Bios Haqqında Ətraflı

 

Kompüterinizdə hansı əməliyyat sistemi yüklənmiş olursa-olsun, arxa planda işləməkdə olan daha bir əməliyyat sistemi var. Mavi ekran vermədən, cihaz drayveri istəmədən işini yerinə yetirən bu əməliyyat sistemi BIOS adlanır. BIOS-a sahib olduğunuzda, sisteminizi nizama salmaq, ya da yaranan problemi aradan qaldırmaq üçün edə biləcəklərinizin sayı da artır.
BIOS-un açılışı Basic Input/Output System, yəni Əsas Giriş/Çıxış Sistemidir. Əslində BIOS bir proqramdır, amma kompüterimizə yükləyib işlətdiyimiz digər proqramlardan, yerləşdiyi yer və funksiyaları baxımından fərqlənir.
BIOS sisteminizin ayrılmaz bir parçasıdır, sisteminizi bağlasanız da, diskinizi formatlasanız da, BIOS silinmir. Bunun səbəbi də, BIOS-un diskdə deyil, ana plata üzərində, tam oxuna bilən bir ROM yaddaş qurğusunda qeyddə olmasıdır.
BIOS proqramı digər proqramlarınızdan fərqli olaraq, istəsəniz imtina edə biləcəyiniz bir proqram deyil, sistem işlədiyi anda işə başlayan, sistemin əsas bir hissəsidir. Əlavə olaraq, BIOS tam olaraq sisteminizə görə nizamlanmış bir proqramdır, bu səbəblə də, hər ana platanın BIOS-u özünə məxsusdur.
Ən yeni, ən müasir fərdi kompüterlərdəki BIOS-lar belə, əslində çox köhnə proqramlardır. BIOS-un nüvə funksiyaları 1981-ci ildə çıxan IBM PC-yə əsaslanır və bu funksiyalar, sisteminiz nə qədər yeni olursa-olsun, dəyişmir.

İlk dəfə hazırlandıqda, BIOS-un 4 funksiyası var idi:
1. Sistem açıldıqda, ilk olaraq aparat hissəsinə nəzarət edərək, bir səhv olub-olmadığını təsbit etmək (Power On Self Test – POST)
2. Sistem işlədikdən sonra, RAM yaddaşı davamlı olaraq təzələmək
3. Sistem açılanda bəzi kiçik RAM bloklarına sisteminiz haqqında məlumatlar yazmaq. Bunun məqsədi isə, proqramlarınızın sisteminizdəki təchizatlar haqqında məlumat sahibi olmamasıdır, məsələn, bir proqramın yaddaşdakı müəyyən bir sahəyə baxaraq, neçə Gb-lıq bir disk istifadə etdiyinizi və neçə diskinizin olduğunu anlaya bilməsi üçün. Bu bloklara “BIOS Data Area” deyilir.
4.Proqramlarınızın aparat hissəsi ilə əlaqələndirilməsini təmin etmək

İndiki vaxtda, inkişaf etmiş əməliyyat sistemləri BIOS-un gördüyü bir çox işi üzərlərinə götürürlər. BIOS hələ də var və əsas əməliyyatlar üçün lazımlıdır, amma əməliyyat sistemləri çoxu BIOS parametrini də keçə bilirlər. Məsələn, BIOS-un Setup ekranına girib, sistemə taxılı disklərinizdən birini sıradan çıxarsanız da, Windowsa girərkən, diskin yerində olduğunu görəcəksiniz.

BIOS-un ilk funksiyası sistemin açılmasını təmin etməkdir. Əgər prosessorunuza nə edəcəyini söyləməsəniz, ana platanın üzərində öz başına işləyəcək. Halbuki BIOS, prosessorunuza ilk əsas əmrləri verərək, sistemin açılışını başladır. POST əməliyyatı tamamlandıqdan sonra da, idarəni digər proqramlara verir. Bu sayədə PC-lərimizin universal olması təmin edilir, yəni əməliyyat sisteminə aid xüsusi BIOS-a ehtiyac duyulmur. BIOS işini qurtardıqdan sonra, əməliyyat sistemi fəaliyyətə keçir.

