UĞUR KURSLARI MASALLI FİLİALI

SINAQ-TQDK

I Bölmə

1) Unicode-da İnformatika sözündə neçə bit var?

A) 11 B)10 C) 22 D) 88 E) 176

 

2) Kompüterin məhsuldarlığı (onun işininsürəti) nədən asılıdır?

A) Prosessorun takt tezliyindən

B) Gərginlikdən

C) Düymələrin basılma tezliyindən

D) Vinçestrin tutumundan

E) Monitorun növündən

 

3) Alqoritmin blok-sxem vasitəsilə tzviri zamanı aşağıdakı fiqur hansı əməliyyatı ifadə edir?

A) Hesablama B) Giriş C) Çapetmə

D) Dövri E) Son

 

4) Tətbiqi proqrama aid deyil:

A) Əməliyyat sistemləri

B) Mətn redaktorları

C) Təqdimat proqramları

D) Qrafik redaktorlar

E) Mətn prosessorları

 

5) Fayl nədir?

A) Qovluqların etiketi

B) Bərk diskdə saxlanılan qrafik redaktor

C) Mətn prosessoru

D) Yaddaşın müəyyən hissəsində bir ümumi ad altında saxlanılan verilənlər yığımı

E) İnformasiyanı yadda saxlamaq üçün daimi yadaşın xüsusi sahəsi

 

6) Əməliyyat sistemlərini seçin:

1. Windows 2. MS DOS 3. Word 4.Excel

5. Promt 6. Access 7. Android 8. Linux

A) 2, 4, 5, 7 B) 1, 3, 6, 8 C) 1, 2, 7, 8

D) 1, 2, 5, 6 E) 3, 4, 5, 6

 

7) Aşağıdakı əmr və düymələrdən hansıları Clipboard adlı lent qrupuna daxil deyil?

1. Format Painter 2. Select All 3. Cut 4. Copyt 5. Print 6. Paste

A)1, 2, 3 B) 1, 4 C) 3, 5 D) 2, 5 E) 1, 3, 4

 

8) Şriftin ölçüsü hansı vahidlə göstərilir?

A) Cantimetrs B) Millimetrs C) Punkt D) İnches E) Picas

 

9) Sənəddəki cədvəlin seçilmiş sətir və sütunlarına yenisini əlavə etmək (silmək) üçün hansı lent tabından istifadə etmək olar?

A) Layout B) Design C) İnsert D) Page Layout E) Review

 

10) Elektron cədvəl faylı hansı ad genişlənməsinə malik olur? (2010)

A) .exel B) .exlm C) .xlsx D) .xslm E) .xlwx

 

11) Verilmiş electron cədvəl fraqmentinə əsasən C14 xanasının nəticəsini tapın

A)12 B) 6 C) 4 D) 26 E) 14

 

12) Təqdimata yeni slayd əlavə etmək üçün hansı lent qrupundan istifadə olunur?

A) Slide B) İmages C) İllustrations

D) Media E) Page setup

 

13) Hansı verilənlər bazası modeli deyil?

A) İyerarxik B) Şəbəkə C) Cədvəl

D) Relyasiya E) Obyektyönlü

 

14) Aşağıdakılardan hansı rastrlı qrafik redaktora aiddir?

A) CorelDraw B) 3D Max C) Photoshop

D) CorelIllustrator E) AutoCad

 

15) Etharnet şəbəkəsində hansı topologiyadan istifadə olunur?

A) Şin B) Halqa C) Ulduz D) Ağac E) Qarışıq

 

16) Verilənlər bazasıfaylının ad genişlənməsi necə olmalıdır? (2010)

A) .ascx B) .dbas C). Mdbx D). Acces E). Accdb

 

17) Web-səhifə faylının genişlənməsi hansıdır?

A) *.txt və ya *.doc

B) *. Com və ya *. Exe

C) *. Gif və ya *. Jpeg

D) *.htm və ya *. Html

E) *. Xlsx və ya *. Doc

 

18) CorelDRAW proqramının piktoqramı nə üçün solğundur?

