Dövlət Qulluğu(BB-BA) Azərbaycan Dili üzrə 3 ədəd Sınaq Testləri və Cavabları-2 (Nərgiz Həsənova)

Sınaq 1

1.Sözlərdən birinin vurğusu doğru göstərilməyib:
A) Emble`m                   B) Külfə`t                    C) Qlo`bus                            D) Naviqasi`ya             E) Nişanə`
2. “Şagirdlər muzeyə ekskursiya zamanı etdikləri fəaliyyətlər haqqında öz fikirlərini və təsüratlarını bölüşürlər”.Bu hansı əməli yazıya aid nümunədir?
A) izahat                  B) rəy                  C) hesabat                         D) akt                                E) ərizə
3.Eyniköklü sözləri seçin.
1.Boyamaq           2.Boyaqlar          3.Boyasız            4.Boyalı             5.Boyatmaq      6.Boyalamaq
A) 2,3,4
B) 1,3,5
C) 3,4,6
D) 4,5,6
E) 1,2,5
4.Cümlələrdə verilmiş fərqləndirilmiş sözləri uyğunlaşdırın.
1. Hər qəminə,nəşəsinə ortaq oldum.
2.O cənnətin irmaqları : “Allah”-, deyir.
3.Elə danışır ki,guya heç nədən xəbəri yoxdur.
4.Biri yol gedər bizdən qabaqda.
a. Zərfi əvəz etmiş əvəzlik.
b. Əşyanı ümumi şəkildə ifadə edən əvəzlik.
c. Konkret şəxsi ifadə etməyən əvəzlik.
d.Təyin vəzifəsində olan işarə əvəzliyi.
A)1-b,2-c,3-a,4-d.
B) 1-c,2-d,3-a,4-b
C) 1-d,2-a,3-b,4-c
D) 1-b,2-d,3-a,4-c
E) 1-a,2-b,3-c,4-d
5.Hansı cümlədə -lıq4 şəkilçisi ilə düzələn söz isim deyil?
A) Evdə tək otura bilmədiyimdən, axşamlar bacılığımgilə gedirəm.
B) Səhvini etiraf etməsi onun böyüklüyü idi.
C) Yaxşılığa yaxşılıq hər kisinin isidir, yamanlığa yaxşılıq ər kişinin işidir.
D) Kəndlilər günlük planlarına əsasən məhsul yığımına başladılar.
E) Xalqımızın nümayiş etdirdiyi birlik dünya xalqları üçün nümunə oldu.
6. “Əldən düşmək” ifadəsi ilə bağlı səhv fikiri göstərin.
A) Həm sərbəst, həm də sabit birləşmədir.
B) Frazeoloji birləşmə ola bilər.
C) Sinonimi “yorulmaq” sözüdür.
D) Bir sözlə ifadə oluna bilər.
E) Antonimi “cana gəlmək” ola bilər.
7.Məntiqi ardıcıllığı tamamlayın.(Konkret və mücərrəd)