BIOS-a daxil olma

 

BIOS-a daxil olmanın ən məşhur yolu, sisteminiz açılarkən Delete düyməsinə basmaqdır. Bəzi ana platalarda Setup ekranına çatmaq üçün Delete düyməsi yerinə Esc, F1, ya da F2 düymələrinə də basıla bilər, amma ən məşhur üsul Delete düyməsinə basmaqdır. Açılış zamanı BIOS sisteminizdə olan təchizat komponentlərinə nəzarət edərkən, istifadə edilə bilən yaddaşı sayarkən və sabit diskləri (digər yaddaş cihazlarını da) taparkən, klaviaturanızda olan xüsusi bir düyməyə basaraq, BIOS nizam səhifəsinə girə bilərsiniz. Ümumiyyətlə, bu əməliyyat Delete düyməsinə basaraq edilir, ancaq F2 kimi digər düymələr də ola bilər. Əgər bütün üsulları sınayıb yenə də daxil ola bilmədinizsə, kompüterinizin və ya ana platanızın istifadə etmə bələdçisinə baxa bilərsiniz. Kompüter açılmağa başladığı anda bu düyməyə bir ya da iki saniyə basmanız kifayət olacaq. Hər şey olması lazım olduğu kimi işləsə, BIOS yaddaş miqdarını saymağı bitirəcək və ana BIOS menyusunu açacaq. Əgər gözlənilən ekran gəlmədisə, kompüterinizi yenidən işə salıb fərqli bir düyməni yoxlaya bilərsiniz. Məsələn, əksər kompüterlər F1 və ya Esc düyməsini istifadə edir. Bəzən də F2, F10 və ya Alt+F1 düymələrini sınamaq lazım gəlir.

 

BIOS səhv siqnalları

 

Fasiləsiz səs – Güc qaynağı xətası
Bir çox qısa bip – Ana plata xətası
1 uzun – Yaddaş təzələnilməsində səhv
1 uzun 1 qısa – Ana plata və ya BIOS çipi xətası
1 uzun 2 qısa – Ekran kartı səhvi (əsasən, köhnə kartlardakı DIP switch əsaslıdır)
1 uzun 3 qısa – Ekran kartı səhvi
2 uzun 1 qısa – Ekran kartı səhvi (RAMDAC əsaslı)
2 qısa – Yaddaş pariteti səhvi
3 qısa – Yaddaşın ilk 64 Kb-lıq hissəsində səhv
4 qısa – Timer səhvi
5 qısa – Prosessor səhvi
6 qısa – Klaviatura prosessoru səhvi
7 qısa – Prosessor səhvi
8 qısa – Ekran kartı yaddaşında oxuma/yazma səhvi
9 qısa – BIOS ROM səhvi
10 qısa – CMOS oxuma/yazma səhvi
11 qısa – Tampon yaddaş səhvi

 

BIOS nizamları

 

Menyu başlıqları ana platanızın markasına görə dəyişə bilər, amma ümumilikdə eynidirlər.
CMOS Setup Utility
Advanced BIOS Features
Advanced Chipset Features
Integrated Peripherals
Power Management Setup
PNP/PCI Configurations
PC Health Status/Hardware Monitor
Load Fail Safe Defaults
Load Optimized Defaults
Set Supervisor & User Password
Save & Exit Setup
Exit Without Saving

 

Standart CMOS Setup

 

