2020-ci ildə Dövlət Qulluğu Müsahibələrində Verilən Suallardan…

 

1.“Tovuz döyüşləri” zamanı ölkəmizi qəti olaraq dəstəkləmiş dövlətlər hansılardır?
Pakistan,Turkiyə

2. General-mayor Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə hansı işlər görülmüşdür?
1) Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilmişdir; 2) “Qanun” Nəşriyyatı tərəfindən Polad Həşimov haqqında “Polad generalımız” kitabı nəşr edilmişdir; 3) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı tərəfindən Polad Həşimovun büstü hazırlanmışdır.

3. Tovuz döyüşləri” zamanı Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə Bakı şəhərində nə zaman kütləvi aksiya keçirilmişdir?
16 iyulda

4. Ermənistan tərəfinin Azərbaycanın guya Metsamor AES-i vura biləcəyi ilə bağlı yaydığı informasiya həqiqətə uyğun idimi?

Xeyr, Azərbaycan Ordusunun silahlanmasında (arsenalında) Metsamor Atom Elektrik Stansiyasını (AES) yüksək dəqiqliklə vurmaq imkanına malik olan ən yeni raket sistemləri mövcud olsa da, Azərbaycan üçün Ermənistandakı mülki və kritik obyektlərin hədəfə alınması heç zaman gündəmdə olmamışdır. Bunun əksinə olaraq, mülki obyektlərin, yaşayış məntəqələrinin və dinc əhalinin hədəfə alınması Ermənistan Silahlı Qüvvələrinin standart praktikasıdır. Azərbaycan Ordusunun əsas həfləri Ermənistanın bütün atəş nöqtələri, hərbi dayaq məntəqələri və legitim hərbi obyektləridir. Azərbaycan Ermənistanda yerləşən, bölgə üçün ciddi təhlükə mənbəyi olaraq köhnəlmiş Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən Metsamor AES-in istismarından irəli gələn təhlükələri dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Ermənistanın paytaxtı İrəvanın 36 km qərbində – Metsamor şəhərində yerləşən Metsamor AES-in istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təmin edir. Cənubi Qafqazda yeganə atom elektrik stansiyası olan Metsamor AES 22 dekabr 1976-cı il tarixində işə düşmüşdür.

5. “Şəhidlər ölməz, vətən bölünməz” şüarı haradan qaynaqlanır?
Şüar (tr. Şehitler ölmez vatan bölünmez!) Türkiyənin Millətçi Hərəkat Partiyasına (tr. Milliyetçi Hareket Partisi) aiddir.

6. “Tovuz döyüşləri” zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanana dəstək məqsədilə hansı fikirləri səsləndirmişdir?
“Yüz il bundan əvvəl bizim əcdadlarımız nə edibsə, biz onu yenə etməyə hazırıq. Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd etməyəcək”.

7. Polad Həşimov 1988-ci ildən başlamış Qarabağ müharibəsi zamanı şəhid olmuş neçənci generalımızdır?
3-cü. Bundan öncə, müstəqil Azərbaycanın ilk Baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor rütbəsinə bərabər hesab olunur) İsmət Qayıbov və Müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə dövlət müşaviri, sabiq Daxili İşlər naziri, general-mayor Məhəmməd Əsədov 20 noyabr 1991-ci il tarixində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycana məxsus “Mİ-8” hərbi helikopterinin vurulması nəticəsində baş vermiş “Qarakənd faciəsi” zamanı şəhid olmuşlar.