A) Həmin fayllar mübadilə buferinə yapışdırılıb

B) Həmin faylların xüsusiyyətlərində Read only atributu qoyulub

C) Həmin faylın xüsusiyyətlərinə Hiddeen atributu qoyulub

D) Həmin faylın xüsusiyyətinə Arxhive atributu qoyulub

E) Hamin faylın üzərində Copy əmri icra olunub

 

19) Açağıdakı verilənlərdən hansı Access 2010 proqramınln obyekti deyildir?

A) Modullar B) Cədvəllər C) Makroslar

D) Açarlar E) Formalar

 

20) Elektron cədvəlin çap əhifələrinin mərkəzində düzləndirilməsi üçün Page Setup dialoq pəncərəsinin hansı bölməsindən istifadə edilir?

A) Margins B) Page C) Sheet D) Header E) Footer

 

21) Aşağıdakılardan hansı rastr qrafik redaktorun fayllarının genişlənməsidir?

A) *.tif, *. Gif, *.bak, *.bmp

B) *.jpg, *. Dib, *. Dos, *. Png

C) *.jpg, *.gif, *.bmp, *.dib

D) *. Bmp, *.png, *.pas, *.jpeg

E) *.cdr, *. Pcd, *.bit, *.pix

 

22) Shortcut anlayışının mahiyyəti nədir?

A) Obyektin gizli surətini göstərir

B) Obyektin silinməyə hazır olduğunu bildirir

C) Obyektin sıxlaşdırılmış variantıdır

D) Obyektə keçmək üçün göstəricidir

E) Obyektin buferə atılmasını göstərir

 

23) Müxtəlif topologoyalı, lakin eyni protokola malik iki və ya daha çox lokal şəbəkəni birləşdirənqurğu hansıdır?

A) Modem B) Repiter C) Bridge D) Host E) Router

24) Aşa]ıdakılardan hansı internet xidməti deyil?

A) E-mail B) Telnet C) Gopher D) WWW E) Assembler

 

25) Kompüterin yaddaşı hansı ölçü vahidi ilə ölçülür?

A) Sm B) Bit C) Piksel D) Bayt E) Düym

 

Düz Cavablar

1.         E
2.         A
3.         C
4.         A
5.         D
6.         C
7.         D
8.         C
9.         A
10.     C
11.     B
12.     A
13.     C
14.     C
15.     A
16.     E
17.     D
18.     C
19.     D
20.     A
21.     C
22.     D
23.     C
24.     E
25.     D

 

II Bölmə

 

1) Bir gigabayt-on onaltıda bir hissəsi neçə kilobayt-dır?

A) 230 B) 230-16 C) 216 D) 226 E) 226-1

 

2) Aşağıdakılardan qurğulardan hansı ən sürətli informasiya mübadiləsinə imkan verir?

A) CD-ROM B) HDD C) Floppi disklər

D) Əməli yaddaş E) Fləş-kart

 

3) Alqoritmlərin hansı təsvir üsulları var?

1) dövri 2) Budaqlanan 3) Nəqli (sözlə) 4) Xətti

5) Blok-sxemlə 6) Alqoritmik dillərlə

A) 3, 5, 6 B) 1, 2, 5 C) 3, 4, 6 D) 1, 2, 4 E) 1, 4, 6

 

4) Düstursətrinə yazılan =$A$5+$B$7 ifadəsində $ işarəsi nəyi bildirir? (Excel 2010)

A) Pul formatını B) Düsturun başlanğıcını

C) Mütləq ünvanlamanı

D) Xanalar blokunun seçilməsinin başlanğıcını

E) Sətir nömrəsinin cari nömrədən başlanmasını

 

5) Aşağıdakıəlardan hansı daha çox relyasiya modelli verilənlər bazasının dəqiq analoqudur?

A) Nizamlanmamış verilənlər çoxluğunu

B) Vektor C) Genoloji ağac D) İkiölçülü cədvəl

E) Üçölçülü massiv

 

6) Aşağıdakılardan hansı reklam yerləşdirmək üçün nəzərdə tutulub?

A )Explorer B )History C) Favorites

D) Banner E) Documents

 

7) Aşağıdakılardan hansı ?es??1.d?? fayl maskasına uyğundur?

