HÜQUQ İXTİSAS FƏNNİNDƏN MAGİSTRATURA ÜZRƏ TESTLƏR və CAVABLARI -2

 

 

1. Aşağıdakılardan biri Azərbaycan Respublikasının Konstitusiyasının pream­bu­lasında (giriş hissəsində) Azərbaycan xalqının bəyan etdiyi niyyət kimi bəyan olunmamışdır:

A) Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

B) Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

C) Azad sahibkarlığa əsaslanaraq xalqın rifah halını yüksəltmək;

D) Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

E) Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək.

 

2. «Geridə qalmış ölkələr qabaqcıl ölkələrin proletariatının köməyi ilə sovet quruluşuna və inkişaf mərhələsi vasitəsilə kaptalizmdən yan keçərək kommunizmə keçə bilərlər» məşhur ifadəsi kimə məxsusdur?

A) M.Veber;    B) V.İ.Lenin;    C) K.Marks;    D) F.Engels;   E) S.Semon.

 

3. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yolxucu xəstəliklər yayma Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan hansı cinayət tərkibini yaradır?

A) Təxribat;

B) Zöhrəvi xəstəlikləri yayma;

C) Kütləvi iğtişaş;

D) İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə;

E) Yolxucu xəstəliklər yayma və digər üsullarla əhalini məhv etmə.

 

4. Veksel qrasiyası nə deməkdir?

A) Vekseli indossament üzrə əldə edən şəxs deməkdir;

B) Vekseli ödəmə razılığı deməkdir;

C) Veksellərin uçotu və onların yenidən uçotu üzrə əqdlərdə vasitəçi deməkdir;

D) Veksel üzrə ödənişin müəyyən edilmiş möhləti deməkdir;

E) Veksel öhdəliklərinin dürüst yerinə yetirilməsi qaydalarının məcmuyu deməkdir.

 

5. 1944-cü ildə imzalanmış Çikaqo konvensiyası nə haqqındadır?

A) Beynəlxalq mülki aviasiya haqqında; B) Ozon qatının mühafizəsi haqqında;

C) Təbiətin və təbii ehtiyatların qorunub saxlanması haqqında;

D) Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında;

E) Vətəndaşlıq haqqında qanunların kollizasiyasına aid bəzi məsələlər haqqında.

 

6. Azərbaycan Respublikasının Konstitusiyasının keçid müddəalarının 11-ci bən­din­də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yaradılanadək həmin kons­­titusiyada nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkə­məsi­nin səlahiyyətlərini hansı məhkəmənin həyata keçirməsi nəzərdə tutulmuşdur?

A) Azərbaycan Respublikasının ümumi məhkəmələri;

B) Azərbaycan Respublikasının Ali Arbitraj məhkəməsi;

C) Azərbaycan Respublikasının Ali Məhkəməsi;

D) Azərbaycan Respublikasının ixtisaslaşdırılmış məhkəmələri;

E) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək onun səlahiy­yətlərinin həyata keçirilməməsi nəzərdə tutulurdu.

 

7. Roma respublikasının əsas dövlət hakimiyyəti orqanlarından biri olmuş magistratlarla bağlı yanlış fikir hansıdır?

A) Magistratlar öz vəzifə borclarını yerinə yetirməyə görə heç bir haqq almırdılar;

B) Konkret idarəetmə vəzifələrindən asılı olaraq magistratlar diktatorlara, konsullara, pretorlara, senzorlara və s. bölünürdü;

C) Diktatorlar ali magistratlar idi. Məhz onlar qoşuna komandanlığı həyata keçirir, senatı və xalq yığıncağını çağırırdılar;

D) Hüquqi cəhətdən hər bir Roma vətəndaşı magistrat ola bilərdi, faktiki surətdə isə bu vəzifələri iri torpaq sahibləri tuturdu;

E) Magistratlar bir il müddətinə seçilirdi.

 

8. Məhkumun iş yeri üzrə çəkilən cəza növü hansıdır?

A) Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; B) Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; C) İctimai işlər; D) İslah işləri; E) Azadlığın məhdudlaşdırılması.

 

9. Sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsait necə adlanır?

A) Sığorta haqqı;       B) Sığorta tarifi;  C) Sığorta məbləği;

D) Sığorta ödənişi;    E) Sığorta polisi.