8. Ermənistan hansı səbəblərə görə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatlara əl atmışdır?

1) Azərbaycanın strateji magistral neft-qaz kəmərlərinin – “enerji arteriyaları”nın (Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Cənub Qaz Dəhlizi və s.), habelə “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilsi-Qars dəmir yolu xəttinin bu bölgədən keçməsi; 2) Rəsmi Yerevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmaması və beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ bölgəsindən yayındırmaq məqsədini güdməsi; 3) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələri də münaqişəyə cəlb etmək istəyi. Belə ki, KTMT-nin Nizamnaməsinə görə üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu, təşkilata üzv olan digər ölkələrə qarşı da təcavüz (aqressiya) kimi qəbul edilir. Ermənistan Qarabağ bölgəsində təxribata əl atdıqda, KTMT bu halda münaqişəyə müdaxilə edə bilməz, çünki bu bölgə beynəlxalq ictimaiyyət və dünya birliyi tərəfindən birmənalı şəkildə Azərbaycan ərazisinin tərkib hissəsi kimi tanınır. Buna görə də, Ermənistan məhz Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz isitiqamətində təxribatlara əl ataraq, bunu özünün dövlət sərhədlərinə müdaxilə kimi qələmə verməyə çalışmışdır; 4) Ermənistan tərəfinin “COVID-19” infeksiyasının ölkədə geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək istəyir və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.
9.“Tovuz döyüşləri” zamanı Azərbaycanı qəti olaraq dəstəkləmiş beynəlxalq təşkilatlar hansılardır?
GUAM, İƏT
10.“Tovuz döyüşləri” nə zaman baş vermişdir?
12-14iyul

11. “Tovuz döyüşləri” zamanı Ermənistan tərəfindən Azərbaycana məxsus hansı postun alındığı iddia edilmişdir?
Qaraqaya yüksəkliyi

12. “Tovuz döyüşləri” zamanı şəhid olmuş hərbi qulluqçularımız kimlərdir?
Sadıqov Vüqar
Mahmudov Rəşad
Daşdəmirov Xəyyam
Məmmədov Elşad
Polad Həşimov
İlqar Mirzəyev
Əhmədov Namiq
Məmmədov Anar
Zeynallı İlqar
Babayev Yaşar
Mustafazadə Elçin
İsmayılov Nazim

13.Azərbaycan Respublikasının dövlət atributları hansılardır?
“Atribut” sözünün (lat. attributum) lüğəvi mənası əsas cəhət, başlıca əlamət anlamına gəlir. Atribut əşya, subyekt, predmet (obyekt) və ya prosesin əsas əlaməti, ayrılmaz xüsusiyyətidir. Dövlət atributlarımız da dövlət rəmzlərimiz kimi Azərbaycan dövlətinin ayrılmaz simvollarıdır, amma dövlət atributlarını dövlət rəmzləri hesab etmək olmaz, çünki dövlət rəmzlərimizin çərçivəsi (Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni) qəti şəkildə müəyyənləşdirilərək Konstitusiyamızda təsbit eilmişdir.

14. Dil və nitq anlayışları arasındakı mahiyyət etibarilə əsas fərq nədən ibarətdir?
Dil unsiyyet vasitəsdir,nitq ünsiyyət prosesi
Dil motorik səviyyədir ,nitqi anlama semantic

15. Ölkəmizdə indiyə qədər ərəb, kiril və latın qrafikası nə zaman tətbiq edilmişdir?
Ərəb qrafikalı əlifbadan 1929- cu ilə qədər istifadə olunub.1919-cu ildə AXC dövründə latın qrafikasına keçmək üçün komissiya yaradılıb, amma AXC-nin süqutu ilə bu məsələ yarımçıq qalıb. 1923-cü ildə Azərbaycan rəsmi olaraq latın qrafikasına keçib,amma hər iki əlifbadan həm ərəb, həm də latından istifadə 1929-cu ilə qədər olub.1929-cu ildə ərəb qrafikalı əlifbadan istifadəyə qadağa qoyulub. 1939-cu ildə kiril qrafikalı əlifbaya keçirilib. 1 avqust 1990- ci ildə Afad Qurbanovun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılır. 1992- ci ildən komissiyanın tərtib etdiyi latın qrafikalı əlifbaya keçirilib.

