ÜSLUBİYYAT

  • Üslub — dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur. Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat (stilistika) adlanır. Üslübiyyat – dilçilik terminidir. Üslub – incəsənətdə, ədəbiyyatda işlənir və dəst-xət, yol mənasında işlənir. Üslub üslubiyyata nisbətən geniş anlayışdır. Dil vasitələrindən məqsədyönlü şəkildə istifadə özünü 2 formada göstərir: funksional və fərdi üslub
  • Fərdi üslub – xüsusi səciyyə daşıyır və əsasən, bir görkəmli şair və ya yazıçıya aid olur. Məsələn, Füzuli üslubu, Sabir üslubu və s.Fərdi üslub bədii üsiubda daha qabarıq şəkildə özünü göstərir. Fərdi üslubu ictimai -tarixi şərait yetişdirir.
  • Funksional üslub – Ümumi baxımdan hamının dil vahidlərindən məqsədyönlü istifadəsidir. Bu üslublar sistemi cəmiyyətin müxtəlif sahələrini əhatə edir.
  • Azərbaycan ədəbi dilinin funksional üslublarına aşağıdakı üslublar daxildir; bədii üslub, elmi üslub, publisistik üslub, məişət üslubu, rəsmi — işgüzar üslub.
  • Bu üslubların hər biri ədəbi dilin fonetik, leksik, qrammatik normalarına tabedir. Üslub daşıyıcıları (yazıçı, jurnalist, alim) bu normalara əməl etməlidir.
  • Hər bir dildə iki başlıca tendensiya vardır:
  • 1-Diferensiya – ixtisaslaşma prosesi. Bu üslubların yaranmasına və bir-birindən fərqlənməsinə gətirib çıxarır.
  • 2-İnteqrasiya – funksional üslubların bir-birinə yaxınlaşması, ümumi cəhətlərin yaranması prosesi.
  • Fərdi üslub funksional üslublar sisteminə daxil deyil. Özünü ən çox bədii üslubda göstərir. Rəsmi-işgüzar üslubda isə fərdi üslub təzahürünə yer verilmir.
  • Rəsmi — işgüzar üslub — rəsmi və işgüzar sənədlərin dilidir. Bu üslubda fikir müəyyən qəlibə düşmüs (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi — işgüzar üslub hamı üçün eynidir — standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi — işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşıbdır. Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi — işgüzar üslubda bir sıra arxaik sözlər və köhnelmiş sintaktik qəliblər uzuu müddət qorunub saxlanılır.
  • Rəsmi — işgüzar üslub iki yerə ayrılır: rəsmi sənədlərin dili, işgüzar sənədlərin dili.
    Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, konstitusiya və s.) rəsmi sənədlər sayılır. Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlamr, yerlərdə müzakirə edilir, sonra isə təsdiqlənir.
  • Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır: — dilin maksimum mükəmməlliyi, fikrin tam aydınlığı; fıkrin (sözlərin) birmənalılığı; fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması); dil yığcamlığı.
  • Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir. İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcüməyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s. işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır. belə sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır.
  • Unutma ! Rəsmi — işgüzar üslubun şifahi formada olmur..
  • Publisistik üslub — milli ictimai təfəkkürün ifadəsidir. Bu üslub mətbuatm (qəzetlərin, bədii — siyasi və ictimai jurnalların, elmi-kütləvi kitabların və s.), radio — televiziyanın dilidir. Publisistik üsluba bəzən «mətbuat dili» də deyilir. «Qəzet dili», «radio dili», «televiziya dili» anlayışları da bu mənada işlənir. Radio və televiziya dili publisistik üslubun şifahi forması, qəzet və jurnalların dili isə onun yazıh formasıdır. Bu iki forma arasında elə bir kəskin fərq yoxdur. Publisistik üslubun hər iki formasının əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır. Publisistik üslubda yazan müəllif ilk növbədə çalışır ki, toxunduğu məsələ mümkün qədər kütləvi şəkildə hamıya çatsın və oxucularda müsbət reaksiya doğursım. Məhz buna görə də publisistik üslubda əksəriyyət tərəfindən anlaşıları ümumişlək sözlərdən daha çox istifadə olunur.