A) Test.d B) es1.doc C) Test_1.doc

D) Test.doc E) Test1.doc

 

8) Windows Explorer pəncərəsində obyektlərin sayı hansı paneldə əks olunur? (Windows 7)

A) Menyu B) Alətlər C) Ünvan D) Vəziyyət E) Başlıq

 

9) Mətndə sözün altından qırmızı dalğalı xətt çəkilmişdirsə, hansı mənanı ifadə edir? (Word 2010)

A) Söz buferdən yapışdırılıb

B) Sözün tərcüməsi yoxdur

C) Sözdə qrammatik səhv var

D) Sözdə orfoqrafik səhv var

E) Sözün formatı dəyişdirilib

 

10) Cədvəlin seçilmiş sütunlarının enini avtomatik tənzimləmək üçün istifadə olunan Cell Size lentqrupunun əmr və düymələri hansı lent tabında yerləşir?

A) Home B) Layout C) Design D) İnsert E) Page layout

 

11) Word 2010 proqramında faylların hansı ad genişlənməsi mövcud deyil?

A) .rtf B) . docx C) .dosx D) .txtE) .dotx

 

12) Elektron cədvəllərdə sətirlər necə nömrələnir?

A) 1, 2, 3, 4, 5, 6,….. B) A, B. C, ….Z, AA

C) 1A, 1B, 1C, 1D D) I, II, III, IV, V

E) A1, A2, A3, A4

 

13) Təqdimatı hansı reimdə çap etmək olmaz? (PowerPoint 2010)

A) Normal B) Slide Sorter C) Slide Show

D)NotesPage E) Slide Master

 

14) Elektron əqdimat faylı əsas hansı genişlənməyə malik olur?

A) *. Powx B) *.pptx C) *. Pwtx D) *. Pttx E) *.potx

 

15) Qrafik redaktorlarda təsvirin vahidi nədir?

A) Point B) Punkt C) Düym D) Dpi E) Xəttin sayı

 

16) Winrar və Winzit proqramları hansı proqramlara aiddir?

A) İnstrumental B) Drayver C) Tətbiqi

D) Əməliyyat örtüyü E) Utilit (xidməti)

 

17) Əməliyyat sistemində faylın tam adının düzgün formatı hansıdır?

A) Altkataloq1. \altkataloq2:\…\fayl

B) Disk:\altkataloq1\…\fayl

C) Altkataloq\altkataloq2\…\fayl

D) Disk.\altkataloq1\…\fayl

E) Disk/altkataloq1/…/fayl

 

18) Verilənlər bazasında sorğular nə üçündür?

A) Baza verilənlərinin saxlanması üçün

B) Bazaya verilənlərin daxil edilməsi və onlara baxış üçün

C) Baza verilənlərinin axtarışı və onların emalı üçün

D) Emal edilmiş baza verilənlərini çap etmək üçün

E) Açarlı sahələr yaratmaq üçün

 

19) Lokal şəbəkələrdə kompüterlərin birləşdirilməsinin ümumi sxemi necə adlanır?

A) Arxitektura B) Protokol C) Domen

D) Topologiya E) Host

 

20) Start menyusunu açmaq üçün hansı düymələr kombinasiyasından istifadə olunur?

A) Enter B) Tab C) Win və ya Ctrl+Esc

D) Alt+Tab E) Ctrl+Alt+Delete

 

21) Elektron kitaba hansı lent tabının düymə və əmrləri ilə yeni vərəq əlavə etmək olar? (Excel 2010)

A)Home B) Page Layout C) Review D) Insert E) View

 

22) Qrafik redaktorun əsas funksiyaları hansılardır?

A) Mətni informasiyaları qrafik təsvirə çevirmək

B) Dinamilk və statik təsvirləri birləşdirmək

C) Təsvirləri göstərmək və onları kodlaşdırmaq

D) Təsvirləri çap etmək

E) Təsvirləri yaratmaq və redəktə etmək

 

23) İnternet hansı tip şəbəkələrə aiddir?

A) Lokal B) Terminal C) Regional D) Qlobal E) Server

 

24) İcra olunma ardıcıllığına görə translyatorlar hansı qruplara bölünür?

