İnzibati icraat haqqında qanunun qısa konspekti
Qanunun 2 əsas məqsədi var.
- İnsanların hüquq və azadlıqlarına əməl edilməsini təmin etmək
- Qanunun aliliyinə nail olmaq.
Qanunda istifadə olunan 11 əsas anlayış var. Həmin anlayışlar aşağıdakılardır:
- İnzibati orqan ( inzibati orqanlar dedikdə – Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyət orqanları başa düşülür.)
- İnzibati akt
- Maraqlı şəxs
- Ərizə
- İnzibati şikayət
- İnzibati icraat
- Diskresion səlahiyyətlər
- Qarşılıqlı etimad
- Aralıq inzibati akt
- Əlverişli inzibati akt
- Əlverişsiz inzibati akt
Qeyd: Yuxarıda sadalanan anlayışlar haqqında ətraflı məlumatı qanunun özündən tanış ola bilərsiniz.
Bu qanun kimlərin fəaliyyətinə tətbiq edilir?
Bu qanun qanunvericiliklə inzibati orqan statusu almış bütün inzibati orqanların fəaliyyətinə şamil edilir.
Qeyd. İnzibati orqanların 2 əsas fəaliyyətinə bu qanunun müddədaları şamil olunmur.
- cinayət təqibi üzrə cinayət prosesual fəaliyyət
- inzibati xətalara dair işlər üzrə fəaliyyəti.
Ələt azad iqtisadi zonasında inzibati icraatın aparılması bu qanunla yox, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələri Prezdent tərəfindən yaradılan Apelyasiya Şurası tərəfindən tənzimlənir.
Bir inzibati orqan digər inzibati orqana hüquqi yardımın göstərilməsi üçün müraciət edirsə, müraciət olunan inzibati orqan öz səlahiyyət və imkanları daxilində həmin yardımı göstərməlidir. Əgər tabeçilik münasibətləri varsa və bu münasibətlərə görə edilən yardım hüquqi yardım sayılmır.
İnzibati orqan hansı hallarda hüquqi yardım üçün müraciət edə bilər bilər? 4 əsas halda.
- Hüquqi və ya faktiki xarakterli səbəblərə görə hər hansı bir hərəkəti müstəqil olaraq həyata keçirə bilmirsə;
- Hər hansı məsələnin həlli üçün orqana məlum olmayan və özünün müstəqil olaraq müəyyən edə bilmədiyi faktlar tələb olunarsa;
- Müəyyən bir məsələnin həlli üçün lazım olan sənəd və materiallar hüquqi yardım üçün müraciət olunan inzibati orqanın sərəncamında olarsa;
- Müstəqil olaraq hər hansı bir məsələnin həlli üçün zəruri olan xərclər həmin məsələnin hüquqi yardım əsasında həll olunması zamanı nəzərdə tutulan xərclərdən çox olduğu halda.
İnzibati orqan hüquqi yardım göstərməkdən hansı hallarda imtina edə bilər?
4 əsas halda.
- Hüquqi yardımın göstərilməsi orqanın səlahiyyətlərinə aid olmadıqda;
- Hüquqi yardım üçün göstərilməsi üçün nəzərdə tutulan tədbirlər hüquqa zid olarsa;
- Hüquqi yardımın göstərilməsi orqanın funksional vəzifələrinin yerinə yetirilməsinə mane olarsa;
- Hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulan sənəd və məlumatlar qanunla qorunan və ya digər sirr təşkil edərsə.
Sənədlərin sürətlərini kim təsdiq edir?
İnzibati orqanın özü və ya ona tabe olan orqan.
Sənəd təsdiq olunarkən bəzi məlumatların olduğu vərəq hazırlanır. Həmin vərəqdə aşağıdakı məlumatlar qeyd edilir:
Sənədin dəqiq adı, sənədin sürətinin onun əsli ilə düz olması haqqında qeydi, sənədin təsdiq olunduğu yer və tarix, məsul vəzifəli şəxsin imzası və inzibati orqanın möhürü.
