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi nəyin əsasında həyata keçirilir?
A) Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericlik aktları.
B) Azərbaycan Respublikasının qanunvericiliyi.
C) Yalnız bu Konstitusiya.
D) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr.

 

14) “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınması
məhdudlaşdırılan məlumatlarda peşə sirri dedikdə hansılardan bəhs olunur?
A) dövlət, bank və istintaq;                  B) hakim, vəkil, notariat;
C) vəkil, notariat, həkim;                     D) dövlət, bank, kommersiya;

 

15) “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında”Azərbaycan
Respublikasının Qanununa əsasən Dövlət bayrağı Azərbaycan Respublikasının İtaliyadakı səfirinin
iqamətgahı üzərində nəyə uyğun qaldırılır?
A) bu Qanuna uyğun daimi qaldırılır;
B) beynəlxalq hüquq normalarına uyğun qaldırılır;
C) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qaldırılır;
D) beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun qaldırılır;

 

16) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiyaya
qarşı mübarizənin həyata keçirilməsi yollarından hansı düzgün deyil?
A) qurumlar bütün hallarda korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər;
B) hüquq mühafizə orqanları inzibati və cinayət tərkibli korrupsiya hüquqpozmaları olduğuhalda
mübarizə aparırlar;
C) bu sahədə ixtisaslaşmış orqanın tərkibi müxtəlif hakimiyyət orqanlarının nümayəndələrindən təşkil
edilmişdir;
D) bu sahədə ixtisaslaşmış orqanın səlahiyyətlərini təsdiq edən akt Əsasnamə adlanır;

 

17) “Kargüzarlıq haqqında Təlimat”a əsasən sənədin rəsmiləşdirilməsi hansı qaydada aparılır? (tam olan
variantı seçin)
A) rəsmiləşdirmə sənədin imzalanması, möhür vurulması, qeydə alınması və göndərilməsi yolu ilə həyata
keçirilir;
B) rəsmiləşdirmə sənədin qeydə alınması, çoxaldılması, hazırlanması, uçotu, təsdiq edilməsi və
göndərilməsi yolu ilə aparılır;
C) rəsmiləşdirmə sənədin imzalanması, qeydə alınması, təsdiq edilməsi və möhür vurulması yolu ilə
aparılır;
D) rəsmiləşdirmə sənədin qeydiyyatı, uçotu, hazırlanması, tərtib edilməsi, imzalanması, təsdiq edilməsi və
möhür vurulması yolu ilə həyata keçirilir;

 

18) Dövlət qulluqçularına qulluq stajına görə aylıq vəzifə maaşına müəyyən edilmiş əlavələrin ödənilməsi
məqsədi ilə nə qədər vəsait nəzərdə tutulur?
A) hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən
olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində;
B) hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən
olunmuş aylıq vəzifə maaşının 2 misli həcmində;
C) hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən
olunmuş ümumi vəzifə maaşının 2 misli həcmində;
D) hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən
olunmuş aylıq dövlət məvacibinin 2 misli həcmində;

 

19) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati və yardımçı
vəzifələrin təsnifat toplusuna nələr daxildir?
1. vəzifələrin adları
2. ixtisas dərəcələri
3. vəzifələrin təsnifatları
4. qulluq funksiyaları
5. orqanların təsnifatları
6. vəzifə maaşları
A) 123           B) 456              C) 135             D) 246

 

20) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən verilən fikri tamamlayın.
Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı
məhkəmədə yenidən baxılması, habelə …
A) özünün əfv edilməsi haqqında müraciət etmək hüququ vardır.
B) özünün azad edilməsi haqqında tələb irəli sürmək hüququ vardır.
C) özünün azad edilməsi və layiqli həyat səviyyəsi ilə təmin edilməsi üçün müraciət etmək hüququ vardır.
D) özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.