A) Drayver və əməliyyat örtüklərinə

B) Əməliyyat sistemi və örtük proqramlarına

C) İnterpretator və kompliyatorlara

D) Tətbiqi və multimedia proqramlarına

E) Arxivator və antivirus proqramlarına

 

25)Öz resurslarını şəbəkə istifadəçilərinə təqdim edən kompüter necə adlanır?

A) Ötürücü B) Terminal C) İşçi stansiya

D) Müştəri E) Server

Düz Cavablar

1.         C
2.         D
3.         A
4.         C
5.         D
6.         D
7.         C
8.         D
9.         D
10.     B
11.     C
12.     A
13.     C
14.     B
15.     D
16.     E
17.     B
18.     C
19.     D
20.     C
21.     D
22.     E
23.     D
24.     C
25.     E

 

III Bölmə

 

1) 3Kbayt 28 bayt+133 bayt + 800 bit cəmi neçə baytdır?

A) 3333 B) 3305 C) 3330 D) 4 E) 4033

 

2) Aşağıdakılardan hansı giriş qurğusu deyil?

A) Mikrafon B) Klaviatura C) Monitor

D) Maus E) Skaner

 

3) Aşağıdakılardan hansı alqoritmin xassəsi hesab edilmir?

A) Diskretlik

B) Nəticəlilik

C) Müəyyənlik

D) Kütləvilik

E) Xəttilik

 

4) Poçt virusu kompüterə neçə yoluxur?

A) İnternet şəbəkəsinə qoşulan zaman

B) İnternet saytlarından nəisə çap edən zaman

C) E-mail vasitəsilə aşqasına gizli məktub göndərən zaman

D) E-mail iləgöndərilmiş yaluxmuş faylı açan zaman

E) Başqasının elektron poçtuna icazəsiz daxil olan zaman

 

5) Verilmiş elektron cədvəl fraqmentinə əsasən C12 xanasının nəticəsini tapın:

A) 2 B) 4 C) 3 D) 5 E) 6

6) İş masasının fonu kontekst menyunun hansı əmri ilə dəyişdirilə bilər?

A) Screen resolution B) Gadgets C) Personalize

D) Refresh E) View

 

7) Home lent tabına aşağıdakı lent qruplarından hansı daxil deyildir? (Word 2010)

A) Paragraph B) Themes C) Clipboard

D) Font E) Styles

 

8) Seçilmiş sütunu cədvəldən klaviaturanın hansı düyməsi ilə pozmaq olar?

A) Delete B) Alt+Delete C) Alt+Tab

D) Backspace E) Alt+İnsert

 

9) Paragraph dialoq pəncərəsindəgöstərilən 2 cm nəyi ifadə edir? ( Word 2010)?

A) Bütün abzasların səhifənin sol boşluq sahəsindən 2 sm saga sürüşdüyünü

B) Cari Abzas səhifəsinin sol boşluq sahəsindən 2cm sola sürüşdüyünü

C) Bütün abzasların səhifənin sol boşluq sahəsindən 2 cm sola sürüşdüyünü

D) Cari abzas səhifəsininsol boşluq sahəsindən 2 cmsağa sürüşdüyünü

E) Səhifənin sol boşluq sahəsinin ölçüsünü

 

10) Təqdimata yeni slayd əlavə etmək üçünhansı lent tabından istifadə olunur? (PowerPoint 2010)

A) Home B) İnsert C)Design

D) Slide Show E) Transitions

 

11) Verilənlər bazası cədvəlində * işarəsi nəyi ifadə edir? (Access 2010)

A) Sonuncu yazını

B) Carı yazını

C) Xanaya verilənin yazıldığını

D) Sahənin unikal olduğunu

E) Açarlı sahəni

 

12) Aşağıdakılardan hansı əməliyyat sistemi deyil?

A) LİNUX B) MS DOS C) OS/2 D) UNIX E) NC

 

13) Slaydaların nömrələnməsi üçün istifadə olunan Slide Number əmri lentin İnsert tabı üzərindəki hansı lent qrupuna məxsusdur? ( (PowerPoint 2010)

A) Link B) Text C) Symbols D) Tables E) Illustrations

 

14) Əməliyyat sisteminin kompüterə quraşdırılması zamanı ilk müraciət üçün icra fayılı hansıdır?

