Dövlət qulluğu haqqında BB qurupu Üzrə (Qapalı) və BA qurupu Üzrə (Açıq) Testlər-Cavabla

(Şamxal Şıxəliyev)

 

1. ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası  qanununun  məqsədi nədən ibarətdir?

a) Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində Azərbaycan Respublikası ilə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir

b) Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə işçilər arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir

c) Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir

d) Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə ictimai təşkilatlar arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

 

2. Dövlət qulluğu nədir?

a)   Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir

b)  Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin  edilməsi

c)  dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi

d)  Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumudur

 

3. ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu  şamil edilir:

a)      məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara

b)     icra hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara

c)     qanunvericilik hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara

d)     hamısı

 

4. Dövlət qulluğunun vəzifələrindən biri yanlışdır:

a)   Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi

b)  dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi

c)  dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi

d)  dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi

 

5. Dövlət qulluğunun prinsiplərindən biri yanlışdır:

a)   yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi

b)  bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması

c)  dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası

d)  bütün vətəndaşların sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi

 

6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu şamil edilir:

a)   Mərkəzi Seçki Komissiyasının üzvlərinə

b)   Hesablama Palatasının auditorlarına

c)    yerli icra hakimiyyəti başçılarının müavinlərinə

d) mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinlərinə

 

7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanları kateqoriyalar üzrə təsnifləşdirilərkən nəzərə alınmır:

a) funksiyası

b) yurisdiksiyası

c) statusu

d) iyerarxiyası

 

8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərini təyin etmir:

a) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri

b) Azərbaycan Respublikasının Milli Məclisinin sədri

c) Azərbaycan Respublikasının Prezidenti

d) Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri

 

9. Dövlət orqanlarında yaradıla bilər:

a)     siyasi partiyaların strukturları

b)   ictimai birliklərin strukturları

c)     həmkarlar ittifaqları

d)    ictimai və siyasi birliklərin strukturları

 

10. Dövlət Qulluğunu İdarəetmə Şurasının neçə üzvü var?

a)     6

b)    12

c)     18

d)     8

 

11. Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir:

a)     dövlət qulluğunun normativ-metodiki təminatını hazırlayır

b)     dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən edir

c)     “dövlət qulluğu haqqında” qanunun  tətbiqinə nəzarəti

d)     Hamısı

 

12. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının neçə üzvünü Prezident təyin edir?

a)     18

b)     9

c)      6

d)     4

 

13. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının səlahiyyətləri hansı hüquqi sənədlə müəyyən edilir?

a)      Əsasnamə ilə

b)     Dövlət qulluğu haqqında qanunla

c)      Konstitusiya ilə

d)     Heç biri

 

14. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının qəbul etdiyi qərarların məcburiliyi dövlət qulluqçuları üçün kim tərəfindən təmin edilir?

a)      Azərbaycan Respublikasının Prezidenti

b)     Azərbaycan Respublikası Milli Məclisinin sədri

c)      Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri

d)     Hamısı

 

15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifə iddiasında olan şəxs hansı təhsilə malik olmalıdır?

a)     ali

b)    orta

c)     orta ixtisas

d)    qanunvericilikdə belə hal nəzərdə tutulmayıb

 

16. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yardımçı vəzifə iddiasında olan şəxs ən azı hansı təhsilə malik olmalıdır?

a)      ali

b)     orta

c)      tam orta

d)     qanunvericilikdə belə hal nəzərdə tutulmayıb

 

17. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərilənlərdən hansı dövlət qulluğu vəzifəsinin anlayışına aiddir?

a)     dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən məqsəd və funksiyaların yerinə yetirilməsidir

b)    dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir

c)     dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən dövlət qulluqçularının qurumudur

d)    heç biri

 

18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifə tutan şəxsin hüquqi statusu nə ilə müəyyən edilir?

a)      müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

b)     Konstitusiya ilə

c)     Konstitusiya qanunu ilə

d)     “Dövlət qulluğu haqqında” qanunla

 

19. Dövlət Qulluğu İdarəetmə Şurasına aid aşağıdakılardan biri yanlışdır:

a)     Şura dövlət orqanı hesab olunur və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər

b)    Şuranın qəbul etdiyi qərarlar məcburidir

c)      Şuranın qəbul etdiyi qərarların məcburiliyi Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.

d)   Şura 18 nəfər üzvdən ibarətdir

 

20. Dövlət qulluqçusunun andının mətni hansı sənədlə müəyyən edilib?

a)   dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir

b)  “Dövlət qulluğu haqqında” qanunla müəyyən olunur

c)   Konstitusiya ilə müəyyən olunur

d)  vəzifə təlimatları ilə müəyyən olunur

 

21. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqq nə zaman verilir?

a)  xidmətin ilk ilindən başlayaraq

b) ən azı 5 il qulluq stajına malik olduqda

c)   xidmətin ikinci ilindən başlayaraq

d) daimi dövlət qulluğuna qəbul edildikdə

 

22. Aşağıdakılardan hansı dövlət qulluqçuları üçün təsis edilmiş orden, medal və fəxri adlara aiddir?

1) “Vətənə xidmətə görə” ordenin üç dərəcəsi
2) “Azərbaycan bayrağı” ordeni

3) “Şöhrət” ordeni

4) “Dövlət qulluğunda fərqlənməyə görə” medalı

a)     1,2

b)    1,3

c)     1,4

d)    3,4

 

23. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun əlavə təhsil alması üçün əsas deyil:

a) dövlət qulluğunda daha yüksək vəzifəyə təyin olunması

b) dövlət qulluqçusunun şəxsi təşəbbüsü

c) dövlət qulluqçusunun ehtiyat kadrlar siyahısına daxil edilməsi

d) dövlət qulluqçusuna növbəti ixtisas dərəcəsinin verilməsi

 

24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıda göstərilənlərdən hansı dövlət qulluğunun əsas prinsipi deyil?

a) qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması,

eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması

b) irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə bağlı olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi

c) dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası

d) təqsirsizlik prezumpsiyası

 

25. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusuna tətbiq edilən intizam tənbeh tədbirlərinə aid deyil:

a) xəbərdarlıq

b) dövlət qulluğundan azad edilməsi

c) daha aşağı təsnifatdan olan digər vəzifəyə keçirilməsi

d) ixtisas dərəcəsinin bir pillə aşağı salınması

 

26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu hansı tarixdə qəbul edilib?

a)  21 iyul 2000-ci il

b) 21 iyul 2002-ci il

c)  21 iyul 2001-ci il

d) 21 iyul 2003-ci il

 

27. Dövlət qulluqçusuna uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyətin verilməsi qaydasını göstərin:

1) 5 ildən 10 ilədək əmək stajına görə – 2 təqvim günü
2) 10 ildən 15 ilədək əmək stajına görə – 4 təqvim günü
3) 5 ildən 10 ilədək yalnız dövlət qulluğu stajına görə – 2 təqvim günü
4) 10 ildən 15 ilədək yalnız dövlət qulluğu stajına görə – 4 təqvim günü
5) 5 ildən 10 ilədək əmək stajına görə – 4 təqvim günü
6) 10 ildən 15 ilədək əmək stajına görə – 6 təqvim günü
7) 15 ildən çox əmək stajına görə – 6 təqvim günü

a)     1,2,7

b)    1,3,4

c)     2,3,5,6

d)    2,3,4,7

 

28. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusunun təminatlarına aid olmayan cavabı göstərin:

1) mehmanxanada və ya xidməti yaşayış sahəsində yer
2) iki aydan çox müddətə ezamiyyətə göndəriləndə ayrıca xidməti mənzil sahəsi
3) zəruri texniki xidmətlər və sosial məişət xidmətləri
4) rabitə vasitələrindən istifadə imkanı
5) şəxsi nəqliyyat vasitəsi

a)     2,3

b)    1,3,4

c)     2,3,5

d)    2,5

 

29. “Dövlət qulluğu haqqında” AR Qanununa əsasən göstərilənlərdən hansı dövlət vəzifəli şəxsdir?

a)     İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir

b)    İnzibati və yardımçı vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir

c)     İnzibati vəzifə tutan və 3 il qulluq stajı  olan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir

d)    heç biri

 

30. Dövlət orqanı nədir?

a)      Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən və digər fondlar hesabına maliyyələşdirilən dövlət qulluqçularının qurumudur

b)    Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.

c)     Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.

d) Heç biri doğru deyil

 

31. Aşağıdakılardan hansı dövlət qulluqçusunun əsas vəzifələrinə aid deyil?

a)     qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli

b)    lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;

c)     qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli

d)    dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya başqa dövlət orqanında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük verilməlidir

 

32. Dövlət qulluqçuları üçün təminatlara aid deyildir?

a)      dövlət məvacibi və başqa ödənişlər

b)     lazımi qulluq şəraiti

c)      haqqı ödənilən məzuniyyət

d)     təkrar hazırlıq və ixtisasartırma

 

33. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğuna hansı əsaslarla xitam verilə bilməz?

a) dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə

b) dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda

c) dövlət qulluqçusunun öz arzusu ilə

d) dövlət orqanının statusu dəyişdikdə

 

34. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı qaydaları tənzimlənir:

a) AR Prezidenti tərəfindən

b) AR Təhsil Nazirliyi tərəfindən

c) AR Nazirlər Kabineti tərəfindən

d) AR Milli Məclisi tərəfindən

 

35. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğuna xitam verilir:

a) dövlət qulluqçusunun xidməti fəaliyyəti qeyri-kafi qiymətləndirildikdə

b) dövlət orqanında struktur dəyişikliyi baş verdikdə

c) dövlət qulluqçusu məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə

d) dövlət orqanı ləğv edilmədikdə

 

36. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu dövlət qulluğunda irəli çəkilə bilər:

a) yalnız müsahibə yolu ilə

b) qulluqda yüksəliş, müsahibə və ya müsabiqə yolu ilə

c) yalnız müsabiqə və müsahibə yolu ilə

d) yalnız qulluqda yüksəliş yolu ilə

 

37. Dövlət məvacibi ibarətdir:

1) vəzifə maaşından

2) sosial sığorta haqlarından

3) mükafatlardan

4) ezamiyyət xərclərindən

5) qulluq stajına görə əlavələrdən

6) dövlət qulluqçusunun ixtisas dərəcəsinə görə əlavələrdən

a)     1,3,4

b)    1,3,5,6

c)     2,4,5,6

d)    Hamısı

 

38. Dövlət qulluqçusunun pensiyasının məbləği asılıdır:

1) dövlət qulluğu vəzifəsində qulluq stajından
2) dövlət məvacibinin məbləğindən

3) xidməti ezamiyyət müddətində ödənilmiş pul təminatlarından
4) dövlət orqanlarında əlavə ödənişli vəzifə tutma üçün ödənilmiş məvacibdən

a)     1,2

b)    1,3

c)     2,4

d)    2,3

 

39. Dövlət qulluqçusunun malik olduğu əsas hüquqlara aid deyil?

a)      vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq

b)     dövlət qulluqçusunu işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək

c)     elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq

d)     dövlət orqanlarında əlavə ödənişli fəaliyyətlə məşğul olmaq

 

40. Dövlət qulluqçuları üçün hansı təminatlar verilir?

1) lazımi qulluq şəraiti

2) haqqı ödənilən məzuniyyət

3) dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya başqa dövlət orqanında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük
4) xidməti nəqliyyat və mənzillə təmin olunmaq
5) dövlət qulluqçusunun hazırkı funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmaq

a)   1,2,4

b)  1,2,3

c)   2,4,5

d)  3,4,5

 

41.  Dövlət qulluğunun xüsusi növünə aid deyil:

a)    Prokurorluq, ədliyyə, milli təhlükəsizlik orqanları

b)    fövqəladə hallar, sərhəd xidməti, miqrasiya xidməti

c)     mərkəzi və yerli icra hakimiyyəti orqanları

d)   xarici işlər və feldyeger rabitəsi orqanlar

 

42.    ’’Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunu şamil edilmir:

a)      Azərbaycan Respublikasının Mərkəzi Bankının aparatında çalışan hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə

b)      Miqrasiya xidməti aparatında çalışan hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə

c)       Müdafiə Nazirliyinin aparatında çalışan hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə

d)      İnzibati və yardımçı vəzifə tutan dövlət qulluqçuları

 

43. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilən dövlət qulluqçusunun andının mətni hansı sənədlə müəyyən edilir?

a) Əmək məcəlləsi

b) Dövlət qulluğu haqqında qanunla

c) Əmrlə

d) Qanunvericilikdə belə bir hal nəzərdə tutulmayıb

 

44. Aşağıdakılardan biri yanlışdır:

a)     Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən AR Konstitusiyasını və digər qanunlarını rəhbər tuturlar

b)   Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən siyasi partiyaların və ictimai birliklərin qərarlarının bəzi hallarda onlara aidiyyatı ola bilər

c)     Dövlət qulluqçuları siyasi partiyaların və ictimai birliklərin üzvü ola bilərlər

d)    Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır

 

45.  Dövlət qulluğunu idarəetmə orqanı hesab olunur:

a)  Dövlət Qulluğunu İdarəetmə Şurası

b) Azərbaycan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

c)  Dövlət qulluğu məsələləri üzrə Aparat

d) Prezident, Milli Məclis və Konstitusiya Məhkəməsindən ibarət komissiya

 

46. Dövlət qulluğu haqqında qanunvericiliyə aid deyil:

a)     Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən qanunvericilik aktları

b)  Azərbaycan Respublikasının Konstitusiyası

c)   Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

d)  Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun

 

47. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu normativ hüquqi aktın tətbiqinə kim nəzarət edir?

a)   Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası

b)   Prezident

c)    Milli Məclis

d)   Azərbaycan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

 

48. AR Dövlət Qulluğunu İdarəetmə Şurasının qərarları dövlət qulluqçuları üçün birbaşa məcburidirmi?

a)   bəli

b)   xeyir

c)    Prezidentin razılığı ilə məcburudir

d)   Milli Məclisin razılığı ilə məcburidir

 

49. “Dövlət qulluğu haqqında” AR Qanununa əsasən kimlər yardımçı vəzifələrə aid edilir?

a)   kargüzar, arxiv qeydiyyatçısı

b)   liftçi, sürücü

c)    makinaçı, kuryer

d)   hamısı

 

50. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”na nələr daxildir?

a)  vəzifələrin təsnifatları və adları

b) ixtisas dərəcələri

c)  vəzifələrin tutulması şərtləri haqqında məlumatlar

d) hər biri

 

51.  Dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır:

a)  “Dövlət qulluğu haqqında” qanun

b) İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu

c)  Konstitusiya

d) əsasnamə

 

52. Aşağıdakılardan hansı dövlət qulluqçusunun əsas vəzifələrinə aiddir?

a)  dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi

b) qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta

c)  qulluq etikası normalarına əməl etməlidir

d) dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası

 

53. Dövlət qulluqçuları üçün təminatlara aid deyildir?

a)  dövlət məvacibi və başqa ödənişlər

b) lazımi qulluq şəraiti

c)  haqqı ödənilən məzuniyyət

d) təkrar hazırlıq və ixtisasartırma

 

54. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifədə qulluq stajına görə əlavə haqq aşağıdakılardan kimə şamil edilir?