Həkimlik,hava,yaddaş,oyuncaq….?
A)ədalət,külək
B)Günəş,adaş
C)qələm,xəyal
D)hərf,otlaq
E)atalıq,adamlıq
8.Hansı cümlədə zərf zərflik rolundadır?
A) Dünənki hadisədən sonra özünə gələ bilmirdi.
B) Aşağı kəndlərdə sakitlikdir.
C) Dünən kəndə gələnlər getdilər.
D) Biz müharibədə cəsarətlə vuruşduq.
E) Onun gələcək üçün çoxlu planları vardı.
9.Hansı sözlərin yazılışı düzgündür?
1.samballı      2.tərxis       3.texnikom      4.kinematoqraf           5.kombinat         6.mərhumiyyət
A) 1,3,6
B) 2,4,5
C) 1,4,6
D) 2,3,5
E) 4,5,6
10.Nümunələrin birində -ca2 qoşmadır?
A) Qar dayanmayınca evdən çölə çıxmaram.
B) Səni,məncə, o ,yaxşı tanıyır.
C) Körpəcə fidanlar baş qaldırıb.
D) Dostlar vəzifəcə bir-biribdən fərqlənirdilər.
E) Balaca uşaqlar bizə tərəf qaçdılar.
11.Feili xəbərli cümləni göstərin.
A) Sənə çox arxayınam.
B) O qız oxuyandır.
C) Arzusu həkim olmaqdır.
D) Ata hər anımızda dayağımızdır.
E) Qonaqları buraya gətirdilər.
12. Mürəkkəb xitab işlənmiş cümləni seçin.
A) Budurmu bizə olan etibarın,əziz dostum?                   B) Ay qardaş, hara gedək axı?
C) Yoldaşlar,biz çox çalışmalıyıq.                                      D) Dost dar gündə tanınar.
E) Hə,Aynur , deyəsən,yeni evimiz xoşuna gəlmədi.
13. “Dərsləri vaxtında oxumalısınız.” cümləsi məqsəd və intonasiyaya görə cümlənin hansı növünə aiddir?
A) əmr
B) nida
C) nəqli
D) sual
E) söz-cümlə
14. “Qatar stansiyaya çatır,sərnişinlər vaqondan düşüb,vağzala çıxırdılar” tabesiz mürəkkəb cümlənin tərkib hissələrində hansı məna əlaqəsi var?
A) qarşılaşdırma
B) ardıcıllıq
C) səbəb-nəticə
D) zaman
E) bölüşdürmə
15.Aşağıda verilmiş cümlədə hansı durğu işarələri buraxılıb?   Bu gün dostlarım Aydın Emin Polad hamı bura gələcək.
A)qoşa nöqtə,tire,üç vergül
B)qoşa nöqtə,iki vergül
C)qoşa nöqtə,tire,iki vergül
D)tire,iki vergül
E)tire,üç vergül
CAVABLAR.
1.D
2.B
3.C
4.D
5.D
6.C
7.A
8.D
9.B
10.D
11.E
12.A
13.C
14.B
15.C