  • Publisistik üslubda başqa üslubların da xüsusiyyətləri özünü göstərir. Bu baxımdan publisistik üslubun, əsasən, iki növü var: bədii-publisistik üslub, elmi-publisistik üslub. Bədii publisistik üslub qəzet dilidir. Bu üslub növündə publisistik üslubun əsas xüsusiyyətləri gözlənilməklə yanaşı, yeri gəldikcə obrazlılığa, bədiiliyə də yer verilir.
    Elmi — publisistik üslub dedikdə isə elmi — kütləvi jurnal və kitabların dili nəzərdə tutulur. Publisistik üslub XIX əsrin II yarısında milli qəzetlərin nəşrə başlaması ilə (1875-ci il iyul 22 “Əkinçi” qəzetinin nəşri) formalaşmışdır. Bu üslubda həm təsviri, həm də analitik şərhlərə yol verilir.
  • Məişət üslubu — gündəlik həyatda insanların bir-biri ilə ünsiyyət saxladığı dildir. Məişət üslubu adi danışıq dilidir -insanların bir-biri ilə hal-əhval tutduğu dildir. Məisət üslubu kitab-qəzet dili deyil, eyni zamanda məhəlli səciyyə də daşımır. Məişət üslubu ədəbi düin gündəlik davranışda işlənən şifahi nitq formasıdır. Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Məktəbdə dərs zamanı müəllim də, şagird də bu üslubda danışır, bu üslubda öz fikirlərini ifadə edirlər. Məişət üslubu istər fonetik, istər leksik, istərsə də qrammatik xüsusiyyətlərinə görə yazılı ədəbi dildən fərqlənir. Burada sözlər orfoepik normalara uyğun şəkildə tələffüz olunur, cümlələr də quruluşuna görə yazılı ədəbi dildəki ilə müqayisədə fərqlənir. Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır.
  • Məişət üslubunun canı dialoji nitqdir. Dialoji nitq dedikdə iki nəfərin gündəlik həyatda üzləşdiyi zaman istifadə etdiyi dil, üslub nəzərdə tutulur. Məişət üslubunun sərbəstliyi və yığcamlığı dialoji nitqdə daha qabarıq şəkildə özünü göstətirir. Dialoji nitqdə intonasiya və jest — hərəkət mühüm rol oynayır, yarımçıq cümlələr çox işlənir. Bədii ədəbiyyatda da məişət üslubunun təsiri açıq — aşkar özünü göstərir. Bir çox şair və yazıçılar (məsələn, M.Ə. Sabir, C. Məmmədquluzadə və s.) əsərlərində məişət üslubundan — canlı danışıq dilindən uğurla bəhrələnmişlər.
  • Elmi üslub — milli elmi təfəkkürün ifadəsidir. O, müxtəlif elm sahalərinin dilidir. Elmi üslubun əsas xüsusiyyəti məntiqilik, dəqiqlik, ardıcıllıq və konkretlikdir. Elmin müxtəlif sahalərinə aid kitab,dərslik və məqalələr elmi üslubda yazılır. Bədii üslubun əsas göstəriciləri olan obrazlılığa, emosionallığa elmi üslubda, demək olar ki, təsadüf edilmir.
  • Elmi üslubun əsas səciyyəvi xüsusiyyətlərindən biri də onda ixtisas sözlərinin — terminlərin bol — bol işlənməsidir. Hər bir elm sahəsinin özünəməxsus terminləri vardır ki, onlar yalnız mütəxəssislər üçün tam və dəqiq şəkildə anlaşıqlı olur. Elmi üslubda mürəkkəb cümlələr, modal sözlər çox işlənir. Elmi üslubda fikrin daha dəqiq və yığcam şəkildə ifadəsi üçün çox vaxt müxtəlif sxem və qrafiklərdən, şərti işarələrdən geniş istifadə edilir. Elmi üslubda söz və ifadələr müəyyən elmi anlayışları birmənalı şəkildə, birbaşa ifadə edir. Buna görə də elmi üslubda fikrin müxtəlif cür anlaşılmasına, mətnaltı mənaya və ya çoxmənalılığa yol verilmir.