1)   inzibati vəzifə tutan dövlət qulluqçusuna

2)    yardımçı vəzifə tutan dövlət qulluqçusuna

3)    məhkəmə sədrlərinə və məhkəmə hakimlərinə

4)    AR mərkəzi icra hakimiyyəti orqanının rəhbəıi və onun müavinlərinə

5)    AR Milli Məclisinin sədr və müavinlərinə

6)    AR Nazirlər Kabinetində çalışanlara

a)  1.4.6

b) 1.3.5.6

c)  1.2.5.6

d) 1,2,4

 

55. Dövlət qulluqçusunun intizam məsuliyyətinə səbəb olan hallar?

1)     dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi

2)   elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq

3)   “Dövlət qulluğu haqqında” AR Qanununu ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması

4)   dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət edilməməsi

5)   əmanətlərdən, qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək

a)  1.3.4

b) 1.2.5

c)  2.4.5

d) 1.4.5

 

56. “Dövlət qulluqçuları üçün təminatlar” maddəsinə aid deyil?

1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər

2. lazımi qulluq şəraiti

3. dövlət məvacibi almaq

4. dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası

5. müvafiq istiqamət üzrə əlavə təhsilalma

6. pensiya təminatı və dövlət sosial sığortası

a) 1, 2, 3, 5, 6                        b) 1, 2, 3, 4

c) 1, 2, 4, 5, 6                        d) 1, 2, 3, 4, 5

 

57. Dövlət qulluqçusuna qarşı hansı intizam tənbeh tədbirləri görülə bilər?

1) töhmət

2) bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması

3) altı ay müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması

4) ixtisas dərəcəsinin 1 pillə aşağı salınması

5) “Dövlət qulluğunda fərqlənməyə görə” medalından məhrum edilməsi

a)  1,2,

b) 1,3,5

c)  1,2,4

d) 1, 3, 4, 5

 

58. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilən dövlət qulluqçusunun andının mətni hansı sənədlə müəyyən edilib?

a)  vəzifə təlimatları ilə

b) “Dövlət qulluğu haqqında” qanunla

c)  Konstitusiya ilə

d) yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər

 

59. Dövlət qulluqçuları üçün təminatlara aiddir?

a)  icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq

b) ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq

c)  qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq

d) heç biri

 

60. Dövlət qulluqçusuna qarşı intizam tənbeh tədbirlərindən hansı dövlət qulluqçusunun işlədiyi dövlət orqanının rəhbərinin səlahiyyət verdiyi şəxs tərəfindən tətbiq oluna bilər:

a)  töhmət

b) bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması

c)  həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı olan işə keçirilməsi

d) dövlət qulluğundan azad edilməsi

 

61.  Dövlət qulluqçuları üçün vəzifə maaşlarının məbləği müəyyən edilir?

a)  dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun

b) qulluq stajına görə

c)  ixtisas dərəcəsinə uyğun

d) əmək kitabçasına uyğun

 

62.  Boşalmış vəzifənin tutulması üçün müsabiqədən keçmiş və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş namizədlərin seçilərək vəzifəyə təyin olunmasını kim həyata keçirir?

a)  Dövlət Qulluğu Məsələləri üzrə Komisiya

b) dövlət orqanının rəhbəri

c)  Dövlət Qulluğu İdarəetmə Şurası

d) heç biri

 

63. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluqçuları üçün qısaldılmış iş vaxtı tətbiq edilə bilərmi?

a)  dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilər

b) dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilməz

c)  bütün hallarda qısaldılmış iş vaxtı müəyyən edilə bilər

d) heç biri

 

64. Dövlət orqanının rəhbəri dövlət qulluqçusu üçün müəyyən edilmiş iş vaxtını ay ərzində əvəzi ödənilmədən artıra bilərmi?

a)  qulluq üçün zəruri olduqda 5 saata qədər artıra bilər

b) artıra bilməz

c)  əvəzi ödənilmədən 10 saat artıra bilər

d) heç biri

 

65. Tətbiq olunmuş intizam tənbehi tədbirinin ləğv edilməsi üçün dövlət qulluqçusu şikayət verə bilər:

a)  14 iş günü ərzində yuxarı dövlət orqanına

b)  7 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına

c)  7 iş günü ərzində Dövlət Qulluğu İdarəetmə Şurasına

d) 10 gün ərzində Dövlət Qulluğu İdarəetmə Şurasına

 

66. Tətbiq olunmuş intizam tənbeh tədbirinin ləğv edilməsi üçün yuxarı dövlət orqanına daxil olmuş şikayətə hansı müddətdə baxılır və hansı qərar qəbul edilir?

a)  10 gün ərzində həmin orqan tərəfindən ya ləğv olunmalı, ya da qüvvədə saxlanmalıdır

b) 10 gün ərzində həmin orqan tərəfindən qüvvədə saxlanmalıdır

c)  10 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən ya ləğv olunmalı, ya da qüvvədə saxlanmalıdır

d) 10 iş günü ərzində həmin orqan tərəfindən ləğv edilməlidir

 

67. Dövlət orqanının rəhbəri dövlət qulluqçusu üçün müəyyən edilmiş iş vaxtını ay ərzində əvəzi ödənilmədən artıra bilərmi?

a)  qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilməklə 5 saata qədər artıra bilər

b) artıra bilməz

c)  qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 10 saata qədər artıra bilər

d) qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər

 

68. İnzibati vəzifə tutanlar üçün ildə bir dəfə verilən haqqı ödənilən məzuniyyətin müddəti nə qədərdir?

a)  30 təqvim günü

b) 1 ay

c)  21 təqvim günü

d) 40 təqvim günü

 

69. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda:

a)  ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifədə işləməlidir

b) ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir

c)  ixtisasını dəyişdirib iddiasında olduğu yardımçı vəzifənin profilini öyrənməlidir

d) heç biri

 

70. Dövlət orqanı hansılardan maliyyələşmir?

1. Dövlət büdcəsindən

2. Sosial təminatı və müdafiəni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının büdcəsindən

3. NMR büdcəsindən

4. İşsizlikdən müdafiə fondunun büdcəsindən

a) 1, 4

b) 2, 4

c) 2, 3

d) 1, 3

 

71. Şəxsi işin aparılmasında tələbləri pozan şəxslər hansı qanuna əsasən məsuliyyətə cəlb edilirlər?

a) Dövlət qulluğu haqqında qanun

b) Mülki məcəllə

c) İnzibati xətalar məcəlləsi

d) Cinayət məcəlləsi

 