16. Ölkəmizin hansı şəhərlərində ana dilimizə abidə ucaldılmışdır?
2004-ci ildə Naxçıvanda və Mingəçevirdə

17. 7 sentyabr 2018-ci il tarixində açılışı olmuş “Ana dili müəllimi” abidə kompleksi hansı rayonda yerləşir?
Xaçmaz rayonu
18. Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən niyə məhz avqust ayının 1-i “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi müəyyən edilmişdir?
1 avqust 1990-cı il tarixində görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq, o həmin komissiyanın sədri təyin edilmişdir. Azərbaycan Əlifba Komissiyasının yaradıldığı günün tarixi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən hər il avqust ayının 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

19. Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə hansı qurum nəzarət edir?
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət etmək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etmək məqsədilə yaradılmışdır, statusu publik hüquqi şəxs olsa da, dövlət büdcəsindən maliyyələşir.

20. Azərbaycan Respublikası Prezidentinin rəsmi simvolu hansıdır?
AR Prezidentinin ştandartı
21. AR-nın Prezidenti videokonfrans keçirərkən arxada – iş masasının sağ tərəfində dayanan bayraq hansıdır?
AR Prezidentinin ştandartı
22. Hazırda dünyada fəaliyyət göstərən parlamentlərdən ən qədimi hansıdır?
Əsası 930-cu ildə qoyulmuş İslandiya Altinqi.
23. Azərbaycan Respublikasının Milli Məclisi strukturuna görə parlamentlərin hansı növünə aiddir?
Tək (bir) palatalı parlament (unikameralizm). Dünya parlamentlərinin hazırda 60 faizi tək (bir) palatalı, 40 faizi isə ikipalatalıdır (bikameralizm). Tarixdə üç, hətta dörd palatalı parlamentlərə də rast gəlinir (Cənubi Afrika Respublikasında, Fransada və s.). Lakin bu tip parlamentlərin fəaliyyəti uzun sürməmişdir, çünki çoxpalatalı sistem qanunun qəbul olunması prosesini uzadır, bürokratiya dərinləşir və operativlik azalır. Buna görə də, 21-ci əsrdə parlamentlər maksimum 2 palatadan ibarətdir. Adətən aşağı palata qanun layihəsini işləyib hazırlayır, yuxarı palata isə təsdiq edir.
24. Dünya azərbaycanlıların ən çox məskunlaşdığı xarici ölkələr hansılardır?
İran, Rusiya
25. Azərbaycan Respublikasının Ali Soveti nə zamandan Azərbaycan Respublikasının Milli Məclisi adlanmağa başlamışdır?
1992- ci ildə Milli məclis adı verilib.1995-ci il konstitusiya qəbul ediləndən sonra parlamentin adı Milli Məclis kimi rəsmləşdirilib.
26. Dünya azərbaycanlılarının qurultayları neçə ildən bir təşkil olunur və indiyə qədər neçə qurultay keçirilmişdir?
Qurultay hər 5 ildən bir təşkil olunur və indiyə qədər 4 qurultay keçirilmişdir: I Qurultay – 9-10 noyabr 2001-ci il (Bakı şəhəri, Respublika Sarayı. Qurultayda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir); II Qurultay – 16 mart 2006-ci il (Bakı şəhəri, Heydər Əliyev Sarayı. Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir); III Qurultay – 5-6 iyul 2011-ci il (Bakı şəhəri, Heydər Əliyev Sarayı. Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir); IV Qurultay – 3-4 iyun 2016-cı il (Bakı şəhəri, Heydər Əliyev Mərkəzi. Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir).
27. Konstitusiyanın qəbulu ilə bağlı referendumda seçicilərin neçə faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir?
91,9 %.
28. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hansı şəhərin fəxri vətəndaşıdır?
Həştərxan
29. Konstitusiyamızda təsbit edilmiş hansı azadlıq alternativ xidməti şərtləndirir?
Yaradıcılıq azadlığı

Müəllif : Səbuhi Əfəndizadə

Dostlarla Paylaş ↓