HÜQUQ İXTİSAS FƏNNİNDƏN MAGİSTRATURA ÜZRƏ TESTLƏR və CAVABLARI -1
1. Azərbaycan Respublikasının Konstitusiyasına görə qanunvericilik təşəbbüsü hüququna malik deyil:
A) Azərbaycan Respublikasının Prezidenti
B) Azərbaycan Respublikasının Ali Məhkəməsi
C) Azərbaycan Respublikasının Baş Naziri
D) Azərbaycan Respublikasının Prokurorluğu
E) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
2. Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növlərindən hansı təyin edilə bilməz?
A) Cərimə B) İctimai işlər C) İslah işləri D) Azadlığın məhdudlaşdırılması
E) Müəyyən müddətə azadlıqdan məhrum etmə
3. Yazılı formada bağlanan bu müqavilənin predmetini pul tələbi təşkil edir. Bu müqavilədə tərəflərdən birinin əsas vəzifəsi digər tərəfə pul vəsaiti vermək, digərinin vəzifəsi isə pul tələbini güzəşt etməkdən ibarətdir. Söhbət Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənən hansı müqavilədən gedir?
A) Françayzinq müqaviləsi B) Komissiya müqaviləsi
C) Faktorinq müqaviləsi D) Konsessiya müqaviləsi E) Lizinq müqaviləsi
4. Bu, sistemləşdirmənin elə formasıdır ki, bu zaman ictimai münasibətlərin eyni sahəsində fəaliyyət göstərən bir neçə normativ-hüquqi aktın onların məzmunu dəyişdirilmədən vahid normativ-hüquqi aktda birləşməsi baş verir:
A) İnkorporasiya B) Konsolidasiya C) Məcəllələşdirmə
D) Uçotlaşdırma E) Dispozisiya
5. Kosmos hüququnun mənbəyi hesab edilən 1979-cu il tarixli beynəlxalq müqavilə nə haqqındadır?
A) Kosmonavtların xilas edilməsi, kosmonavtların qaytarılması və kosmik fəzaya buraxılmış obyektlərin qaytarılması haqqında
B) Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında
C) Kosmik fəzaya buraxılan obyektlərin qeydiyyatı haqqında
D) Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında
E) Ayda və digər səma cisimlərində dövlətlərin fəaliyyəti haqqında
6. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən müqəddəs hesab edilir:
A) Dövlət rəmzlərinə hörmət B) Vətənə sədaqət C) Vətəni müdafiə
D) Ətraf mühitin qorunması E) Tarix və mədəniyyət abidələrinin qorunması
7. Aşağıdakılardan biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci fəslində nəzərdə tutulan “İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər”ə daxil deyil?
A) Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə
B) Dəniz quldurluğu
C) Yanğın təhlükəsizliyi qaydalarını pozma
D) Banditizm
E) Odlu silahı diqqətsiz saxlama
8. Xalalar, bibilər, dayılar və əmilər qanun üzrə vərəsəlik zamanı neçənci növbədə vərəsələr sayılırlar?
A) Birinci növbədə B) İkinci növbədə C) Üçüncü növbədə
D) Dördüncü növbədə E) Beşinci növbədə
9. Alman hüquqşünasları Qustav Hüqo, Fridrix Puxta və Ştal hansı hüquq nəzəriyyəsi və ya məktəbinin nümayəndəsi hesab olunur?
A) Psixoloji nəzəriyyənin B) Hüququn tarixi məktəbinin
C) Hüququn realist məktəbinin D) Hüququn sosioloji məktəbinin
E) Təbii hüquq nəzəriyyəsinin
10. 1982-ci il tarixli Dəniz hüququ üzrə BMT Konvensiyasına əsasən tarixi körfəzlər (Rusiyada Böyük Pyotr körfəzi, Kanadada Hudzon körfəzi, Norveçdə Varangerford körfəzi) aiddir:
A) Daxili dəniz sularına B) Açıq dənizə C) Kontinental şelf ərazilərinə
D) Qapalı dəniz zolağına E) Heç birinə aid deyil.
11. Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq nəyə xidmət edir?