72. Dövlət qulluqçusu olmayan işçilər hansılardır?

1. xadimə 

2. liftçi 

3. dalandar

4. sürücü   

5. gözətçi 

6. ocaqçı

7. ixtisas dərəcəsi olmayan fəhlə

8. bağban

a) 1,3,4,5,6,7

b) 1,2,3,4,5,6

c) 1,2,3,5,6,8

d) 1,3,5,6,7,8

73. İnzibati vəzifələrin ikinci təsnifatı üzrə ən yüksək və dördüncü təsnifatı üzrə ən kiçik ixtisas dərəcəsi verilmiş bəndi müəyyən edin:

a) 1-ci dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri

b) 2-ci dərəcə dövlət müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu

c) Dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun kiçik müşaviri

d) Dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri

74. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən hansı qaydada şikayət vermək olar?

a) Onun imzalandığı gündən 10 iş günü müddətində müvafıq icra hakimiyyəti orqanına

b) Onun qeydiyyata alındığı gündən 7 iş günü müddətində müvafıq icra hakimiyyəti orqanına

c) Onun imzalandığı gündən 10 iş günü müddətində Dövlət Imtahan Mərkəzinə

d) Onun imzalandığı gündən 7 iş günü müddətində

müvafıq icra hakimiyyəti orqanına

75. İntizam tənbeh tədbirlərinin ardıcıllığı hansı bənddə düzgün göstərilmişdir?

 1. İxtisas dərəcəsinin bir pillə aşağı salınması

2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması

3. dövlət qulluğundan azad edilməsi 

4. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi

5. töhmət

6. daha aşağı təsnıfatdan olam vəzifəyə keçirilməsi

a) 5.2.6.4.1.3

b) 5.2.1.4.6.3

c) 5.2.1.6.1.3

d) 5.2.4.6.1.3

 

76. Birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun hər təsnifat üzrə ixtisas dərəcəsi alması üçün hansı tələb müəyyənləşdirilmişdir?

a) Dövlət qulluğunda azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil o vəzifələrdə azı 2 il qulluq stajı olmalıdır

b) Dövlət  qulluğunda azı 10 il qulluq stajı, həmin          təsnifatlara daxil  o

vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır

c) Dövlət qulluğunda azı 10 il qulluq stajı, həmin

təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır

d) Dövlət qulluğunda azı 5 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 2 il qulluq stajı olmalıdır

 

77. Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq birinci-ikinci təsnifat vəzifələri üçün vacibdir:

a) İxtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir;

b) İxtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 4 il təşkil etməlidir;

c) İxtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 3 il təşkil etməlidir;

d) İxtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir.

 

78. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakılardan hansıları etməlidirlər? Tam və düzgün cavabı müəyyən edin.

1. Qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;

2. Rəhbərlərin öz imkanları daxilində verdikləri əmrləri, sərəncamları göstərişləri yerinə yetirməli;

3. Dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;

4. Başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi döv orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;

5. Vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;

6. Lazım gəldikdə öz bacarıqları daxilində rəhbərin göstərişi ilə əlavə iş görməli;

7. Dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı;

a) 1.3.4.5.7

b) 1.3.5.6.7

c) 1.2.3.5.6

d) 1.2.4.5.6

 

79. Dövlət qulluqçusu hansı hüquqlara malikdir? Tam və düzgün cavabı müəyyən edin

1. vəzifə borcunu yerinə yetirmək üçün təşkilatlardan müəyyən edilmiş qayda lazımi informasiya və materiallar tələb etmək və almaq

2. dövlət məvacibi almaq

3. dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq

4. qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq

5. həmkarlar ittifaqlarında birləşmək

6. əmanətlərdən, qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək

7. haqqı ödənilən məzuniyyət

a) 1, 2, 3, 5, 6                        b) 1, 2, 3, 4, 5, 6, 7

c) 1, 2, 3, 5, 6, 7                    d) 1, 2, 3, 4, 6, 7

 

80. Dövlət qulluqçusunun ixtiyarı yoxdur:

1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili təyinatlı vəzifə tutmaq;

2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq

3. Seçki komissiyasının səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz

4. dövlət orqanının və ya yerliözünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmaq

5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən öz hesabına xaricə getmək

6. qulluq vəzifələrini icra etdiyi dövrdə ictimai təşkilatların fəaliyyətində iştirak etmək.

a) 1,3, 4, 5      b) 1,3, 5, 6      c) 1,2, 4      d) 1,2, 4, 5, 6

 

81. Dövlət qulluğuna xitam verilməsi üçün əsas deyildir?

1. Dövlət hakimiyyəti orqanlarının tərkibinin dəyişməsi

2. Dövlət orqanının ləğv edilməsi

3. Dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi

4. Dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədə olma müddəti bitməsi və dövlət qulluqçusunun növbəti sertifikat ala bilməməsi

a) 1, 2, 4         b) 1, 2, 3,4      c) 1, 3  d) 2, 3, 4

 

82. Hər hansı şəxs dövlət qulluğuna hansı hallarda qəbul edilə bilməz?

1. onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə

2. məhkumluğu ödənilməmiş və ya götürülməmişsə

3. əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdirsə

4. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq əlaqəsi olduqda

5. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa

a) 1, 3, 4, 5     b) 1, 2, 3, 5     c) 1, 2, 3,4     d) 1,2, 4. 5

 

83.     İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir?

a) Müvafıq icra hakimiyyəti orqanı

b) Müvafıq icra hakimiyyəti orqanının yaratdığı qurum

c) Müvafıq icra hakimiyyəti orqanının struktur bölməsi

d) müvafiq dövlət orqanı

 

84. Müsahibə ilə bağlı mülahizələrdən hansı biri doğru deyildir?

a) Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər.

b) Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir

c) Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır.

d) Müsahibəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum təşkil edir.

 

85. Müsahibənin nəticələrinin araşdırılması üçün hansı biri əsasdır?

a) Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi bildirişi

b) Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun tələbi

c) Müsahibəni təşkil edən dövlət orqanının müsahibənin nəticələri barədə rəyi

d) Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi

 

86. Müsahibə komissiyasının işi ilə bağlı hansı məsələlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

1. Müsahibə komissiyasının reqlamenti

2. Müsahibə komissiyası tərkibinin formalaşması

3. Müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması

4. Müsahibənin nəticələrinin araşdırılması qaydası

5. Müsahibə üzrə keçid balları

a) 1, 2, 3, 4, 5   b) 1, 2, 3, 5   c) 1, 2, 3, 4   d) 1, 2, 4, 5

 

87. Staj və sınaq müddətləri uyğun olaraq hansı bənddə doğru göstərilmişdir?

a) Altı ay, doqquz ay                  b) Üç ay, altı ay

c) Altı ay, üç ay                          d) Bir il, iki il

 

88. Hansı halda inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir?

a)  Müvafıq vakant inzibati vəzifə üzrə müddətli müqavilə üzrə işləyən olduqda

b) Müvafıq dövlət orqanı üzrə struktur dəyişikliyi gözlənildiyi halda

c)  Müvafıq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda

d) Dövlət orqanının vakant vəzifələri üzrə ehtiyat kadrlar mövcud olduğu halda

 

89. Ehtiyat kadr kimi saxlanılan namizədlər hansı halda onların razılığı ilə vəzifələrə təyin edilir?

a)  Dövlət orqanı müsabiqəyə və müsahibəyə vakant vəzifə çıxardıqda

b) Dövlət oqranında istənilən vakant vəzifə olduqda

c)  Dövlət orqanında analoji vakant vəzifə olduqda

d) Dövlət orqanında struktur dəyişikliyi ilə bağlı vakant vəzifə yarandıqda

 

90. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən hansı müddətində və hara müraciət edir?

a)  30 iş günü müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına;

b) 30 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma;

c)  30 gün müddətində müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma;

d) 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına.

