Dövlət Qulluğu(BB-BA) Azərbaycan Dili üzrə 3 ədəd Sınaq Testləri və Cavabları (Nərgiz Həsənova)
Sınaq 1
1) Hansı sözün orfoepiyası yanlış verilmişdir?
A) bürünc[bürünç] B) çəkiliş[çəkliş]
C) çəkinmək [çəkimməx’] D) dekorativ [ dekarativ] E)eyniadlı [eyniaddı]2) Qoca asta-asta pilləkənləri düşürdü?
Cümlənin mübtədası nə ilə ifadə olunmuşdur?
A) Sifət B) İsim C) zərf D) say E) əvəzlik3) Verilmiş cümlələrdə fərqləndirilmiş sözlər hansı nitq hissəsinə aiddir?(ardıcıllıqla)
• Belə işlər artıq çox sıxıcı gəlirdi
• Belə danışma, dostluğunuz pozular
• Belə adamlardan çox olardı kaş
A) Əvəzlik, zərf,əvəzlik B) Ədat, zərf, əvəzlik C) Əvəzlik,ədat,ədat
D) əvəzlik, əvəzlik, əvəzlik E) ədat,zərf, əvəzlik4) “Bütün bu yüksək nailiyyətləri nəzərə alaraq namizədliyini irəli sürdülər”
Cümlənin morfoloji təhlili ilə bağlı səhv fikir hansıdır?
A) “ bütün” -təyini əvəzlikdir, cümlədə təyindir B) “nailiyyətləri”- adlıq halda olan isimdir
C) “namizədliyini”- təsirlik halda olan isimdir D ) cümlədə əvəzliyin 2 məna növü işlənmişdir
E ) Cümlədəki isimlər fərqli hallarda işlənmişdirlər5) Sadə təsirli fellərdən ibarət cərgəni göstərin.
A) pozdu, səpdi, qaytardı B) dözdü, güvəndi, utandırdı C) qorxutdu, küsdürdü, yalvartdı
D) bağladı, yazdırdı, ütülətdirdi E) ayırdı, qaytardı, gəldi6) Hansı söz digərləri ilə eyniköklü deyil?
A)Yarğan. B) yardım. C)yarıq. D)yaralı. E) yara7) Hər iki tərəfi sifət olan mürəkkəb sözü göstərin:
A) stolüstü, quzuqlağı B) istiot, şirindil C) istiqanlı, soyuqqanlı
D) əliəyri, kəklikotu E) boşqab, atüstü8)Biri qeyri müəyyən şəxsli cümlədir
A) Onlar səni görəndə xeyli naraht oldular B) Bizə kömək edən olacaq
C) Mən dünən rayondan qayıdanda öz yerlərində dayanmışdılar
D) Gərək böyüyün hörmətini saxlayasan E) Sənin dostların onu uzun müddət şəhərdə görmədilər9) Verilən xüsusiyyətlər tabesiz mürəkkəb cümlənin hansı növünə aiddir?
*Tərkib hissələrindən biri ümumilik bildirir, digəri
onu izah edir
*Əsasən intonasiya ilə bağlanır
*Yəni bağlayıcısından da istifadə olunur
A) zaman B) ardıcıllıq C) aydınlaşdırma D) bölüşdürmə E)qarşılaşdırma10) >;< ; = ; + yazının hansı növünə aiddir?
A) ideoqrafik B) sillabik C) əşyəvi D) piktoqrafik E) fonoqrafik11)Qəlib sözlər sırasında verilə bilməz
A) elə idi, budur B) harada, necə C) bundadır, eləsi D) beləsini, bu oldu
E) onun üçündür, bundan ötrü12) Hansı cümlədə əlavə xitaba aiddir?
A) Vətən mənim azadlığım ,namusumdur B) Ey yolla gedənlər! Məni dinləyin
C) Yaşa, doğma yurdum,Odlar diyarı! D)Qarlı qış,qarlı cəbhə,
Gecə zülmət,hava buz
E)Sevinc,Ləman məni dinləyin!13) Biri yalnız bağlayıcı kimi işlənir
A) yəni B) ki C) ancaq D) çünki E) ilə14) “Aynur səni oraya səhnəyə dəvət edirlər” Verilmiş cümlədə hansı durğu işarələri buraxılmışdır?
A) İki vergül,bir tire B) Bir vergül, bir tire C) Bir tire,bir nöqtə
D) Bir vergül, nöqtəli vergül E) İki vergül, iki tire15) Müşavirə, konfrans, iclas və plenumda söylənilən çıxışları və çıxarılan qərarı təzahür etdirmək üçün hansı əməli yazı nümunəsindən istifadə olunur?