Qeyd. Məzmunu dəyişdirilmiş və ya bütövlüyü pozulmuş sənədin təsdiq olunmasına icazə verilmir.
Qanunda istifadə olunan 9 əsas prinsip
Qeyd. Sadalayacağımız prinsiplər hüquqi dövlətin ümumi prinsipləri adlanır və inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin prinsiplər aşağıdakılardır:
- Qanunçuluq prinsipi
- Bərabərlik prinsipi
- Etimad hüququnun qorunması prinsipi
- Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası
- Formal tələblərdən sui-istifadənin qadağan olunması
- Hüququn tətbiqindən imtinanın qadağan olması
- Mütənasiblik prinsipi
- Çoxun azı ehtiva etməsi prinsipi
- Mötəbərlik prezumpsiyası.
Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, inzibati orqan inzibati aktı qəbul etməzdən əvvəl aktın məzmunu və işin faktiki halları barədə maraqlı şəxslərə və onların nümayəndələrinə məlumat verməli və onların mülahizələrini dinləməlidirlər.
İnzibati orqan maraqlı şəxslər və onların nümayəndələrini dinləməkdən imtina edə bilər:
- Maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati akt qəbul edilərsə;
- Dövlət maraqları və ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması məqsədilə inzibati aktın dərhal tətbiq olunması zərurəti yaranarsa;
- Dinləmənin həyata keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb olduqda;
- Çoxlu sayda identik məzmunlu və avtomatik qurğular vastəsilə inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;
- Barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati akt qəbul edilərsə;
- İnzibati aktın məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.
Qeyd. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, inzibati icraatla bağlı məlumatlar yalnız maraqlı şəxslərin razılığı əsasında digər şəxslərə verilə bilər. Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın aparıldığı inzibati orqanda tanış ola bilərlər. Müstəsna hallarda, maraqlı şəxslərin yazılı müracəti əsasında, inzibati icraat materialları digər inzibati orqanda və Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyində tanış ola bilərlər.
İnzibati icraat Azərbaycan Respublikasının dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində dilində aparılır. İnzibati icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçi xidmətindən istifadə etmək hüquqi təmin edilir.
İnzibati icraat aşağıdakı hallarda başlanılır:
- Fiziki və hüquqi şəxsin ərizəsi;
- İnzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;
- İnzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.
İnzibati icraat müvafiq ərizə və şikayətin qeydiyyata alındığı andan başlanır.
Qeyd. Maraqlı şəxslər tərəfindən yazılan ərizələr inzibati orqana 3 əsas üsulla təqdim olunur.
- Şəxsən təqdim edilməklə;
- Poçt rabitəsi vastəsilə;
- Elektron üsulla
Ərizə yazılı formada tərtib olunur və aşağıdakı məlumatlar göstərilməlidir:
Ərizəçinin müraciət etdiyi inzibati orqanın adı, ərizəçi fiziki şəxs olarsa onun adı, soyadı, əərizəçi hüquqi şəxs olduqda hüquqi şəxsin adı, ünvanı, rəhbərinin və nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü, ərizənin tərtib edildiyi tarix, tələbin qısa məzmunu və ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
Yadda saxla. İnzibati icraat prosesində inzibati icraat üçün tələb olunan sənəd və digər məlumatları, həmçinin digər inzibati orqanın sərəncamında olan məlumatları ərizəçi yox, ancaq iznibati orqanın özü əldə edə bilər. Əgər inzibati orqan həmin sənəd və məlumatların ərizəçidən tələb etməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.
Ərizə aşağıdakı hallarda baxılmamış saxlanılır:
- İnzibati orqanın ərizədə göstərilmiş məsələ ilə bağlı əvvəllər qərar qəbul etdiyi müəyyən edilərsə;
- Həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;
- Qanunun 30-cu maddəsində ərizədə qeyd olunan məlumatlara dair tələblərə əməl olunmadıqda;
- İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət imkanı verən əsaslar ərizədə qeyd olunmadıqda.