 

10. «Genosid» terminini ilk dəfə kim işlətmişdir?

A) R. Lemkin;    B) J. Pikte;     C) H. Kelzen;    D) N.Cigar;     E) R. Abeyratne.

 

11. Hüquqi qüvvəsinə görə ən alidən ən aşağıya doğru sıralayın.

1. Azərbaycan Respublikasının Konstitusiyası;

2. Referendumla qəbul edilmiş aktlar;

3. Azərbaycan Respublikasının qanunları;

4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr;

5. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları;

6. Azərbaycan Respublikası Prezidentinin fərmanları;

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları.

A) 4-1-2-3-6-7-5;       B) 1-2-3-4-6-7-5;      C) 1-4-2-3-6-7-5;

D) 4-1-3-2-6-7-5;       E) 1-2-4-3-6-7-5.

 

12. Hüquq normasının kazual təfsiri dedikdə, nə başa düşülməlidir?

A) Tətbiq edilən müəyyən hüquq normasının və ya normalarının bütün şəxslər və orqanlar üçün məcburi rəsmi izahıdır;

B) Baxılan konkret hüquqi iş üzrə məcburi olan hüquq normasının izahıdır;

C) Hüquq normasının mənasının məhkəmələr tərəfindən şərh edilməsidir;

D) Hüquq normasının doktrinal şəkildə elmi-tədqiqat müəssisələri, hüquqşünaslar və alimlər tərəfindən izahıdır;

E) Tətbiq olunan hüquq normasının idarəedici-sərəncamverici orqanlar tərəfindən verilən və bu orqanlar üçün məcburi hesab edilən rəsmi izahıdır.

 

13. Cinayətlərin və hökmələrin məcmuyu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə hərbi xidmət üzrə məhdudlaş­dır­manın neçə günü bərabər tutulur?

A) 1 günü;     B) 2 günü;     C) 3 günü;    D) 4 günü;    E) 5 günü.

 

14. Əmlak kirayəsi müqaviləsi ilə bağlı düzgün fikir hansıdır?

A) Kirayəyə verilmiş əşya ilə bağlı yüklükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəçi ödəməlidir;

B) Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üşün məsuliyyət daşıyır;

C) Kirayəyə verənin icazəsinin olub-olmamasından asılı olmayaraq, kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci ələ kirayəyə vermək hüququ vardır;

D) Kirayəçi mənsub olduğu istifadə hüququnun hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədikdə əmlak kirayəsi haqqını ödəməkdən azad edilir;

E) Kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri başqa kirayəçinin olduğu zaman davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələr vasitəsilə davam etdirilir.

 

15. Beynəlxalq iqtisadi hüquq sahəsində iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün hüquqi əsas rolunu oynayan hüquqi rejimlər hansılardır?

1. Ən əlverişli rejim; 2. Milli rejim; 3. Xüsusi rejim;

4. Preferensial rejim; 5. Universal rejim.

A) 1-2-4;    B) 2-3-4;      C) 1-2-3;     D) 1-3-4;     E) 2-4-5.

 

16. Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan müddəalarla bağlı söylənilən fikirlərdən hansı yanlışdır?

A) Heç bir qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minə bilməz;

B) Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır;

C) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləş­dirilmiş qaydada qəbul edilə bilərlər;

D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz;

E) Azərbaycan Respublikasının Konstitusiyasında sərbəst toplaşmaq azadlığının hansı məqsədlə həyata keçirilməsi müəyyən olunmamışdır.

 

17. Strukturuna görə iki ünsürdən – hüquqi ideologiya və hüquq psixologiyası hissələrindən ibarətdir:

A) Hüquqda analogiya;    B) Hüquq düşüncəsi;     C) Hüququn prinsipləri;

D) Hüquq normalarının təfsiri;     E) Hüquq münasibətləri.

 

18. Zəruri müdafiə, cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməsini birləşdirən ümumi cəhət hansıdır?

A) Cinayət məsuliyyətini aradan qaldıran hallardır;

B) Cəzadan azad etməyə əsas verən hallardır;

C) Əməlin cinayət olmasını aradan qaldıran hallardır;

D) Cəzanı yüngülləşdirən hallardır;

E) Heç bir ümumi cəhət yoxdur.