 

21) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən dövlət qulluqçusu hansı halda ictimai və siyasi birliyə üzv olarsa, etik davranış qaydalarını pozmuş
hesab edilməz?
A) qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa;
B) heç bir halda;
C) bu Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa;
D) bütün hallarda;

 

22) “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən düzgün
olmayan fikri göstərin.
1. Elektron sənəd mübadiləsində Yasamal Bələdiyyəsinin gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış
imza vasitələrindən istifadə etməsi zəruridir.
2. A adlı fiziki şəxs Milli Məclisə elektron sənəd göndərərkən onu gücləndirilmiş imza ilə təsdiq etməlidir;
3. S adlı şirkət İqtisadiyyat Nazirliyinə məlumat bildirişi göndərərkən, onu sertifikatlaşdırılmış imza ilə
təsdiq etməlidir;
4. A adlı fiziki şəxs Energetika Nazirliyinə məlumat bildirişi göndərərkən, onu gücləndirilmiş imza ilə
təsdiq etməlidir;
A) 1,3                 B) 2,4              C) 1,4            D) 2,3

 

23) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğunun
şərtlərindən hansı düzgündür?
A) İş vaxtı 5 saatdan çox artırılanda işlədiyi günlərə görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.
B) Dövlət qulluğunda iş vaxtı həftədə 40 saata qədərdir.
C) Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün bu qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən
edilə bilər.
D) Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi
ödənilmədən 5 saata qədər artıra bilər.

 

24) “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən dövlət gerbinin qabarıq təsviri vurulmur:
A) Milli Məclisin iclas salonuna;
B) Nəsimi Rayon Məhkəməsinin binasına;
C) Sumqayıt Apellyasiya Məhkəməsinin sədrinin otağına;
D) Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin binalarına;

 

25) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını qorumaq və gözləmək
kimin borcudur?
A) hər bir vətəndaşın;
B) müvafiq dövlət orqanlarının;
C) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının;
D) bütün dövlət orqanlarının və onların vəzifəli şəxslərinin;

 

26) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun
andında hansı(lar)na dönmədən əməl edilməsindən bəhs olunur?
A) Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına;
B) Bu qanunun tələblərinə;
C) Azərbaycan Respublikasının qanunvericiliyinə;
D) Azərbaycan Respublikasının Konstitusiyasına;

 

27) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən verilənlərin hansında Konstitusiya Məhkəməsini
rəyi alınır?
A) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına uyğunlaşdırılması zamanı;
B) Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr edilərkən;
C) Azərbaycan Respublikasının Konstitusiyasını şərh etdikdə;
D) Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilərkən;

 

28) “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən Dövlət Himninin mütləq ifa edilməsi tələbi qoyulmayıb:
A) Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının qurtarması zamanı;
B) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclaslarının başlanması zamanı;
C) Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;
D) Quba Bələdiyyəsi tərəfindən keçirilən təntənəli tədbir zamanı dövlət bayrağı qaldırılarkən;

 

29) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər
tədbirləri hansı görməlidir?
A) dövlət orqanının rəhbəri;            B) dövlət qulluqçusu;
C) nəzarət orqanı;                          D) yuxarı orqan;

 

30) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclisin deputatlığına namizədlərə aid
tələblərdən düzgün olmayanları seçin.
1. İcra hakimiyyəti orqanlarında qulluq edən şəxslər deputat seçilə bilməzlər.
2. Fəaliyyət qabiliyyətsizliyi qanunla müəyyən edilmiş qaydada təsdiq edilən şəxslər deputat seçilə
bilməzlər.
3. Din xadimləri deputat seçilə bilməzlər.
4. Azadlıqdan məhrum edilmiş şəxslər deputat seçilə bilməzlər.
5. Dövlət məmurları deputat seçilə bilməzlər.
6. İkili vətəndaşlığı olan şəxslər deputat seçilə bilərlər.
A) 1,2,4,6              B) 1,3,5               C) 4,5,6          D) 1,3

 

31) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2-ci kateqoriya icra
hakimiyyəti orqanı hansıdır?
A) Naxçıvan Muxtar Respublikasının Ombudsmanı;
B) Gəncə Apellyasiya Məhkəməsi;
C) Bakı Şəhər Prokurorluğu;
D) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti;