Maraqlı şəxslər inzibati icraat prosesində inzibati aktın ləvğ olunması və dəyişdirilməsi ilə bağlı 3 əsas halda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər. Həmin halları mütləq əzbərlə!
- İnzibati aktın qəbulu üçün əsas olan hüquqi və faktiki hallar maraqlı şəxsin xeyrinə olduğu zaman;
- Maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübütlar aşkar olunarsa;
- İnzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi və ya inzibati aktın aldatma, hədə-qorxu və digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunarsa.
İnzibati icraatın iştirakçıları kimlərdir?
– İnzibati icraatı həyata keçirən və inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqanlar;
– Barəsində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi ilə bağlı inzibati orqana ərizə ilə müraciət edən fiziki və hüquqi şəxslər;
– İnzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb edilən fiziki və hüquqi şəxslər;
Qeyd. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər ərizə ilə müraciət etmək və inzibati icraatda digər prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər.
Maraqlı şəxslər (fiziki və hüquqi şəxslər) inzibati icraatda həm şəxsən, həm də nümayəndə vasitəsilə təmis oluna bilərlər. Nümayəndənin səlahiyyətləri də qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Fəaliyyət qabiliyyəti olmayanları və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsləri onların qanuni nümayəndələri təmsil edirlər. Həmin nümayəndələrdə inzibati orqana öz səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər.
Azərbaycan Respublikası qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmayıbsa, inzibati icraat zamanı çəkilən xərclər inzibati orqan tərəfindən ödənilir. Maraqlı şəxslər və ya onların nümayəndələrinin çəkdiyi xərclər və nümayəndəlik haqqları həmin maraqlı şəxslərin hesabına ödənilir.
Qeyd. Fiziki və hüquqi şəxslər inzibati icraat prosesində şəxsən və ya nümyəndə vasitəsilə təmsil oluna bilərlər. Nümayəndə ilə təmsil olunan zaman onu səlahiyyətləri Azərbaycan Respublikası qanunvericiliyə görə etibarnamə ilə təsdiq olur. Səlahiyyətləri etibarnamə ilə təsdiq olunan nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün prosesual hərəkətləri yerinə yetirmək hüququna malikdir. İnzibati orqanın özü isə inzibati icraat prosesində həmin orqanın rəhbəri, onun müavini və ya həmin orqanın rəhbəri tərəfindən təyin olunmuş digər vəzifəli şəxs tərəfindən təmsil olunur.
İnzibati icraat zamanı ekspert və mütəxəssis hansı hallarda cəlb edilir?
– İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan tərəfindən maraqlı şəxslərin təşəbbüsü və ya vəsatəti ilə ekspert və ya mütəxəssis inzibati icraat prosesinə cəlb oluna bilər.
Hansı hallarda vəzifəli şəxslərə etiraz etmək olar?
- Vəzifəli şəxslər həmin işin nəticəsində şəxsən maraqlı olduqda;
- İşdə iştirak edən maraqlı şəxs və ya onun nümayəndələri ilə qohumluq əlaqəsindədirsə və ya əvvəllər qohumluq əlaqəsində olmuşdursa;
- İşdə iştirak edən maraqlı şəxsin nümayəndəsi olarsa;
- Özü və ya ailə üzvləri maraqlı şəxsə məxsus hüquqi şəxsə aidiyyatı olan şəxs olduqda;
- Vəzifəli şəxsin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran yetərli əsaslar olduqda.
