ƏMƏLİ YAZI NÜMUNƏLƏRİ
- Əməli yazılar – Rəsmi və işgüzar sənədlər
- Rəsmi sənədlər – dövlətin konstitusiyası, fərmanları, sərəncamları, əmrlər və qanunlar
- İşgüzar sənədlər – afişa, annotasiya, anons, akt, arayış, bildiriş, elan, ərizə, izahat, məktub, reklam, rəy, teleqram, tərcümeyi-hal
- İşgüzar sənədlər – həcmcə kiçik, bəhs olunan məsələ barədə daha konkret məlumat verilir, mütəxəssislər tərəfindən hazırlanmır.
- “Annotomik” sözündən olub, “qeyd aparmaq, əlavə etmək” deməkdir – annotasiya
- Kitab, jurnal, məqalə və əlyazmanın məzmununu qısa şəkildə şərh edir – annotasiya
- Əsasən, müəllif özü yazır və kitab, jurnalın məqsədini bir necə cümlə ilə şərh edir – annotasiya
- “Hadisə, cinayət işi” deməkdir – akt
- Adətən, xüsusi təftiş komissiyasının iştirakı ilə tərtib olunur və lazımı orqana təqdim edilir – akt
- Sonda nəticə göstərilir, burada məsuliyyət daşıyan və ya işə vicdanla yanaşan şəxs göstərilir – akt
- Hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə müəyyən bir təşkilat tərəfindən verilir – arayış
- Yazılı, çap olunmuş bildiriş, xəbər, məlumat mənasını bildirir – elan
- Elanın növləri – afişa, anons, bildiriş, reklam
- Mahiyyəti, məzmunu aydın göstərilməli, saat və vaxt dəqiq olmalıdır – elan
- Fransız sözü olub, tamaşa, konsert, idman yarışı haqqında elan (divarlara vurulan)- afişa
- Latınca “qışqırmaq” mənasındadır – reklam
- Fransızca “kütləvi bildiriş, elan” mənasındadır – anons
- Radio, televiziya, mətbuat, kinofilm haqqında əvvəlcədən verilən qısa elan – anons
- Ərəbcə “ərz” sözündən olub, müraciət etmək mənasındadır – ərizə
- Başlıq dəqiq olur, yığcam və konkret faktlar olur, şəxsin özü tərəfindən öz xətti ilə yazılır – ərizə
- Sonda şəxsin adı, soyadı yazılır, imzası qoyulur, onun yazılma tarixi göstərilir – ərizə
- Hər hansısa məsələni, hərəkəti, sözü və s. aydınlaşdırma, bəyanlaşdırma – izahat
- Bir işin görülməsi verilən hökm, göstərişi özündə ehtiva edir – əmr
- Əmr daha çox işlədilir – rəsmi üslub
- Daşıdığı mənaya görə müəyyən işi görmək və ya qiymətli bir əşyanı hər hansı təşkilatdan almaq üçün vəkil edilən şəxsə vəkil edən tərəfindən verilir – vəkalətnamə
- Sonda məsuliyyət daşıyan şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, hansı daxili işlər orqanı tərəfindən verildiyi və şəxsiyyət vəsiqəsinin verilmə tarixi göstərilir – vəkalətnamə
- Bir şeyi bildirmək üçün yazılıb poçt və ya başqa vasitə ilə birinə göndərilən əməli yazı növu – məktub
- Ən geniş əməli yazı nümunələrindən biri – məktub
- Müraciət, ümumi, fərqləndirici və yekunlaşdırıcı hissələrdən ibarətdir – məktub
- Şəxsin öz həyatının əsas məqamlarını ardıcıl şəkildə təsvir edir – tərcümeyi-hal
- Yunan sözü olub, ilk, birinci vərəq və yapışdırmaq sözlərinin birləşməsindən yaranıb – protokol
- İclasda, müşavirədə söylənilən çıxışları və qərarları təzahür etdimək üçün tərtib edilir – protokol
- Hər hansı bir ictimai qaydanın, qanunun pozulması ilə əlaqədar tərtib olunur – protokol
- Dövlətlərarası saziş, müqavilə bağlanan zaman yazılır – protokol
- Adı və nömrəsi qeyd olunur, təşkilatın adı və yığıncağın keçirildiyi yer, iştirakçıların sayı göstərilir – protokol
- Sədr və katib seçilir, gündəlik məsələlər yazılır – protokol
- Eşidildi, çıxışlar və qərarlar – sözləri yazılır – protokol
- Sonda katib və sədr imza atır – protokol
- Bir şey haqqında fikir, mülahizə, söz – rəy
- Əsər, tamaşa, kinofilm və s. təhlil və təqdimini ehtiva edən yazı, fikir, mülahizə – rəy
- Başlıq, ümumi hissə, nəticə, imza və tarix hissələrindən ibarət olur – rəy
- Uzaq və yazı sözlərinin birləşməsindən yaranıb “uzağa köçürmək” mənasındadır – teleqram
- Teleqramın iki növü var : 1) müəyyən bir hadisə haqqında məlumat vermək üçün hazırlanan teleqram. 2) pul köçürməklə bağlı teleqram
- Adi, təcili, xüsusi olmaqla bölünür – teleqram
- Rəqəmlər,adətən, hərflə yazılır, ad, soyad, ünvan dəqiq göstərilməli, məzmun yığcam və aydın olmalı – teleqram
Müəllif: Rəhimə Mürvətova