  • Bədii üşlub — milli bədii təfəkkürün ifadəsidir. Obrazlı, emosional nitq formasıdır. Bədii üslub ədəbi dilimzin tərkibində həmişə aparıcı olmıışdur. Bədii üslub bədii üslubun (şeirin, hekayənin, romanın və s.)dilidir. Bədii üslubda obrazlılıq özünü 3 səviyyədə göstərir: fonetik, leksik, qrammatik
  • Fonetik səviyyədə obrazlılıq : alliterasiya, assonans, səs və heca təkrarı və intonasiya.(emosional intonasiya)
Alliterasiya Sözlərin əvvəlində eyni səslərin təkrarıdır. Məsələn: Getdim gördüm bir dərədə bir kar, bir kor, bir kürkü yırtıq kirpi və s.
Assonans Eyni saitlərin təkrarına deyilirMəsələn: «Azacıq aşım, ağrımaz başım» atalar sözündə a və ı saitlərinin təkrarı nitqdə assonans yaradır.
Emosional intonasiya Nəzm əsərlərində özünü daha çox göstərir.

  • Səndən doymaq olarmı, həyat, sən nə şirinsən?! (B.Vahabzadə)
Təkrar Ritmik (fonetik) təkrar nəzərdə tutulur. Məsələn: Ağa Kərəm,paşa Kərəm, xan Kərəm; Alış Kərəm, tutuş Kərəm, yan Kərəm ” misralarında Kərəm sözünün təkrarı xüsusi bir ritm yaradır.
  • Leksik səviyyədə göstəriciləri: epitet, təşbeh, istiarə, mübaliğə, kinayə; frazeoloji birləşmələr, omonimlər, sinonimlər, antonimlər və s.
  • Qrammatik səviyyədə göstəricilər: inversiya (söz sırasının pozulması), müxtəlif söz birləşməsi və cümlə tiplərinin təkrarı,qeyri-normativ cümlələr, ellipsis (şəkilçilərin, sözlərin buraxılması, ancaq bərpası mümkündür)
Bədii üslub Şeir dili, nəsr dili və dramaturgiya dili formalarında özünü göstərir.
Şeir dili
  • Müəyyən ahəngə, ölçüyə və bölgüyə malik olan və qafıyələnən dildir.
Nəsr dili Müəyyən süjetə malik olan təhkiyənin — hekayə, povest, romanın dilidir.
Dramaturgiya dili
  • Monoloq və dialoqlardan ibarət olan səhnə əsərinin dilidir.
  • Sözün poetik funksiyası– Sözün mətndə bədii vəzifə daşımasına, obrazlı şəkildə işlədilməsinə sözün poetik funksiyası deyilir.Mətndə poetik funksiya daşıyan söz və ya ifadə poetizm adlanır.Sözün poetik funksiyası informativ (məlumat səciyyəli) vəzifəsindən fərqlənir. Məsələn: dərin qab, dərin quyu birləşmələrindəki dərin sözü informativ vəzifə daşıyır. Dərin məna, dərin düşüncə birləşmələrindəki dərin sözü isə poetik funksiyalı sözdür. Deməli, poetizm bədii sözdür. Böyük söz ustadı M. Füzuli bədii sözü (poetizmi) «diri söz» adlandırmışdır.