 

91. DövIət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı müddəalardan deyil?

a)       Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

b)       Sertifıkat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan təkrar sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir.

c) Ömürlük sertifikat alan şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.

d) Sertifıkat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər.

 

92. Kimlər bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar?

a)     1 ildən az daimi dövlət qulluğunda olan şəxslər

b)    5 ildən az dövlət qulluğunda olan şəxslər

c)     barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları

d)    6 aydan az dövlət qulluğunda olan şəxslər

 

93. Kimlər müsahibə və müsabiqədə iştirak edə bilməz?

a)     vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları;

b)    ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər;

c)     barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olan şəxslər.

d)    barəsində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları;

 

94. Müsahibənin keçirilməsi üçün yaradılmış müsahibə komissiyası neçə nəfərlik tərkibdə yaradılır?

a)  5       b) 4       c) 3       d)2

 

95. Müsahibənin keçirilməsi üçün müsahibə komissiyasını kim yaradır?

a)     Dövlət Qulluğunu İdarəetmə Şurası

b)    Azərbaycan Respublikası Nazirlər Kabineti

c)     dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı

d)    müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.

 

96. Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması hansı üsullarla həyata keçirilir?

a)  Müsabiqə və müsahibə yolu ilə

b) Müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə

c) Müsabiqə, müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə

d) Müsabiqə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə

 

97. Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci- yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması hansı üsullarla həyata keçirilir?

a)  Müsabiqə və müsahibə yolu ilə

b) Müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə

c)  Müsabiqə. müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə

d) Müsabiqə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə

 

98. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələrin 4-cü təsnifatına aiddir:

a) Azərbaycan Respublikasının Hesablama Palatasının Aparatında şöbə müdiri vəzifəsi
b) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) aparat rəhbərinin müavini vəzifəsi

c) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aparat rəhbərinin müavini vəzifəsi
d) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında sektor müdiri vəzifəsi

 

99. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən birinci kateqoriya dövlət orqanı deyil:

a) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

b) Azərbaycan Respublikasının Hesablama Palatası

c) Azərbaycan Respublikasının Baş Prokurorluğu

d) Məhkəmə-Hüquq Şurasının Aparatı

 

100. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 4-cü kateqoriya dövlət orqanıdır:

a) hərbi məhkəmələr

b) inzibati-iqtisadi məhkəmələr

c) ağır cinayətlər məhkəmələri

d) yerli icra hakimiyyəti orqanları

 

101. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələrin 5-ci təsnifatına aiddir:

a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında məsləhətçi vəzifəsi

b) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatında sektor müdiri vəzifəsi

c) Azərbaycan Respublikası Hesablama Palatasının Aparatında baş məsləhətçi vəzifəsi

d) Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparatında sektor müdiri vəzifəsi

 

102. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərilən ixtisas dərəcələrindən hansı yardımçı vəzifələrin ikinci təsnifatına aid deyil?

a) dövlət qulluğunun baş referenti

b) dövlət qulluğunun 1-ci dərəcə referenti

c) dövlət qulluğunun böyük referenti

d) dövlət qulluğunun 2-ci dərəcə referenti

 

103. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “?” işarəsinin yerinə uyğun gələn variantı tapın:

inzibati vəzifələrin 2-ci təsnifatı

2-ci dərəcə dövlət müşaviri        –       3-cü dərəcə dövlət müşaviri      –     ?

a) 1-ci dərəcə dövlət müşaviri

b) dövlət qulluğunun müşaviri

c) dövlət qulluğunun baş müşaviri

d) dövlət qulluğunun kiçik müşaviri

 

104. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan Muxtar Respublikasın Ali Məhkəməsinin aparat rəhbəri vəzifəsi aiddir:

a) inzibati vəzifələrin beşinci təsnifatına

b) inzibati vəzifələrin üçüncü təsnifatına

c) inzibati vəzifələrin dördüncü təsnifatına

d) inzibati vəzifələrin ikinci təsnifatına

 

105. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 1-ci kateqoriya dövlət orqanıdır:

a) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

b) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi

c) Azərbaycan Respublikasının Ali Məhkəməsi

d) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

 

106. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “?” işarəsinin yerinə uyğun gələn variantı tapın:

 

yardımçı vəzifələr – 1-ci təsnifat

 

dövlət qulluğunun baş referenti

dövlət quluğunun böyük referenti

?

a) dövlət qulluğunun 1-ci dərəcə referenti

b) dövlət qulluğunun 2-ci dərəcə referenti

c) dövlət qulluğunun kiçik referenti

d) dövlət qulluğunun 3-cü dərəcə referenti

 

107. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərilən ixtisas dərəcələrindən hansı yardımçı vəzifələrin ikinci təsnifatına aid deyil?

a) dövlət qulluğunun baş referenti

b) dövlət qulluğunun 1-ci dərəcə referenti

c) dövlət qulluğunun böyük referenti

d) dövlət qulluğunun 2-ci dərəcə referenti

 

108. Göstərilən orqanlardan hansı ali kateqoriya dövlət orqanıdır?

a)  Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi

b) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı

c)  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

d)  Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

 

109. Göstərilən orqanlardan hansı 2-ci kateqoriya dövlət orqanıdır?

a)  Məhkəmə-Hüquq Şurasının Aparatı

b) Azərbaycan Respublikasının Nazirlər Kabineti

c)  Hərbi Məhkəmələr

d) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

 

110. Göstərilən orqanlardan hansı 4-cü kateqoriya dövlət orqanıdır?

a)  Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

b) Yerli icra hakimiyyəti orqanları

c)  Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

d) Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası

 

111. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələr neçənci kateqoriya dövlət orqanlarını əhatə edir?

a)  Ali-5

b) 1-7

c)  Ali-7

d) 1-5

 

112. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yardımçı vəzifələr neçənci kateqoriya dövlət orqanlarını əhatə edir?

a)  Ali-5

b) 1-9

c)  Ali-7

d) 1-5

 

113. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yardımçı vəzifələrin neçə təsnifatı vardır?

a)  1-7

b) 1-4

c)  1-6

d) 1-5

 

114. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələrin neçə təsnifatı vardır?

a)  1-7

b) ali-7

c)  1-9

d) ali-5

 

115. Dövlət qulluğunun ən kiçik ixtisas dərəcəsi hansıdır?

a)  dövlət qulluğunun kiçik referenti

b) dövlət qulluğunun böyük referenti

c)  kiçik dövlət qulluqçusu

d) dövlət qulluğunun 1-ci dərəcə referenti

 

116. Göstərilənlərdən hansı inzibati vəzifələrin ali təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hesab edilir?

a)  1-ci dərəcə dövlət müşaviri

b) həqiqi dövlət müşaviri

c)  dövlət qulluğunun baş müşaviri

d) dövlət qulluğunun müşaviri

 

117. Göstərilənlərdən hansı inzibati vəzifələrin birinci təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hesab edilir?