A) protokol B) akt C) ərizə D) vəkalətnamə E) arayışCAVABLAR
1.B
2.A
3.D
4.B
5.A
6.B
7.C
8.C
9.C
10.A
11.B
12.C
13.D
14.B
15.A*****************************************************************************************
Sınaq 2
1.Hansı sözün yazılışı ilə tələffüzü arasında 3 fərqli məqam var?
A)Toranlıq B)təbiətşünaslıq C)sönməyən D) xoşniyyətlidir E)hiddətlə2)Hansı sözü kök və şəkilçiyə ayırmaq olmaz?
A)yelpik B) yaylaq C) bisavad D)dinlə E)gözlə3)Hansı variantdakı söz mənsubiyyətə görə dəyişməyib?
A)tələbəyəm B) evimiz C)Binan D)güldanı E)beynim4) “Nuray parta yoldaşım dərslərini yaxşı oxuyurdu”
Cümləsində hansı durğu işarəsi buraxılıb
A)defis B)qoşa nöqtə C)tire D) vergül E) nöqtəli vergül5)Nümunədəki əvəzliklərin hansı nitq hissəsini əvəz etdiyini müvafiq ardıcıllıqla müəyyən edin.
“Anadır, deməli, güclüdür torpaq, Ondadır əlacı, axı hər şeyin.
Gəlin təbiətin özündən alaq
Dava-dərmanını hər şikəstliyin”
(B.Vahabzadə)
a) isim, isim, isim, sifət b) isim, isim, sifət, sifət c) sifət, isim, isim, sifət
d) sifət, isim, sifət, sifət e) isim, sifət, sifət, sifət6)Məntiqi ardıcıllığı tamamlayın Qanun,qərar,fərman…?
A)ərizə B)arayış C)izahat D)elan E)əmr7)“Arxaik leksika və sintaktik konstruksiyalar bu üslubda uzun zaman mühafizə olunur”-bu fikir hansı üslubun xüsusiyyətidir?
A)bədii B)məişət C)elmi D) publisistik E)rəsmi işgüzar8)Hansı birləşmənin asılı tərəfi sifət deyil?
A)elmi iş B)yun jaket C)soyuq rəftar D) körpə uşaq E) şirin söhbət9) Cümlələrdən birində əvəzlik mübtəda rolundadır?
A) Niyə elə yerdə qalım? B)Mənəmlik sənə yaraşmır B)Vətənin hər qarışı bizimdir
D)Kimsə dama çıxıb möhkəmcə danışırdı E)Onun məndə heç nəyi lazım deyil10)“Eşidildi” sözü feilin hansı növündədir?
A) məlum B) qayıdış C) icbar D) məchul E) qarşılıq11)Güzəşt bağlayıcıları hansılardır?
1.çünki 2.belə ki 3.hərçənd 4.hərçənd ki. 5.hərgah
A)3,4 B)2,5 C)1,3,5 D)3,5 E)1,212)Biri əmr cümləsidir?
A)Mən burda qalmayıb hara gedəcəm ki? B)Fatimə nənəsigildə yaşayırdı
C) Demək, Nəbinin düşmənləri burada keçəndə güllər artırmışlar
D) Onları qovub aramızdan uzaqlaşdırın
E) Dağdan atılan güllələr buranı tutmaz13) Məna tayları müxtəlif nitq hissəsinə aid omonim hansıdır?
A)şam B)əsər C) mürəkkəb D)rəng E) bulud14)Hansı vasitə ilə bağlanan baş cümlə budaq cümlədən əvvəl işlənməz?
A)çünki,ki B) əgər,çünki C) intonasiya,belə ki D)madam ki, əgər
E)indi ki,ki15) Aşağıdakı cümlədə həmcins üzvlərdən hansı şəkilçilər ixtisar edilib?
Vətən mənim azadlığım, namusum,vicdanım,hüququm,heysiyyətimdir
A)hal B)cəm C)şəxs D)idi hissəciyi E)imiş hissəciyiCAVABLAR
1.C
2.D
3.C
4B
5.C
6E
7B
8.C
9.B
10E
11C
12E
13D
14E
15C*****************************************************************************************
Sınaq 3
1. Hansı sözün yazılışı doğru deyil?
A) unikal B) ülvi C) zehin D) əsgik E) ehtiva2. Aşağıdakı nümunələrdə hansı köməkçi nitq hissələri işlənib?
1. O, soyuqdan və həyəcandan əsirdi
2. İnsanı tanımaq üçün onu sevmək lazımdır.
3. Yolun sonu idi,deyəsən.
4.Mətnin adını atalar sözü ilə əvəz etmək lazımdır.
A) qoşma, bağlayıcı,ədat B) ədat,nida,modal söz C) qoşma,modal söz, ədat
D) bağlayıcı, nida,ədat E) bağlayıcı,qoşma,modal sözlər3.”Əliağa Vahid ilk şeirlərini qəzəl meyxana və felyetonlarını bir sıra qəzet və jurnallarda çap etdirmişdir.” Verilmiş cümlədə hansı durğu işarələri buraxılıb?