*****************************************************************************************

Sınaq 2

1.Hansı sözün vurğusu düzgün göstərilməyib?
A)lampa`                B)ba`relyef                C)barma`q                D)qovlu`q                   E)labiri`nt
2.Hansı cümlədəki feil xəbər şəklindədir?
A)Aşağı enmək üçün kömək lazım idi.                      B)Yaşasın ölkəmiz!
C)Kaş bu yarışda biz qalib gələk.                                 D)Məktub tezliklə sahibinə çatdırılmalıdır.
E)İşimi bir azdan bitirəcəyəm.
3.Əsl Azərbaycan sözlərindən ibarət sinonim cütlüyü seçin.
A)sadə-bəsit                   B)güclü-zəif                       C)adam-insan                     D)danışmaq-söyləmək
E)küsmək-barışmaq
4.Uyğunluğu müəyyən edin.
a.şagird
  1.Bir sıra                                               b.şəhərlər
c.məktəb
2.Beş-altı                                              d.çaylar
e.ağac

A)1-a,b;2-c,d,e                 B)1-a,b,c;2-d,e                  C)1-b,d,e;2-a,c                     D)1-c,d;2-a,b,e
E)1-b,d;2-a,c,e
5.Cümlələrin birində kim? Sualına cavab verən düzəltmə sifət var:
A)Dəlilər Koroğlunu araya aldılar.                               B)Bir dəli quyuya daş atdı,yüz ağıllı çıxara bilmədi.
C)Qəhrəmanlar unudulmur.                        D)Dağlılar illlərlə Şamillə birgə ruslara qarşı mübarizə apardılar.
E)Müəllim uşaqlardan ən balacaboylusunu irəli çıxardı.
6.Aşağıdakı verilmiş cümlə hansı əməli yazıya aiddir?
Sabah zalda bələdiyyə sədrinin kənd cammatı ilə görüşü keçiriləcək.Arzu edənlər iştirak edə bilərlər.
A)arayış                     B)reklam                   C)hesabat                   D)protokol                       E)bildiriş
7.Aşağıdakı cümlədə hansı durğu işarələri buraxılıb? “Biz bu günün gəncləri sabaha böyük inamla addımlayırıq”
A)tire                    B)vergül,mötərizə                    C)vergül,nöqtəli vergül                    D)vergül,vergül
E)vergül,sual
8.Hansı sözün yazılışı ilə tələffüzü fərqlənmir?
A)innovativ                  B)perimetr                  C)sürüşkən                   D)şahid                       E)varlı
9.Mürəkkəb xəbərli,mübtədası buraxılan, müəyyən şəxsli cümləni seçin.
A)Həyatının ən gözəl anlarından biridir.
B)Həyatının ən gözəl günlərindən birini yaşayırdı.
C)Onun ömrünün ən gözəl anlarından biri idi.
D)Uşaqları onun həyatının bəzəyidir.
E)Gələcəyi uğrunda var qüvvəsi ilə mübarizə aparandır.
10.Hansı sadə sözdür?
A)bəsləmək                 B)gecikmək                   C)döyünmək                     D)otarmaq                E)tutaşmaq
11.Başlanğıc forması isim olan sözü müəyyən edin.
A)evimizdəkilər                     B)kəndlilərin                   C)coşqundur         D)sıxıntılı               E)torpaqlasan
12. “Nurlan öz fikrini izah edəndə kimsə ona bəzi suallar verdi” cümləsində əvəzliyin hansı məna növü işlənməyib?
A)işarə,sual                B)sual,təyini                 C)qeyri-müəyyən,işarə            D)şəxs,təyini             E)şəxs,sual
13.Kompleks sual cümləsini müəyyən edin.
A)Hanə mən gördüyüm gurgu-busatlar?
B)İndi mənim bəyim yoxdur,bəs töycünü kimə verim?
C)Bilirsənmi bu dünyanın yaşını?
D)Məgər sənin bunlardan xəbərin yoxdur?
E)Dərslər nə vaxt başlayacaq?
14. “Onun heyrətdən ağızı açıla qalmışdı” cümləsində ədəbi dilin hansı norması pozulub?
A)leksik              B)fonetik,leksik                    C)qrammatik             D)fonetik               E)leksik,qrammatik
15. Aşağıdakı fikirləri hansı üsluba aid etmək olar?
Aydın və anlaşıqlı nitqə malikdir,adi danışıq dilinə yaxın olur,müxtəlif maraqları əks etdirir.
A)bədii                B)elmi                 C)rəsmi-işgüzar                    D)publisistik                               E)məişət