a)  1-ci dərəcə dövlət müşaviri

b)  2-ci dərəcə dövlət müşaviri

c)   3-cü dərəcə dövlət müşaviri

d)  dövlət qulluğunun baş müşaviri

 

118. Göstərilənlərdən hansı inzibati vəzifələrin ikinci təsnifatı üzrə ən aşağı ixtisas dərəcəsi hesab edilir?

a)  dövlət qulluğunun kiçik müşaviri

b)  dövlət qulluğunun baş  müşaviri

c)   dövlət qulluğunun müşaviri

d)  kiçik dövlət qulluqçusu

 

119. Göstərilənlərdən hansı inzibati vəzifələrin üçüncü təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hesab edilir?

a)  dövlət qulluğunun baş müşaviri

b)  Dövlət qulluğunun kiçik  müşaviri

c)   Kiçik dövlət qulluqçusu

d)  1-ci dərəcə dövlət müşaviri

 

120. Göstərilənlərdən hansı inzibati vəzifələrin dördüncü təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hesab edilir?

a)  3-cü dərəcə dövlət müşaviri

b)  kiçik dövlət qulluqçusu

c)   dövlət qulluğunun müşaviri

d)  dövlət qulluğunun kiçik müşaviri

 

121. Göstərilənlərdən hansı inzibati vəzifələrin altıncı təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hesab edilir?

a)  3-cü dərəcə dövlət müşaviri

b)  dövlət qulluğunun kiçik müşaviri

c)   1-ci dərəcə dövlət qulluqçusu

d)  2-ci dərəcə dövlət qulluqçusu

 

122. Göstərilənlərdən hansı inzibati vəzifələrin yeddinci təsnifatı üzrə ən aşağı ixtisas dərəcəsi hesab edilir?

a)  dövlət qulluğunun kiçik müşaviri

b)  1-ci dərəcə dövlət qulluqçusu

c)   kiçik dövlət qulluqçusu

d)  3-cü dərəcə dövlət qulluqçusu

 

123. Göstərilənlərdən biri inzibati vəzifələrin altıncı təsnifatı üzrə  ixtisas dərəcəsi hesab edilmir?

a)  kiçik dövlət qulluqçusu

b)  3-cü dərəcə dövlət qulluqçusu

c)   2-ci dərəcə dövlət qulluqçusu

d)  1-ci dərəcə dövlət qulluqçusu

 

124. Göstərilən orqanlardan hansı 3-cü kateqoriya dövlət orqanıdır?

a)  Azərbaycan Respublikasının apellyasiya məhkəmələri və Azərbaycan Respublikasının Nazirlər Kabineti

b)  Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

c)   Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

d)  Hərbi məhkəmələr

 

125. Göstərilənlərdən hansı inzibati vəzifələrin yeddinci təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hesab edilir?

a)  1 ci dərəcə dövlət qulluqçusu

b)  2–ci dərəcə  dövlət qulluqçusu

c)   dövlət qulluğunun kiçik müşaviri

d)  heç biri

 

126. Aşağıdakılardan biri yardımçı vəzifə hesab oluna bilməz:

a)  baş mütəxəssis

b)  böyük mütəxəssis

c)   mütəxəssis

d)  məsləhətçi

 

127. İnzibati vəzifələrin birinci təsnifatına aid verilənlərdən biri yanlışdır:

a)  Hesablama Palatasının Aparatının rəhbəri

b)   Konstitusiya Məhkəməsinin Aparatının rəhbəri

c)   Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri

d)  İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) Aparatının rəhbəri

 

128. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbərinin müavini İnzibati vəzifələrin neçənci təsnifatına aiddir?

a)  Birinci

b)  Üçüncü

c)   beşinci

d)  Heç biri

 

129. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini inzibati vəzifənin neçənci təsnifatına aiddir?

a)  beşinci

b)  Ikinci

c)   Üçüncü

d)  Dördüncü

 

130. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbərinin müavini inzibati vəzfənin neçənci təsnifatıdır?

a)  beşinci

b)  dördüncü

c)   birinci

d)  ikinci

 

131. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərilən vəzifələrdən hansına qəbul zamanı ilkin olaraq dövlət qulluqçusunun kiçik müşaviri ixtisas dərəcəsi verilir?

a) Ombudsmanın regional mərkəzlərinin rəhbəri

b) Naxçıvan MR Ali Məclisinin Aparatında bölmə rəhbəri

c) Naxçıvan MR Ombudsman Aparatında bölmə rəhbəri

d) AR Hesablama Palatasında aparat rəhbərinin müavini

 

132. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası nə ilə müəyyən edilir?

a) AR müvafiq Qanunu ilə

b) AR müvafiq Qanunvericiliyi ilə

c) AR Əmək Məcəlləsi ilə

d) AR Konstitusiya Qanunu ilə

 

133. Hansı qaydada dövlət qulluqçusu müsabiqə və müsahibə keçmədən digər dövlət orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə keçirilə bilər?

a)  həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə;

b) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında;

c)  maraqlı dövlət orqanının təqdimatı əsasında;

d) vakant vəzifənin olduğunu dövlət orqanının razılığı ilə

 

134. Dövlət qulluğunun şərtləri ilə bağlı müddəalardandır?

1.      Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

2.      Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər.

3.      İş vaxtı həftədə 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.

4.      İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir.

5.      Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə ödənişsiz məzuniyyətə göndərilə bilər.

a) 1, 2, 3, 4, 5

b) 1, 2, 3, 5

c) 1, 2, 4, 5

d) 1, 2, 3, 5

 

135. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət hansı qaydada verilir?

1. 5 ildən 10 ilədək əmək stajına görə;

2. 10 ildən 15 ilədək əmək stajına görə;

3. 15 ildən çox əmək stajına görə.

a. 4 təqvim günü    

b. 6 təqvim günü    

c. 2 təqvim günü

a) 1-a. 2- b. 3- c.

b) 1- c. 2- a. 3-b.

c) 1-c. 2- b. 3- a.

d) 1 -a. 2-c. 3- b.

 

136. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan digər məsələlər hansı normativ hüquqi aktla tənzim olunur?

a)  ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə

b) Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə

c)  Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə

d) Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə

 

137. İnzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti nə vaxt qiymətləndirilir?

a) Hər təqvim ilinin əvvəlində

b) Hər təqvim ilinin sonunda

c) Hər rübün sonunda

d) Hər ilin iyul və yanvar aylarında

 

138. DövIət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının  sayı 100 nəfərdən az olduqda….

a)  çalışma   müddəti  uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

b) çalışma   müddəti  uzadılmış    işçilərin   sayı dörd ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

c)  çalışma müddəti uzadılmış işçilərin sayı on beş ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

d) çalışma   müddəti uzadılmış işçilərin sayı beş ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

 

139. Hansı vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında 5 ildən artıq müddətdə uzadıla bilər?

a)  İnzibati vəzifələrin ali-ikinci təsnifatına aid vəzifələrdə qulluq keçən

b) İnzibati vəzifələrin ali-üçüncü təsnifatına aid vəzifələrdə qulluq keçən

c)  İnzibati vəzifələrin ali-birinci təsnifatına aid vəzifələrdə qulluq keçən

d) İnzibati vəzifələrin ali təsnifatına aid vəzifələrdə qulluq keçən

 

140. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılarkən hansı hallar nəzərə alınır?