Qeyd. Ekspert, mütəxəssis və ya tərcüməçi yuxarıda vəzifəli şəxslər üçün sadaladığımız əsaslar olduqda inzibati icraat prosesinə iştirakına yol verilmir. Bundan başqa, həmin şəxslər (ekspert, mütəxəssis və ya tərcüməçi) işdə iştirak edən şəxslər və ya onların nümayəndələrindən xidməti və sair cəhətdən asılı olduqda, o cümlədən inzibati icraatın başlanması üçün əsas olmuş materiallar üzrə təftiş (yoxlama) apardıqda və həmin materiallardan inzibati icraatda istifadə olunarsa ekspert, mütəxəssis və ya tərcüməçi inzibati icraat prosesində iştirak edə bilməz.
İnzibati icraat zamanı inzibati orqan aşağıdakı sübutetmə vasitələrindən istifadə edir;
Sənədlər, tərəflərin və işdə iştirak edənlərin izahatları, ekspert rəyləri, şahid ifadələri, hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən verilən arayışlar.
Qanunu pozmaqla əldə olunmuş sübutlardan istifadə olunmasına yol verilmir.
İnzibati akt qanunda basqa hallar nəzərdə tutulmayıbsa, yazılı formada qəbul edilir və icraatı həyata keçirən inzibati orqanın vəzifəli şəxsi və kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır.
Qeyd. İnzibati akt dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada qəbul edilə bilər.
Yazılı inzibati aktın rekvizitləri aşağıdakılardır:
- İnzibati aktı qəbul etmiş orqanın adı;
- İnzibati aktın ünvanlandığı hüquqi şəxsin adı, ünvanı və fiziki şəxsin adı, soyadı, atasının adı, ünvanı;
- İnzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin adı, soyadı və imzası;
- İnzibati aktın adı, qəbul olunma tarixi və qeydiyyat nömrəsi;
- İnzibati aktı qəbul etmiş inzibati orqanın möhürü.
Qeyd. İnzibati akt texniki (avtomatik) qurğuların köməyi ilə qəbul edilərsə, həmin aktda vəzifəli şəxsin imzası və inzibati orqanın möhürü olmaya bilər.
Yazılı formada təsbit olunan inzibati aktı yazılı şəkildə əsaslandırılmalıdır.
İnzibati aktın aşağıdakı hallarda əsaslandırılması tələb olunmur:
- Maraqlı şəxsin ərizəsi inzibati orqan tərəfindən təmin olunarsa və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edilərsə;
- İnzibati orqan tərəfindən çoxlu sayda digər analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki qurğuların köməyi ilə qəbul edildikdə və həmin inzibati aktları ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda;
- İnzibati aktlar kütləvi informasiya vasitələrində dərc olunduqda.
Qeyd. İnzibati orqan inzibati aktı qəbul olunması ilə bağlı maraqlı şəxslərə və onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
Aşağıdakı inzibati aktlar etibarsız sayılır:
- İnzibati orqan tərəfindən qəbul edidiyi məlum olmayan yazılı inzibati akt;
- Səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilən inzibati akt;
- Rəsmi sənəd formasında qəbul edilən, amma həmin sənədin tələblərinə cavab verməyən inzibati akt;
- Maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt;
- Faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;
- Kimə ünvanlandığı məlum olmayan inzibati akt.
Qeyd. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticəsi də yoxdur.
Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər.
İnzibati şikayət yazılı formada tərtib edilir və aşağıdakı məlumatlar göstərilməlidir:
1) Şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;
2) Şikayəti verən şəxsin adı, soyadı, yaşayış yeri və hüquqi şəsxin adı və ünvanı;
3)Barəsində şikayət verilən inzibati akt və ya hərəkət;
4)Şikayətin tərtib edildiyi tarix;
5)Şikayət verən şəxsin imzası;
6)Şikayəti verən şəxsin tələbi və bu tələbin əsasları.
İnzibati şikayət aşağıdakı hallarda baxılmamış saxlanılır:
1) İnzibati şikayətin məzmununa dair tələblər pozulduqda; (yuxarıda göstərilə məlumatlar)
2) Şikayətin predmeti üzrə digər inzibati orqanın və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;
3)İnzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddəti buraxılarsa və müddət bərpa olunmazsa;
4)Şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürüldükdə.