  • Bədii söz, əsasən, məcazi mənada işlənir və güclü emosiya, bədii təəssürat yaradrr. Sözün bədii imkanlarınm genişliyi birbaşa söz ustalarının istedadı və yaradıcılıq qabiliyyəti ilə bağlıdır. Bir çox sənətkarlar sözdən məharətlə istifadə yolu ilə güclü poetizmlər yaratmışlar. Zaman keçdikcə ayrı-ayrı poetizmlər hamı tərəfindən mənimsənilir və tədricən inforrnativ səciyyə daşıyır. Məsələn: daş ürək, acı söz, şirin arzu ifadələri gündəlik məişətdə tez-tez işlədilən poetizmlərdir. Frazeoloji birləşmələrin də çoxu bədii imkanlar hesabına yaranmışdır.
  • Sözün poetik funksiyası ən çox bədii təsvir və ifadə vasitələrində- məcazlarda özünü göstərir. Məcazlar birbaşa deyil, məcazi mənada işlənən söz və ifadələrdirMəcazların əsas növləri aşağıdakılardır: təşbeh,epitet (bədii təyin), metafora (istiarə), mübaliğə (şişirtmə), litota (kiçiltmə), kinayə və s.
Epitet Əşyanın əvvəlinə artırılır və onun müəyyən bir elemetini bildirir. Epitet adi təyindən fərqli olaraq, məcazi mənada işlənir. Məsələn, «ağ əllər» birləşməsindəki «ağ» sözü adi təyin, «gül əllər» birləşməsindəki «gül» sözü isə bədii təyindir. «Dərin məna», «dəmir iradə», «daş ürək», «soyuq baxış» birləşmələrindəki birinci tərəflər epitetdir: Klassik ədəbiyyatda tez-tez işlədilən «qələm qaşlı dilbər», «sərv boylu gözəl», «dağ gövdəli igid», «ahu baxışh canan» və s. ifadələrindəki birinci tərəflər də epitetdir.
Təşbeh Bir əşyanın özündən qüvvətli başqa bir əşyaya bənzədilməsinə təşbeh deyilir. Təşbehdə, adətən, dörd ünsür olur: bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti. Məsələn: Alma bal kimi şirindir. Təşbehin bu növü müfəssəl təşbeh adlanır. Son iki ünsürün iştirak etmədiyi təşbeh isə mükəmməl təşbeh adlanır. Məsələn: Qaşları kamandır, yanağı lalədir və s.
Metafora Leksik ( lüğəvi) mənası «köçürmə» deməkdir. Bir əşyanın əlamətinin başqa əşya üzərinə köçürülməsinə deyilir. Təşbehdən fərqli olaraq, istiarədə bənzəyən və ya bənzədilən tərəflərdən hər ikisi yox, yalnız biri iştirak edir.Məsələn: Günəş gülümsədi. Buludlar ağladı. Quzum beşikdə mıştl-mışıl yatır. Gülüm niyə kefsizdir və s. Birinci iki cümlədə insana aid əlamət günəşin və buludun üzərinə köçürülmüşdür. Son iki nümunədə isə körpə uşaq quzuya, sevgili isə gülə bənzədilmiş, lakin onların adı çəkilməmişdir.

Qeyd: Epitet, təşbeh və istiarə ədəbiyyatşünaslıqda bədii təsvir vasitələrinin növləri kimi öyrənilir. Metonimiya, sinekdoxa, simvol də bura daxildir.

Mübaliğə Əşya və ya hadisənin həddindən artıq şişirdilməsidir. Məsələn: Qaraca Çobanın atdığı daş yerə düşməzdi. Düşsəydi də, üç il orada bitməzdi. Məcnunun ahından dağlar titrədi. Nərəsindən yer yarıldı. Göz yaşlarından çaylar axdı və s.
Litota Əşya və ya hadisənin əlamətinin daha kiçildilmiş formada göstərilməsidir. Məsələn: Az getdi, düz getdi, iynə yarım yol getdi.
Kinayə Sözün zahirən müsbət mənada deyilib, əslində isə mənfi mənada işlədilməsi kinayə adlamr. Məsələn, zəif adama pəhləvan, qorxaq adama cəsur və ya ağılsız adama alim demək, kinayədir.

Müəllif: Rəhimə Mürvətova

Dostlarla Paylaş ↓