1.   dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi

2.   elmi dərəcənin və ya elmi adın olması

3.   dövlət təltifi ilə təltif edilmə

4.  15 ildən artıq fasiləsiz dövlət qulluğunda olması

5.  attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə

a)  1, 2, 3, 4, 5

b) 1, 2, 3, 4

c)  1, 2, 3, 5

d) 1, 2, 4, 5

 

141. Aşağıdakı vəzifələrdən hansında dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında 5 ildən artıq uzadıla bilər?

a)  Naxçıvan Muxtar Respublikası Mərkəzi İcra Hakimiyyəti orqanlarında aparat rəhbərləri;

b) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatında şöbə müdiri;

c)  Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparatında sektor müdiri;

d) Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarında şöbə müdirləri.

 

142. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir dedikdə nə nəzərdə tutulur?

a)  Azərbaycan Respublikasının əhalisinin demoqrafik vəziyyəti nəzərə alınmaqla, dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalları müəyyən edilməsi

b) Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü nəzərə alınmaqla, dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalları müəyyən edilməsi

c)  Azərbaycan Respublikasının ərazi quruluşu nəzərə alınmaqla, dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalları müəyyən edilməsi

d) Azərbaycan Respublikasının təbii-iqlim şəraiti nəzərə alınmaqla, dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalları müəyyən edilməsi.

 

143. Aşağıdakılardan hansı rəhbər işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi meyarlarına aid deyildir?

a)  təhlil və proqnozlaşdırma

b) kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı

c)  komanda qurmaq bacarığı

d) qərar vermək bacarığı

 

144.  YerIi icra hakimiyyəti orqanlarında 5-7-ci təsnifatlara uyğun vakant vəzifələrə qəbul nə əsasında həyata keçirilir?

a)  Daxili müsahibə əsasında

b) ümumi müsahibə əsasında

c)  Müsahibə əsasında

d) müsabiqə əsasında

 

145. Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə kimin rəyi əlavə edilir?

a)     xidməti fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbərinin rəyi;

b)    xidməti fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusunun birbaşa rəhbərinin rəyi;

c)     xidməti fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusunun rəyi;

d)    xidməti fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusunun bilavasitə rəhbərinin rəyi.

 

146.    Şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hansı hallarda hər hansı bir imtahana cəlb oluna bilməz?

a)  dövlət qulluğuna qəbul edilən şəxs 1 dəfə sertifikat aldıqda;

b) dövlət qulluğuna qəbul edilən şəxs 2 dəfə sertifikat aldıqda;

c)  dövlət qulluğuna qəbul edilən şəxs 4 dəfə sertifikat aldıqda.

d) dövlət qulluğuna qəbul edilən şəxs 3 dəfə sertifikat aldıqda;

 

147.    Aşağıda göstərilən şərtlərdən hansılar ödənilməlidir ki, şəxsin dövlət qulluğuna qəbul edilmək hüququ yaransın? Tam və düzgün cavabı müəyyən edin.

1.   16 yaşma çatmalı;

2.   Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli;

3.   Azərbaycan Respublikasının vətəndaşı olmalı;

4.   İctimai və digər birliklərə mənsubiyyəti olmamalı;

5.   Yaşayış yeri iş yerinə müvafiq olmalı;

6.   Müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olmalı.

a)  1, 2, 3, 6;

b) 1, 2, 3, 4, 5, 6;

c)  2, 3, 4, 5;

d) 1, 2, 3, 4, 6.

 

148. Aşağıda göstərilən şərtlərdən hansılardan asılı olmayaraq vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququ vardır?

1. İrqindən

2. Etnik mənsubiyyətindən

3. Dinindən

4. Dilindən

5. Peşəsindən

6. Yaşından

7. Sosial mənşəyindən

8. Dil biliyindən                                                            

9. Əqidəsindən

10. Vətəndaşlığından

a) 1, 2, 3, 4, 5, 6;

b) 5, 6, 8, 10;

c) 3, 4, 5, 6, 7, 8, 9, 10;

d) 1, 2, 3, 4, 7, 9.

 

 

 

BA qurupu  ÜZRƏ (Açıq Suallar)

 

1.   Aşağıdakı orqanlardan hansı xüsusi dövlət orqanlarıdır?

1.   Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

2.   Azərbaycan Respublikası Energetika Nazirliyi

3.   Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

4.   Azərbaycan Respublikası Vergilər Nazirliyi

5.   Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi

6.   Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi

 

2.   Dövlət qulluğunun prinsiplərinə aid deyil?

1.   dövlət qulluğuna qəbulun şəffaflığı

2.   hər bir kəsin dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi

3.   dövlət qulluqçularının potensialının səmərəli istifadəsi

4.   dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi

5.   hər bir çəxsin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması

6.   dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi

7.   dövlət qulluqçularının sosial müdafiəsi

 

3.   Dövlət qulluğu haqqında qanunvericilik aktlarından deyil?

1.   “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu

2.   ’’Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu

3.   ’’Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu

4.   ’’Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu

5.   Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları

6.   Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları

7.   İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu

 

4.   Verilmiş dövlət orqanları və kateqoriyalar üzrə uyğunluğu müəyyən edin.

a)   2-ci kateqoriya

b)   3-cü kateqoriya

c)   4-cü kateqoriya

1.   Azərbaycan Respublikası Milli Arxiv İdarəsi

2.   Azərbaycan Respublikasının Baş Prokurorluğu

3.   Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti

4.   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri

5.   Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi

6.   Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

7.   Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti

8.   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

9.   Azərbaycan Respublikasının Nazirlər Kabineti

10.     Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

 

5.   Dövlət orqanları hansılar nəzərə alınmaqla kateqoriyalar üzrə təsnifatlaşdırılır?

1.   funksiyalarının məzmunu

2.   yurisdiksiyası

3.   səlahiyyətlərinin mənbəyi

4.   say tərkibi

5.   iyerarxiyası

6.   tutulması üsulları

7.   statusu

 

6.   Məhkəmə orqanlarının kateqoriyalarını müəyyən edin:

a)   Ali kateqoriya

b)   1-ci kateqoriya

c)   3-cü kateqoriya

d)   4-cü kateqoriya

1.   Füzuli Hərbi Məhkəməsi

2.   Gəncə Ağır Cinayətlər Məhkəməsi

3.   2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

4.   Bakı Apellyasiya Məhkəməsi

5.   Azərbaycan Respublikasının Ali Məhkəməsi

6.   İmişli Rayon Məhkəməsi

7.   Şəki Apellyasiya Məhkəməsi

 

7.   “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu aşağıdakı vəzifələrdən hansılara şamil edilir?

1.   Azərbaycan Respublikası müdafiə naziri

2.   AR Prezident Administrasiyasının rəhbəri

3.   AR Mərkəzi Seçki Komissiyasının sədri

4.   AR Prezidentinin İşlər İdarəsinin rəhbəri

5.   AR Yasamal Rayon Məhkəməsinin hakimi

 

8.   Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) ilə bağlı orqanlar dövlət orqanlarının hansı kateqoriyalarında müəyyən edilib?