CAVABLAR:
1.B
2.E
3.D
4.E
5.B
6.E
7.D
8.B
9.E
10.A
11.B
12.A
13.B
14.D
15.D

*****************************************************************************************

Sınaq 3

1.Birinin yazılışında səhvə yol verilib:
A)qarayanız               B)meyil                   C)qaynata                       D)şayiə                E)təzyiq
2.Əşya adı bildirən sinonimləri müəyyənləşdirin.
A)gözəl-qəşəng                     B)gənc-cavan                   C)dəftər-kitab              D)dağ-təpə             E)insan-adam
3.Hansı cümlənin vasitəsiz tamamlığı düzəltmə sifətdir?
A)Çalışqanlığı ilə müəllimlərin hörmətini qazanmışdı.
B)Uşaqların güləyənini özünlə apar.
C)Namərdi özümə mən dost eylədim.
D)O,öz əliaçıqlığı ilə tanınırdı.
E)Gözəlliyi ilə hamını valeh etmişdi.
4.Hər iki tərəfi feil olan məsdər tərkibini göstərin.
A)tez-tez yerimək                             B)tutula-tutula danışmaq                           C)uçub gedən
D)oxumağa başlayanda                  E)çalışıb-vuruşmaq
5. “Kim nə deyər bizdə olan qeyrətə
       Qeyrətimiz bəllidir hər millətə”
Misralarında əvəzliyin hansı məna növü işlənməyib?
A)sual                    B)təyini                      C)şəxs                        D)sual,işarə                       E)işarə
6.Hansı cümlədə iki eyni köməkçi nitq hissəsi işlənib?
A)Axı mənim də öz arzularım var.                                               B)Görəsən,biz onu qoruya biləcəyikmi?
C)Evdən ancaq sənədlərimi və şəkillərimi götürdüm.                   D)Otaq ağzınacan kitablarla dolu idi.
E)Təəssüf ki,bizdə onun yalnız bir əsəri var.
7.Hansı sözdə vurğu şəkilçinin üzərinə düşür?
A)qəflətən                 B)sonrakı                    C)dəlicəsinə                       D)Həsənova                 E)ehtiyatla
8.Hansı sual cümləsi yalnız sual intonasiyası ilə yaranıb?
A)Xəbərin var,külək sənsiz darıxır?                          B)Həyat,söylə sən kiminsən?
C)Niyə məndən küsmüsən,ay gözəl?                         D)Könlün həsrətimi bildimi?
E)Yəni yadında ötən günlər?
9.Eyniköklü sözlər cərgəsini müəyyən edin.
A)dinləmək,dindar,dincəlmək                   B)nabələd,bələdçi,bələdçilik                      C)süz,süzmək,süzgün
D)düzəl,düzül,düzlük                                  E)gülüş,güləş,gülməli
10.Hansı sırada keyfiyyət bildirən sifətlər verilmişdir?
A)sarışın,çəhrayı                  B)nazik,yumru                     C)tənbəl,çalışqan                D)ucaboy,çatmaqaş
E)gümrah,qonur
11.Verilənlər hansı əməli yazıya aiddir?
>>>>>>>>>  >>>Xüsusi təftiş komissiyasının iştirakı ilə tərtib olunur.
>>>>>>>>>>>>>Ən sonda tərtib edənlərin imzası qoyulur.
>>>>>>>>>>>>>Əməli yazının adı ortada,tərtib edildiyi yer solda,tarix isə sağ tərəfdə olur.
A)protokol                       B)arayış                        C)akt                     D)elan                          E)əmr
12. “Quşlar ağaca oturdular” cümləsində ədəbi dilin hansı normaları pozulub?
A)fonetik             B)leksik                C)qrammatik                D)leksik,qrammatik           E)fonetik,qrammatik
13.Hansı cümlələrdə zərf işlənib?
1.Aydınla mən bir məhlədə böyümüşük.                       2.Düşmən səni daşla,sən düşməni aşla.
3.Bütün şəkillər ürəklə işlənmişdir.                   4.Qədir ətrafındakı insanlara həqarətlə baxırdı.
5.Əməlinlə,işinlə aləmdə tanın.
14.Mürəkkəb xitablı cümlələri seçin.
1.Əziz bacım,sənə ehtiyacım var.                     2.Ey insanlar,sülhə gəlin.
3.Gözəl vətən,mənan dərin.                        4.Dostlar!Yoldaşlar!Sizin köməyinizə ehtiyacım var.
15.Başlanğıc formada verilmiş isimləri seçin.
1.arxayınlıq               2.evdar               3.namərdlik                4.babamgildə                5.meydan
6.mənalı

CAVABLAR:
1.C
2.E
3.C
4.B
5.E
6.D
7.B
8.A
9.B
10.C
11.C
12.B
13)3,4
14)1,3
15)1,3,5

HAZIRLADI: DQ və MİQ üzrə müəllim

NƏRGİZ HƏSƏNOVA.

Dövlət Qulluğu və Müəllimlərin

işə qəbuluna hazırlıq üçün:

070-588-29-66

TELEQRAM KANALI: t.me/nergizhesenova

 

[QR size=”100×100″ link=”no”][/QR]              

 

Dostlarla Paylaş ↓