 

19. Aşağıdakılardan hansılar ixtiranın obyekti hesab edilir?

A) Elmi nəzəriyyələr, riyazi metodlar, komputer proqramları və alqoritmləri;

B) Tikili, bina və ərazi layihələri və planlaşdırma sxemləri, insan və heyvan orqanizmlərinin müaliəcinin cərrahi və terapevtik üsulları, xəstəliyin diaqnostika metodları;

C) İnteqral mikrosxemlərinin topologiyası, şərti işarələr, cədvəllər və qaydalar, informasiyanın təqdimi üsulları;

D) Qurğu, üsul, maddə, mikroorqanizm ştammı;

E) Bədii konstruktorluq işinin nəticəsi (dizayn), bitki sortları və heyvan cinsləri (mikrobioloji üsullar və üsulla alınan məhsullar istisna olmaq şərti ilə).

 

20. Beynəlxalq humanitar hüquq normaları tətbiq olunmur:

A) Daxili gərginlik hallarına, daxili iğtişaşları və sporadik zorakılıq aktlarına;

B) Beynəlxalq silahlı münaqişələrə;

C) Qeyri-beynəlxalq xarakterli (daxili) silahlı münaqişələrə;

D) Qarışıq silahlı münaqişələrə;

E) Sadalanan bütün hallara tətbiq olunur.

 

21. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə görə hansı məsələlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir:

A) Yerli büdcə və onun icrası ilə bağlı qərarlar;

B) Yerli iqtisadi və sosial proqramların icrası ilə bağlı qərarlar;

C) Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar;

D) Yerli sosial-iqtisadi və ekoloji proqramların qəbulu ilə bağlı qərarlar;

E) Bələdiyyə reqlamentinin təsdiq edilməsi ilə bağlı qərarlar.

 

22. Tarixdə mükəmməl şəhər respublikaları hesab olunur:

A) Kiyev-Rus, Bavariya, Paris, London;

B) Florensiya, Venetsiya, Genuya, Novqorod Pskov;

C) Moskva, Filadelfiya, Madrid, Volqaqrad, Varşava;

D) Afina, Sparta, Roma, qədim alman dövlətləri;

E) Kioto, İstanbul, Məkkə, Mədinə, Astana.

 

23. Xüsusi amansızlıqla qəsdən adam öldürmə hesab edilə bilməz:

A) Diri-diri yandırmaqla öldürmək;

B) Zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etməklə öldürmək;

C) Zərərçəkmiş şəxsi tez bir zamandan qətlə yetirmək niyyəti ilə ona çoxlu sayda bədən xəsarətləti vurmaqla öldürmək;

D) Uzun müddət yemək və ya sudan məhrum etməklə öldürmək;

E) Şiddətli ağrı verən zəhərdən bilərəkdən istifadə etməklə öldürmək.

 

24. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edərsə, onun payı kimə keçir?

A) Vəsiyyət üzrə vərəsələrə;

B) Onunla bərabər hüquqlu olan digər məcburi pay almaq hüququ olan vərəsələrə;

C) Miras əmlakı qəbul etməyən məcburi pay hüququ olan vərəsənin özünün qanun üzrə vərəsələrinə;

D) Dövlətə;

E) Məcburi pay hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilməz.

 

25. Cənub-şərqi Asiya dövlətləri assosiasiyası (ASEAN) beynəlxalq təşkilatı ilə bağlı yanlış fikir hansıdır?

A) Bu beynəlxalq təşkilat 1967-ci ildə Filippin, Malaziya, Tailand, İndoneziya və Sinqapur tərəfindən təsis edilmişdir;

B) Bu beynəlxalq təşkilatın rəsmən bəyan etdiyi əsas məqsədlər üzv ölkələrin iqtisadi, sosial, mədəni və digər əməkdaşlıq sahələrini inkişaf etdirmək, Cənub-şərqi Asiyada sülhün və sabitliyin bərqərar olunmasına yardım göstərməkdir;

C) Bu beynəlxalq təşkilatın əsas orqanları aşağıdakılardır: Dövlət və hökumət başçılarının Konfransı, Xarici işlər nazirlərinin Konfransı, Katiblik, sahəvi komitələr (ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat, maliyyə və s. üzrə) və s.;

D) Hazırda 15 üzvü olan bu beynəlxalq təşkilatın Baş Katibliyi (qərargahı) Tailandın paytaxtı Banqkok şəhərində yerləşir;

E) Qısa şəkildə ASEAN kimi tanınan bu beynəlxalq təşkilatın tam adı ingiliscə «Association od South-east Asian Nations» kimi yazılır.