Əsas menyudan bu bölməyə girəndə, əsas sistem nizamları və sistem saatı ilə əlaqədar seçimlərlə qarşılaşacaqsınız. Bunların funksiyaları aşağıda təqdim edilmişdir.
Date/Time – Sistem saatını və tarixini buradan nizamlaya bilərsiniz.
Sərt Disklər – BIOS və ana platalar 4 IDE driver (sərt disk və ya CD-ROM) dəstəkləyir. IDE disketlərinizin nizamlarını “Hard Disks” adlı bu bölmədə görə bilərsiniz.
Disk Driver-lər – Bu bölmədən disket driver-inizin tipini seçəcəksiniz. Bir disket driver-iniz varsa, bunu 1.44M, 3.5 olaraq seçə bilərsiniz. Digər disket driver-i (Drive B) isə “Not Installed” (Qurulmamış) olaraq buraxılır.
Halt-On – POST, yəni BIOS-un həyata keçirdiyi təchizat testləri əsnasında bir təchizat səhvi ilə qarşılaşılsa, sistem dayanır. Halt-On seçimi ilə bəzi səhvlərin diqqətə alınmamasını, POST əməliyyatının davam edərək, sistemin açılmasını söyləyə bilərsiniz. Bu seçimlər aşağıdakı kimidir:
• No errors POST – heç bir səhvdə dayanmır.
• All errors BIOS – bir səhv təsbit etdiyində dayanır və sizə bu səhvi düzəltməyiniz üçün xəbərdarlıq edir.
• All, But Keyboard – POST klaviatura səhvləri xaricindəki səhvlərdə dayanır.
• All, But Disket – POST disket driver səhvləri xaricindəki səhvlərdə dayanır.
• All, But disk/Key – POST klaviatura və disket driver səhvləri xaricindəki səhvlərdə dayanır.
Yaddaş Məlumatları – Bu sahədəki məlumatlarda dəyişiklik edə bilməzsiniz. Burada ənənəvi (base), genişləndirilmiş (extended) və digər yaddaş tutumları haqqında məlumat iştirak edir.

BIOS Features Setup

CPU Internal Core Speed – Bəzi ana platalarda prosessorun sürəti görünür. (233MHz, 300MHz kimi). Yeni Abit, Chaintech kimi ana platalarda bu, bir seçim olaraq verilmişdir və prosessor sürətini BIOS proqramından nizamlamanıza icazə verir.
Virus Warning – Bu seçim Boot virusları üçün gözəl vasitədir.
CPU Internal Cache – Çox istifadə edilən bəzi məlumatlar müəyyən müddətlik sürətli operativ yaddaşda tutula bilər. Beləliklə, bəzi əməliyyatlar daha sürətli həyata keçirilir.
BIOS Update – BIOS yeniləmə modulunun prosessora lazımlı məlumatları çatdırmasını təmin edir. Enabled mövqeyində olmalıdır.
Quick Power On Self Test – POST əməliyyatının 4 dəfə yerinə (bəzi PC-lərdə 3 dəfə) bir dəfə edilməsini təmin edir.
Boot Sequence – PC-niz açıldıqda, BIOS-un əməliyyat sistemi üçün öncə hansı driver-ə baxması lazım olduğunu bildirir.
Gate A20 Option – Bu seçim sistemin 1 MB-dan çox genişlənmiş yaddaşı (Extended memory) necə istifadə edəcəyi ilə əlaqədardır.
Security Option – Sisteminizə və BIOS Setup-dakı nizamlara başqalarının girə bilməməsi üçün BIOS Setup-dan şifrə qoya bilərsiniz.

 

CHIPSET Features Setup

 

Ana platanın chipseti ilə əlaqədar nizamlar bu hissədə olur. Çox ana platada olan chipset və yaddaş nizamları ilə əlaqədar seçimləri bu bölmədə izah edəcəyik.

EDO Avto Configuration – EDO RAM ilə əlaqədar texniki məlumatlar saxlayan nizamları olduğu kimi buraxmanız məsləhətdir.
SDRAM Configuration – Sisteminizdə SDRAM tipində yaddaş istifadə edirsinizsə, yaddaşlarınızın sürətini burada təyin edə bilərsiniz.
8/16 Bit I/O Recovery Time – 8 və 16 bitlik ISA kartlar üçün zamanlama.
CPU Warning Temperature – Prosessorun istiliyi neçə dərəcəyə çatdıqda, sistemin siqnal verəcəyini təyin edir.

Dostlarla Paylaş ↓