A) Bütün cəmiyyətin və hər kəsin firəvanlığının təmin edilməsinə
B) Bazar münasibətləri əsasında iqtisadiyyatın və azad sahibkarlığın inkişafına
C) Sosial ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsinə
D) İnsan və vətəndaş hüquq və azadlıqlarının mühafizə edilməsinə
E) Xalqın rifahının yüksəldilməsinə
12. Başqa şəxslərlə birlikdə cinayətin törədilməsində bilavasitə iştirak etmiş, eləcə də cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs adlanır:
A) Təşkilatçı B) Təhrikçi C) İcraçı D) Köməkçi E) Vasitəçi
13. Tapşırıq müqaviləsinin tərəfləri adlanır:
A) Podratçı – Sifarişçi B) Vəkalət verən – Vəkalət alan
C) Tapşıran – Ticarət nümayəndəsi (agenti) D) Broker – Sifarişçi
E) Tapşıran (Sahibkar) – Tacir
14. Ümumidən xüsusiyə məntiqi əqli nəticələr vasitəsilə dövlət və hüququn ümumi əlamətləri qanunauyğunluqlarının öyrənilməsi, daha sonra tədricən müəyyən qruplara bölünməklə onlara qiymət verilməsi metodu adlanır:
A) Deduksiya B) Sintez C) Analiz D) İnduksiya E) Hipoteza
15. Yaşadığı ərazinin başqa dövlətə verildiyi zaman şəxsin yaşayacağı dövlətin vətəndaşlığını könüllü seçməsi beynəlxalq hüquqda hansı terminlə ifadə olunur?
A) Naturalizasiya B) Reinteqrasiya C) Apatrizm D) Optasiya E) Transfert
16. Azərbaycan Respublikası Milli Məclisi deputatının toxunulmazlığına hansı subyektin qərarı ilə xitam verilə bilər?
A) Azərbaycan Respublikası Baş Prokurorunun
B) Azərbaycan Respublikası Prezidentinin
C) Azərbaycan Respublikası Ali Məhkəməsinin
D) Azərbaycan Respublikası Milli Məclisinin
E) Yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
17. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən neçə il keçdikdən sonra məhkumluqları ödənilmiş hesab olunur?
A) 12 il B) 8 il C) 6 il D) 4 il E) 10 il
18. Bağışlama müqaviləsi haqqında söylənilən fikirlərdən hansı doğrudur?
A) Əmlak hüquqları və hüquqi hərəkətlər bağışlama müqaviləsinin predmeti ola bilməz.
B) Bağışlama müqaviləsi şifahi və ya sadə yazılı formada deyil, yalnız notarial formada bağlana bilər.
C) Hədiyyəni verən kobud ehtiyatsızlığı üzündən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün məsuliyyət daşımır.
D) Azərbaycan Respublikasının Mülki Məcəlləsində bağışlama müqaviləsi üzrə hədiyyə verənin bağışlamaqdan imtina etmək hüququnun olmadığını müəyyən edir.
E) Bağışlama müqaviləsi şərtdən asılı edilməklə bağlana bilər.
19. İnsanın həyat fəaliyyətinin müəyyən sahələrinin zamanla yoxlanılmış mütərəqqi əsaslarını qoruyub saxlamaqla əlaqədar yaranan, daha ümumiləşdirilmiş və sabit davranış qaydaları adlanır:
A) Hüquq normaları B) Texniki normalar C) İctimai təşkilatların normaları
D) Adət normaları E) Ənənə normaları
20. Məlum olduğu kimi heç bir beynəlxalq sazişdə, eləcə də BMT-nin Nizamnaməsində beynəlxalq mübahisənin tərifi verilmir. Daimi Beynəlxalq Ədalət Məhkəməsi Mavromatis işində (1924-cü il) qeyd etmişdi ki, mübahisə:
A) Dövlətlərin maraqlarının toqquşması nəticəsində gərginliyin yaranmasıdır.
B) İki şəxs arasında hər hansı hüquq normasına və ya fakta görə fikir müxtəlifliyidir.
C) Beynəlxalq subyektin ən azı üç subyekti arasında yaranan və konkret birmənalı həllini gözləyən situasiyadır.
D) Hər iki tərəfin fərqli yanaşması nəticəsində konkret problemin daha da çətinləşməsi və mürəkkəbləşməsidir.
E) Silahlı münaqişədən qabaq dövlətlərin güzəştə getmədikləri və razılıq əldə etmədikləri məsələyə dair mərhələdir.
21. Azərbaycan Respublikası Konstitusiyasına görə məhkəmənin qəbul etdiyi qərarlar hansı subyektin adından çıxarılır?
A) Xalqın adından B) Dövlətin adından
C) Qərarı qəbul etmiş məhkəmənin adından
D) Millətin adından
E) Azərbaycan Respublikasının Prezidenti adından
22. Kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurduqda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan hansı cinayət tərkibini yaradır?