A) Main.exe B) Main.com C) Setup.exe

D) İndex.htm E) Microsoft.com

 

15) Drayver nədir?

A) Kompüter qurğusunun işini idarə edən proqram

B) Dinamik əlaqələndirici kitabxanannın proqramı

C) Antivirus proqramlarının nüvəsi

D) Kompüterin qurğularındanbiri

E) Proqramlaşdırma dilində azılmış əməliyyat örtüyü

 

16) Əməliyyat sistemində hansı təkliflər doğru deyil?

A) Şriftlər Control Panel qovluğundakı Fonts qovluğunda saxlanılır

B) Fləş diskindən silinən fayllar Recycle Bin -ə düşmür

C) Shift+Delete düymələri ilə silinmiş piktoqram Recycle Bin-ə düşmür

D) Obyektləri adındakı simvollar sayına görə axtarmaq olmur

E) Obyektləri qrup şəklində silmək olur

 

17) İş kitabında Name Box sahəsinə nə əks olunur? (Excel 2010)

A) Formatlaşdırma elementləri

C) İş kitabının adı

D) Xanaya daxil edilmişməlumat

E) Qeyd olunmuş xananın ünvanı

 

18)Bunlardan hansı kompüterin giriş qurğularıdır?

A) Monitor, Klaviatura, sistem bloku, plotter

B) Klaviatura, monitor, skaner, maus

C) Klaviatura, CD ROM, digitayzer, kamera

D) Maus, printer, prosessor, klaviatura

E) Sistem bloku, printer, klaviatura, CD ROM

 

19) Proqramlaşdırmadahər bir operatorutransilyasiya edilən kimi icra olunan instrumental proqram təminatı hansıdır?

A) Poliglot B) İnterpretator C) Fine Reader

D) Prompt E) Lingvo

 

20) Aşağıdakı proqramlardan hansı VBİS deyil?

A) MS Access B) FoxPro C) Oracle

D) Paradox E) Acrobat Reader

 

21) Qrafik redaktorlarda hansılar palitra adlanır?

A) Düz xətt, dairə, düzbucaqlı

B) Rənglər çoxluğu

C) Qeydetmə, surətiçıxarma, daxiletmə

D) Rəngli nöqtələr

E) Qələm, fırça, pozan

 

22) Şəbəkədə Gateway (Şlüz) nədir?

A) OSİ-nin səviyyəsi

B) Perferik qurğuları idarə edən proqram

C) Şəbəkədə kompüterlərin bir-biri ilə ümsiyyət dili

D) Müxtəlif şəbəkələri birləşdirən vasitə

E) Kompüter serveri

 

23) Informasiya rabitə kanalı vasitəsi ilə…. ardıcıllığı şəklində ötürülür və kompüterin yaddaşında…. ardıxıllığı şəklində saxlanılı:

A) Siqnallar, baytlar B) Simvollar, kodlar

C) Simvollar, Bitlər D) Simvollar, baytlar

E) Kodlar, siqnallar

 

24) Cədvəldə yaşı 45 ilə 60 arasında olanların siyahısını çıxartmaq üçün xanada yazılmış düsturda İF funksiyasının köməyi ilə hansıməntiqi ifadədən istifadə etmək lazımdır? (Excel 2010)

A) <=45 AND <60

B) < 45 AND > 60

C) > 45 OR > 60

D) > 45 OR < 60

E) >45 AND < 60

 

25) Rastr qrafik redaktorunda minimal obyekt nədir?

A) Simvol B) Düzbucaqlı C) Dairə D) Xətt E) Piksel

 

Düzgün Cavablar

1.         A
2.         C
3.         E
4.         D
5.         A
6.         C
7.         B
8.         D
9.         D
10.     A
11.     A
12.     E
13.     B
14.     C
15.     A
16.     D
17.     E
18.     C
19.     B
20.     E
21.     B
22.     D
23.     A
24.     E
25.     E

Hazırlayan: Niyaməddin Şahmarov

Əlaqə:( 051)9224229

E-mail: niyameddinshahmarov86@gmail.com

Dostlarla Paylaş ↓