Qeyd. Şikayətin baxılmamış saxlanılması barədə qərarı şikayət instansiyası verir. Şikayət instansiyası icraat zamanı işə tam həcmdı baxır və şikayət olunan aktın qanunauyğunluğunu və ya məqsədəuyğunluğunu araşdırır və sonda ya inzibati şikayəti təmin etmədən saxlayır və ya inzibati aktı dəyişdirir, həmçinin inzibati aktı tamamilə və ya qismən ləvğ edir. Şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə qəbul olunmuş qərar inzibati akt sayılır. Maraqlı şəxslər və ya onların nümayəndələri həmin qərardan bu qanunla müəyyən olunmuş qaydada şikayət verə bilər.
İnzibati orqanların vəzifəli şəxsləri bu qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar.
Yadda saxla. İnzibati orqanın inzibati aktın icrası ilə bağlı qanunu tələblərini bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktın məcburi qaydada icrası “İcra haqqında” haqqında Azərbaycan Respublikası Qanuna əsasən icra məmurları tərəfindən icra edilir.
Maraqlı şəxslər isə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə inzibati orqan tərəfindən əvvəlcədən xəbərdar edilməlidir. Xəbərdarlıq yazılı formada olur və bu qanunla müəyyən olunmuş qaydada maraqlı şəxsə rəsmi təqdim olunur. Xəbərdarlıqda yalnız bir məcburi icra tədbiri nəzərdə tutula bilər. İnzibati orqan isə məcburi icra tədbirlərinin tətbiqi zamanı mütənasiblik prinsipinə əməl etməyə borcludur.
İnzibati orqan şəxsi müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın icrasını təmin etmək üçün qanunvericiliyə uyğun olaraq cərimə də bilər. Cərimənin məbləği aşağıdakı kimidir:
Fiziki şəxslər üçün – 44 manat;
Hüquqi şəxslər üçün – 330 manat.
Ümumi olaraq cərimənin miqdarı 4 manatdan az ola bilməz. Cərimə dövlət büdcəsunə köçürülür.
İnzibati orqanların qanunsuz qərarları və hərəkətləri nəticəsində maraqlı şəxslərə vurulmuş ziyana görə müvafiq iznibati orqan Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu Azərbaycan Respublikasının inzibati – Prosesual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir.
Qanunun rəqəm göstəricilərindən ibarət cədvəl formasında qısa konspekti
Mövzunun mahiyyəti Vaxt göstəricisi 1) İnzibati orqan müraciət daxil olduğu gündən neçə gün müddətində hüquqi yardım göstərməlidir? 15 gün müddətində 2) Hüquqi yardımın göstərilməsi üçün daha artıq müddət tələb olunduğu halda hüquqi yardımın göstərilməsi müddəti əlavə olaraq neçə gün müddətinə uzadıla bilər? 15 gün müddətinə 3) İnzibati orqan hüquqi yardımın göstərilməsindən imtina etdiyi barədə mürəciət edən inzibati orqana müraciət daxil olduğu gündən neçə gün müddətində yazılı məlumat verir? 3 gün müddətində 4) Yuxarı inzibati orqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə neçə gün müddətində baxır? 5 gün müddətində 5) Hüquqi yardımın göstərilməsi ilə bağlı xərclər nə qədər olduqda, bu xərcləri hüquqi yardımın göstərilməsi üçün müraciət edən inzibati orqan ödəməlidir? 22 manatdan yuxarı olduqda 6) İnzibati orqan müraciət daxil olduğu gündən neçə gün müddətində müvafiq məlumatları verməlidir? 3 gün müddətində 7) İnzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci neçə gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış göndərmələdir? 3 gün müddətində 8) Qanunda başqa müddət nəzərdə tutulmayıbsa, inzibati orqan tərəfindən əlavə sənəd və məlumatların təqdim edilməsi üçün təyin edilən müddət neçə gündən çox olmamalıdır? 15 gün 9) Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi
başqa inzibati orqanın səlahiyyətinə aid olduqda, ərizəçinin müraciət etdiyi inzibati orqan həmin ərizə və ona aid olan digər sənədləri səlahiyyətli inzibati orqana ən geci neçə gün müddətində göndərməlidir?10 gün müddətində 10) Ərziə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə neçə gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir? 6 gün müddətində 11) İnzibati icraatın təzələnməsi üçün təkrar ərizə neçə gün müddətinə təqdim olunmalıdır? 3 ay müddətində 12) İnzibati icraatda iştirak edən və Azərbaycanda daimi yaşayış yeri olmayan maraqlı şəxs inzibati orqanın bu barədə onu xəbərdat etdiyi gündən neçə gün müddətində Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan fəaliyyət qabiliyyətli şəxsi inzibati icraatla bağlı həmin maraqlı şəxsə ünvanlanan sənədləri almaq üçün müvəkkil təyin etməlidir? 3 gün müddətində 13) İnzibati orqanın ekspertiza təyin edilməsi haqqında qərarı məhkəmə ekspertizasına daxil olduğu vaxtdan neçə gün müddətindən gec olmayaraq yazılı formada rəy verir? 30 gün 14) Etiraz haqqında ərizəyə etirazın verildiyi vaxtan ən geci neçə gün müddətində baxılmalıdır? 1 gün 15) İnzibati orqan buraxılmış müddətin bərpa olunmasına dair ərizəyə neçə gün müddətində baxır? 5 gün 16) İnzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci neçə gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir?
30 gün müddətində 17) İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün daha artıq müddətin tələb olunduğu üçün inzibati icraatın müddəti hər dəfə neçə gün olmaqla iki dəfə uzadıla bilər? 30 gün 18) İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti neçə gündən çox ola bilməz? 90 gün 19) Şifahi və ya digər anlaşılan formada qəbul edilmiş inzibati akt qanunda müəyyən edilmiş hallarda elan olunduğu vaxtdan neçə gün müddətində yazılı formada təsbit olunmalıdır? 5 gün 20) Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən neçə gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır? 5 gün 21) Elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən neçə gün küçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır? 3 gün 22) İnzibati akt dərc edildiyi gündən neçə gün keçdikdən sonra dərc olunmuş sayılır? 10 gün 23) Maraqlı şəxsə dəyən ziyanın ödənilməsi üçün nəzərdə tutulan kompsasiyanı nə qədər müddət ərzində tələb edə bilər? 1il 24) Qanuni inzibati akt, həmin aktın ləvğ olunmasını şərtləndirən hallar məlum olduğu gündən nə qədər müddət ərzində ləvğ edilə bilər? 1 il 25) İnzibati orqan inzibati akt barəsində verilən şikayətinə qədər müddət ərzində şikayət instansiyasına göndərməlidir? 3 gün 26) İnzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına ilk dəfə toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən nə qədər müddət ərzində şikayət verilə bilər? 6 ay 27) Şikayət inzibati aktın qüvvəyə mindiyi gün ərzində şikayət instansiyasına verilir? 30 28) Elmi dərəcə, elmi adların verilməsi, elmi adlar və elmi dərəcələr haqqında sənədlərin hazırlanması, elmi dərəcə və elmi addan məhrumetmə ilə bağlı olan inzibati aktlar qəbul edildiyi tarixdən nə qədər müddət ərzində şikayət instansiyasına verilir? 2 ay 29) Şikayət instansiyası nə qədər müddət ərzində inzibati şikayətə baxmalı və qərar qəbul etməlidir? 1 ay 30) Qanunun qəbul olunduğu tarix 21 oktyabr 2005-ci il
Hazırladı: Emil Qəhrəmanov.
Uğurlar arzu edirəm hər bir kəsə!
[QR size=”100×100″ link=”no”][/QR]