A) 2 tire,2 vergül B) vergül C) tire, vergül D) tire
E) qoşa nöqtə, vergül4.”Azərbaycanın ilk jurnalistlərindən olan İsa Sultan Şahtaxtlı və başqaları qəzetlə daimi
əməkdaşlıq etmiş,öz yazılarını orada çap etdirmişlər” cümləsində qırmızı sözlə bağlı doğru fikri müəyyən edin.
A) Mənsubiyyət və hal şəkilçili isimdir,feildən düəzlmişdir B) Adlıq halda olan cəm isimdir
C) İsmə aid bütün qrammatik şəkilçilərə rast gəlinir D) Yiyəlik halda işlənib, feildən düzəlmiş isimdir
E) Quruluşca sadə isimdir, sözdə cəm şəkilçisinə rast gəlinir5.Biri omonimdir:
A) Vahid B) Bağlı C) Təsadüf D) Nümunə E) Rəhbər6.Hansı cümlədə tamamlığın əlavəsi işlənib?
A) İlk teatr qədim Yunanıstanda – bu mədəniyyət beşiyində yaranmışdır.
B) Səkinə xanım – qızlar məktəbinin ilahiyyat müəllimi qızları dram dərnəyinə cəlb edirdi
C) Sabir dünyada hamıdan çox sevdiyi varlığı- anasını gördü
D) Nəsibə Zeynalova – səhnəmizin “Qaynana”sı bir çox rolların mahir ifaçısı olmuşdur
E) Senytabr – noyabr aylarında havalar soyuq olur7.”Komitə sədri keçirdiyi iclas, müzakirə olunan məsələlər barədə direktora şifahi məlumat verdi. Direktor iclasda müzakirə olunan məsələlərin, qəbul edilmiş qərarların sənədləşməsini tövsiyə etdi”
Bu nümunədə komitə sədri iclasın gedişini sənədləşdirmək üçün hansı əməli yazı növündən istifadə etməlidir?
A) ərizə B) akt C) izahat D) hesabat E) protokol8. Frazeoloji birləşmələrdən biri yemək mənasına uyğundur:
A) yaxın yola yük daşımaq B) dilə gəlmək C) dilotu yemək D) ağzına su almaq
E) dildən- dilə düşmək9.”Çalınan musiqi” ismi birləşməsinin asılı tərəfi nə ilə ifadə olunub?
A)feili sifət B) sifət C) isim D) say E) zərf10.Hansı sözdə vurğu ilk hecaya düşür?
A) dövran B) doşab C) bəlkə D) bitişik E) təfəkkür11.”Yalan danşa bilmir,yalan danşanda da özünü elə itirir ki,o saat bilinir dediyi yalan” .
Verilmiş cümlədə ədəbi dilin hansı normaları pozulub?
A) fonetik, leksik, qrammatik B) leksik, qrammatik C) fonetik, leksik
D) fonetik E) fonetik, qrammatik12.Məlum növdə olan feilləri seçin.
1.Hekayə danışır 2.İşarə qoyulur 3.Gün çıxdı 4. Hava qaraldı
5. Ürək döyündü
A) 1,3,4 B) 3,4,5 C) 1,2,5 D) 2,3,4 E) 1,4,513. “ha” hansı cümlədə əmr ədatıdır?
A) Mən Arazam, səsim tutqun Arazdır,
Ha çağırdım, ha yüyürdüm, ha yazdım! B) Birdən məni unudarsan ha!
C) Kitabları vaxtında gətir ha! D) Ha gözlədim sən gəlmədin.
E) Bu gün bizə gəlməlisən ha.14.Xitab işlənmiş cümləni müəyyənləşdirin. (Durğu işarələri buraxılmışdır).
A) İnsan yarandığı gündən torpağa güvənir.B) Torpaqla insan arasında həmişə ana-bala ünsiyyəti olub.
C) Əgər torpaq anadırsa, zəhmət atadır.
D) Torpaq çox dözümlü və qayğıkeşdir.
E) O, nəfəsi səndən aldı ana torpaq ana torpaq!15.Düzəltmə sözü müəyyən edin.
A) nadan B) nəzər C) natəmiz D) natiq E) nazikCAVABLAR
1.D
2.E
3.E
4.A
5.B
6.C
7.E
8.A
9.A
10.C
11.E
12.A
13.C
14.E
15.CHAZIRLADI: DQ və MİQ üzrə müəllim
NƏRGİZ HƏSƏNOVA.
Dövlət Qulluğu və Müəllimlərin
işə qəbuluna hazırlıq üçün:
070-588-29-66
TELEQRAM KANALI: t.me/nergizhesenova
[QR size=”100×100″ link=”no”][/QR]