A) Qanunsuz sahibkarlıq B) Qəsdən müflisləşmə C) Saxta müflisləşmə
D) Yalançı sahibkarlıq E) Dələduzluq
23. Aşağıdakılardan hansı müəlliflik hüququnun obyekti hesab edilir?
A) Reklam B) Dastanlar və nağıllar C) Dövlət rəmzləri
D) Məhkəmə qərarı E) Telefon məlumat kitabı
24. Konstitusiyalı monarxiya idarəçilik formasına malik olan dövlətlər:
A) Qana, Seneqal, Madakaskar, Yəmən, Nigeriya
B) Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Oman, Bruney
C) Niderland, Kanada, İngiltərə, Fransa, Almaniya
D) Danimarka, İspaniya, Norveç, İsveç, Yaponiya
E) Rumıniya, Makedoniya, Anqola, Mozambik, Banqladeş
25. Beynəlxalq humanitar hüquqda kombatant statusuna malik deyil:
A) Hərbi müxbirlər
B) Muzdlu əsgərlər
C) Hərbi təyyarələrin ekipajına daxil edilmiş mülki şəxslər
D) Ordunu müşaiət edən, lakin silahlı qüvvələrin tərkibinə bilavasitə daxil olmayan şəxslər
E) Silahlı qüvvələrin məişət xidməti ilə məşğul olan və bununla bağlı müvafiq icazəsi və sənədi olan şəxsi heyət
26. Azərbaycan Respublikası Konstitusiyasına görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir:
1. İnzibati ərazi bölgüsü;
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul etmək;
3. Siyasi sığınacaq verilməsi məsələsini həll etmək;
4. Dövlətlərarası müqavilələri təsdiq və ləğv etmək;
5. Vətəndaşlıq məsələlərini həll etmək.
A) 1-2-4 B) 2-3-4 C) 2-3-5 D) 3-4-5 E) 2-4-5
27. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında neçə ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər?
A) 25 ildən B) 20 ildən C) 15 ildən D) 10 ildən
E) Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə əfv tətbiq oluna bilməz.
28. Dağ kəndində yaşayan Həsənə məxsus iribuynuzlu heyvan sakit təbiətli olduğuna görə Həsən ona sərbəst hərəkət etmək üçün imkan yaratmış, lakin heyvan onun nəzarətindən çıxaraq qonşuların əkin sahəsinə zərər vurmuşdur. Qonşular zərərin ödənilməsini tələb etsələr də, Həsən zərəri ödəməkdən imtina etmişdir. O, haqlıdırmı və nəyə görə?
A) Bəli, haqlıdır. Çünki baş vermiş hadisənin səbəbi onun iradəsindən kənar baş vermişdir.
B) Xeyr, haqlı deyil. Çünki o, heç bir halda heyvanın sərbəst hərəkət etməsinə imkan verməməli idi.
C) Bəli, haqlıdır. Çünki heyvanın hərəkətinə görə insan məsuliyyət daşıya bilməz.
D) Xeyr, haqlı deyil. Çünki heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur və bu zaman heyvanın nəzarət altında olduğunun, hətta itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur.
E) Bəli, haqlıdır. Çünki Həsən heyvanın həmişə sakit təbiətli olduğunun şahidi olub. O nə bilərdi ki, heyvan belə hərəkətə yol verə bilər.
29. F. Engels dövlətin yaranmasının hansı formalarını fərqləndirirdi?
A) Qədim şərq və qərb modelləri
B) Afina, Sparta və Roma formaları
C) Antik, orta əsrlər və müasir dövlət tipləri
D) Yunanıstan, Roma və yeni əsr Avropa dövlətləri formaları
E) Afina, Roma və qədim alman formaları
30. İslam Konfransı Təşkilatı ilə bağlı yanlış fikir hansıdır?
A) İslam Konfransı Təşkilatının yaranmasına əsasən iki hadisə – 1967-ci ildə növbəti Ərəb-İsrail müharibəsində ərəb dövlətlərinin ciddi məğlubiyyətə uğramaları və 1969-cu ildə müsəlmanların ən müqəddəs ibadətgahı sayılan Əl-Əqsa məscidinin partladılması səbəb olmuşdur.
B) 25 müsəlman ölkəsinin dövlət və hökumət başçılarının ilk konfransı 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda çağrılmış, bununla da İslam Konfransı Təşkilatının əsası qoyulmuşdur.
C) İslam Konfransı Təşkilatının preambula və 14 maddədən ibarət olan nizamnaməsi 1972-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində xarici işlər nazirlərinin növbəti konfransında qəbul edilmişdir.
D) İslam Konfransı Təşkilatının ali orqanı üç ildən bir çağırılan Dövlət və hökumət başçılarının konfransıdır.
E) İslam Konfransı Təşkilatının rəsmi dilləri ərəb, fars və urdu dilləridir.
CAVABLAR
1. C
2. D
3. C
4. B
5. E
6. B
7. A
8. D
9. B
10. A
11. E
12. C
13. B
14. A
15. D
16. D
17. C
18. E
19. E
20. B
21. B
22. C
23. A
24. D
25. B
26. C
27. A
28. D
29. E
30. E
Testləri tərtib etdi: Yunis Fərman oğlu Xəlilov
Naxçıvan Dövlət Universitetinin
Hüquq fənləri kafedrasının müəllimi