 

32) “Elektron imza və elektron sənəd haqqında” Qanuna əsasən verilən anlayışlardan hansı düzgün deyil?
A) Elektron sənədi alan – elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, elektron sənədin ünvanlandığı
fiziki və ya hüquqi şəxs;
B) Elektron sənədi göndərən – elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla, özü tərəfindən və ya
adından elektron sənəd göndərilən fiziki və ya hüquqi şəxs;
C) Elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini
identikləşdirməyə imkan verən verilənlər;
D) Elektron sənəd – elektron sənəd dövriyyəsi sistemində istifadə üçün təqdim edilən və elektron imza ilə
təsdiq olunmuş sənəd;

 

33) “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
hansı müddəa düzgün deyil?
A) Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında
Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
B) Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi, dini
və tarixi həyatının bütün sahələrində işlədilir.
C) Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin
başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya
azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin
yaradır.
D) Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.

 

34) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan
Respublikasının Hesablama Palatasında yardımçı vəzifədə işləyən böyük mütəxəssis yardımçı vəzifələrin
hansı təsnifatına aiddir?
A) 1             B) 2               C) 3            D) 4

 

35) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların
müraciətləri ilə bağlı kargüzarlığın aparılması hansı tərəfindən təmin edilir?
A) müvafiq icra hakimiyyəti orqanı tərəfindən;
B) müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən;
C) müraciətə baxan subyekt tərəfindən;
D) müraciətə baxan subyektin rəhbəri tərəfindən;

 

36) “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Şəki İnzibati
Məhkəməsində işlərə neçə hakimdən ibarət tərkibdə baxılır?
A) 1 və ya 3            B) 3 və daha çox               C) təkbaşına             D) 1 və ya daha çox

 

37) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən maliyyə
xarakterli tələbləri pozan şəxslər barəsində rəsmi dövlət qəzetində məlumatı dərc etdirən hansıdır?
A) bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli şəxslər;
B) korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqan;
C) korrupsiyaya qarşı mübarizə aparan orqanlar;
D) müvafiq orqanın rəhbəri;

 

38) “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən elektron
sənədin saxlanılma qaydasında nəzərə alınan şərtlərdən hansı düzgün deyil?
A) elektron sənəd onu Göndərəni, Alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkan versin;
B) elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olmasın;
C) elektron sənəd yaradıldığı, ötürüldüyü və ya təsdiq edildiyi quruluşu saxlasın;
D) elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilsin;

 

39) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq icra hakimiyyəti
orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilənlərdən hansı
düzgün deyil?
1. Azərbaycan Respublikasının Ali Məhkəməsinin əməkdaşları;
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyində ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən
dövlət qulluqçuları;
3. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparatında qulluq keçən dövlət qulluqçuları;
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında qulluq keçən şəxslər.
5. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatında qulluq keçən
dövlət qulluqçuları.

 

40) Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı hansı müddətdə rəsmən
elan edir?
A) səsvermə günündən sonra 14 gün ərzində;
B) seçkilərin keçirilməsi günündən 14 gün sonra;
C) seçkilərin nəticələrinin təsdiq edildiyi gündən 14 gün ərzində;
D) Prezidentin seçildiyi gündən 14 gün keçənədək;

 

 

CAVABLAR

1.   C 21. A
2.   D 22. D
3.   C 23. D
4.   D 24. C
5.   C 25. C
6.   B 26. D
7.   D 27. D
8. D 28. B
9. D 29. A
10. A 30. C
11. 2,7 31. D
12. B 32. D
13. A 33. B
14. C 34. B
15. D 35. D
16. A 36. A
17. C 37. B
18. B 38. C
19. A 39. 1,4
20. D 40. A

 

Müəllif: Səxavət Nəsirov.

Dövlət Qulluğuna

Hazırlıq Üçün Səxavət Nəsirov müəllimə

müraciət edə bilərsiz!

Əlaqə: +994553030670
            +994703030670

[QR size=”100×100″ link=”no”][/QR]                       

 

Dostlarla Paylaş ↓