 

26. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hansı qurumun üzvlərinin bir qismini Azərbaycan Respublikasının Milli Məclisi seçir?

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının;

2. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının;

3. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Karrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın;

4. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının;

5. İctimai Televiziya və Radio Yayımları qurumunun Yayım Şurasının.

A) 1-2-3;     B) 1-4-5;      C) 1-2-3-4-5;      D) 2-3-5;     E) 2-3-4.

 

27. Məşhur hüquqşünas Rudolf İerinqə aid edilə bilən fikirlər hansılardır?

1. «Roma hüququnun ruhu», «Hüquq uğrunda mübarizə», «Hüquqda məqsəd» adlı əsərlərin müəllifidir;

2. Hüququn normativist cərəyanının banisidir;

3. Onun fikrincə, mütləq ədalətli hüquq mövcud deyildir. Hüququn dəyəri onun əsasında qoyulmuş məqsədlərin həyata keçirilməsindən ibarətdir;

4. O, solidarizm nəzəriyyəsinin tanınmış nümayəndəsidir.

A) 1-2;     B) 2-3;     C) 1-3;      D) 1-4;     E) 3-4.

 

28. Yetkinlik yaşına çatmayanlara tətbiq edilə bilən tərbiyəvi xarakterli məcburi tədbir hesab oluna bilməz?

A) Yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək;

B) Xəbərdarlıq;

C) İrad;

D) ona vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;

E) Onları valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək.

 

29. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci neçə il sonra müddətin keçməsinə görə qüvvədən düşür?

A) 6 il;      B) 5 il;     C) 10 il;     D) 2 il;     E) 3 il.

 

30. Diplomatik və konsul hüququnda «persona non grata» institutu ilə bağlı düzgün olmayan fikir hansıdır?

A) Dövlət hər bir halda mütləq diplomatik nümayəndəlik başçısı və ya diplomatik işçini persona non grata elan etməsinin səbəblərini açıqlamalıdır;

B) 1961-ci il tarixli diplomatik əlaqələrə dair Vyana Konvensiyasına görə olduğu ölkə tərəfindən hər hansı bir diplomatik işçiyə ölkədən getmək tələbi irəli sürülərsə, onlar persona non grata hesab olunurlar;

C) Latınca «arzuolunmayan şəxs» mənasını bildirən «persona non grata» termini diplomatik nümayəndəlik başçısı kimi başqa ölkəyə təyin olunması nəzərdə tutulan, lakin həmin ölkə hökumətinin razılıq vermədiyi şəxs üçün işlədilir;

D) Diplomatik nümayəndəlik başçıları və ya hər hansı diplomatik işçi olduqları ölkə höumətinə açıq-aşkar mənfi münasibət göstərdikdə, onun daxili işlərinə qarışdıqda, onun qanunlarına və adətlərinə hörmətsizlik etdikdə, diplomatik imtiyazlardan sui-istifadə etdikdə, ümumi qəbul olunmuş diplomatik davranış normalarını pozduqda persona non grata hesab edilir;

E) Dövlətlərin beynəlxalq təşkilatlar yanında nümayəndələri ikitərəfli diplomatiyada tətbiq olunan qaydalar əsasında persona non grata elan oluna bilməzlər.

 

CAVABLAR

 

1. C

2. B

3. A

4. D

5. A

6. E

7. C

8. D

9. D

10. A

11. E

12. B

13. C

14. E

15. A

16. A

17. B

18. C

19. D

20. A

21. C

22. B

23. C

24. A

25. D

26. E

27. C

28. C

29. D

30. A

 

 

Testləri tərtib etdi: Yunis Fərman oğlu Xəlilov

Naxçıvan Dövlət Universitetinin

Hüquq fənləri kafedrasının müəllimi

Dostlarla Paylaş ↓