1.  Ali kateqoriya

2.   1-ci kateqoriya

3.  2-ci kateqoriya

4.  3-cü kateqoriya

5. 4-cü kateqoriya

6.  5-ci kateqoriya

 

9.   Yerli icra hakimiyyətləri ilə bağlı orqanlar dövlət orqanlarının hansı kateqoriyalarında müəyyən edilib?

1.   Ali kateqoriya

2.   1-ci kateqoriya

3.   2-ci kateqoriya

4.   3-cü kateqoriya

5.   4-cü kateqoriya

6.   5-ci kateqoriya

 

10.     Dövlət qulluqçularının hüquq bərabərliyi ilə bağlı aşağıdakı fikirlərdən hansı səhvdir?

1. milliyyətindən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi prinsipi vardır

2. təhsilindən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi prinsipi vardır

3. əmlak vəziyyətindən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi prinsipi vardır

4. dünyagörüşündən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi prinsipi vardır

5. bilik səviyyəsindən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi prinsipi vardır

6. irqindən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi prinsipi vardır

7. ailə vəziyyətindən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi prinsipi vardır

 

11.    Dövlət orqanlarında vəzifələr nədən asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür?

1 . səlahiyyətlərinin mənbəyindən

2.   Ali-5-ci kateqoriya dövlət orqanlarının AR Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətlərindən

3.   funksiyalarının mənbəyindən

4.   funksiyalarının məzmunundan

5.   tutulması üsullarından

6.   səlahiyyətlərinin məzmunundan

7.   səlahiyyətlərinin xüsusiyyətlərindən

 

12. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna hansı məlumatlar daxil edilir?

1.      dövlət orqanlarının katiqoriyaları

2.      vəzifə təlimatları

3.      vəzifələrin adları

4.      vəzifələrin təsnifatları

5. ixtisas dərəcələri

6. qulluq funksiyaları

7. əmək şəraitinin şərtləri

 

13. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu əsasdır?

1.   dövlət qulluqçularının qulluq funksiyalarının hazırlanması

2.   dövlət orqanlarının ştat cədvəllərinin yaradılması

3.   dövlət orqanlarının katiqoriyalar üzrə təsnifatlaşdırılmasının

4.   dövlət orqanlarının struktur quruluşunun müəyyən edilməsi

5.   dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması

6.   dövlət qulluğu vəzifələrin təsnifatlaşdırılması

 

14. İnzibati vəzifələri seçin:

1. baş mütəxəssis

2. aparat rəhbəri

3. aparıcı mütəxəssis

4. bölmə rəhbərinin müavini

5. böyük mühasib

6. sektor müdiri

7. baş məsləhətçi

 

15. Aşağıdakı vəzifələrdən hansılar yardımçı vəzifələrin növlərinə aiddir?

1. kuryer

2. dalandar

3. liftçi

4. ocaqçı

5.   anbar müdiri

6.   gözətçi

7.   inspektor

 

16. Uyğunluğu müəyyən edin:

a)     inzibati vəzifələrin 1-ci təsnifatında

b)     İnzibati vəzifələrin 2-ci təsnifatında

c)     İnzibati vəzifələrin 3-cii təsnifatında

1.   Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərinin müavinlərinin vəzifələri

2.   Dövlət müşavirlərinin vəzifəsi

3.   Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsi

4.   Məhkəmə-Hüququq Şurasının Aparat rəhbərinin müavininin vəzifəsi

5.   Azərbaycan Respublikasının Nazirlər Kabinetində sektor müdirinin vəzifəsi

6.   Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yanında Dövlət Xəzinadarlığı Agentliyinin rəhbərinin müavininin vəzifəsi

7.   Azərbaycan Respublikasının Maliyyə Nazirliyində sektor müdiri

 

17. Uyğunluğu müəyyən edin:

a)     İnzibati vəzifələrin 4-cü təsnifatında

b)     İnzibati vəzifələrin 5-ci təsnifatında

c)     inzibati vəzifələrin 6-cı təsnifatında

1.   Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aparatında bölmə rəhbərinin müavini vəzifəsi

2.   Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baş məsləhətçi vəzifəsi

3.   Naxçıvan Muxtar Respublikasının Əmək Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsi

4.         1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim köməkçislərinin vəzifələri

5.   Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyində şöbə müdirlərinin vəzifələri

6.   Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Aran Regional bölməsinin rəhbəri

7.   Nəsimi Rayon Məhkəməsində məhkəmə iclas katiblərinin vəzifələri

 

18.     Uyğunluğu müəyyən edin:

a)  inzibati vəzifələrin Ali təsnifatında

b)  inzibati vəzifələrin 3-cii təsnifatında

c)  İnzibati vəzifələrin 7-ci təsnifatında

1.   Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində bölmə rəhbərlərinin müavinlərinin vəzifələri

2.   Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanların rəhbərlərinin vəzifələri

3.   Bakı Ağır Cinayətlər Məhkəməsində məslətçi vəzifəsi

4.   Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbə nümayindəsinin vəzifəsi

5.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparat rəhbərinin vəzifəsi

6.   Gəncə Apellyasiya Məhkəməsinin Aparat rəhbərinin müavininin vəzifəsi

7.   Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbə nümayindəliyində məsləhətçi

 

19.     Uyğunluğu müəyyən edin:

a)  Yardımçı vəzifələrin 1-ci təsnifatında

b)  Yardımçı vəzifələrin 2-ci təsnifatında

c)  Yardımçı vəzifələrin 3-cii təsnifatında

d)  Yardımçı vəzifələrin 4-cii təsnifatında

1.   Azərbaycan Respublikası Milli Məclisində aparıcı mütəxəssis-liftçi

2.   Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin İmişli rayon Mədəniyyət və Turizm Şöbəsində mütəxəssis-makinaçı

3.   Azərbaycan Respublikasının Nazirlər Kabinetində mütəxəssis-komendat

4.   Bakı Şəhər Prokurorluğunda baş mütəxəssis-inspektor

5.   Tərtər Rayon İcra Hakimiyyətində aparıcı mütəxəssis-sürücü

6.   Azərbaycan Respublikasının Hesablama Palatasında baş mütəxəssis-kuryer vəzifəsi

7.   Azərbaycan Respublikası Milli Arxiv İdarəsində böyük mütəxəssis- arxiv qeydiyyatçısı

 

20.    “Dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi” – hansı məhfumun anlayışıdır?

1.   dövlət orqanının

2.   dövlət qulluğu vəzifəsinin

3.   dövlət orqanının bölməsinin

4.   dövlət orqanlarının aparatının (və ya onun fəaliyyətini təmin edən qurumun)

5.   dövlət orqanlarının aparatlarının (və ya onların fəaliyyətini təmin edən qurumların) təminedici bölmələrinin

6.   dövlət orqanlarının aparatlarının (və ya onların fəaliyyətini təmin edən qurumların) yardımçı bölmələrinin

 

21. Dövlət qulluqçusuna aid xüsusiyyətlərdir:

1.   Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutmalı;

2.   Maaş istənilən vəsaitdən verilə bilər;

3.   İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içməli;

4.   Azərbaycan Respublikasının vətəndaşı olmalı;

5.   Yalnız müsabiqə və müsahibə əsasında dövlət qulluğu vəzifəsini tutmalı;

 

22. Dövlət qulluqçusunun andına aid müddəalardandır?

1.   And Azərbaycan dövləti ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.

2.   Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

3.   Andiçmə bir dəfə olur. And içən dövlət qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

4.   Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir.

5.   Bütün dövlət qulluqçuları dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içirlər.

 

23. Dövlət qulluqçusunun ixtisas dərəcəsi:

1.   dövlət qulluqçusunun ixtisas səviyyəsini göstərir

2.   dövlət qulluqçusuna inzibati vəzifə tutmaq hüququ verir

3.   dövlət qulluqçusuna icbari tibbi sığortadan istifadə etmək hüququ verir

4.   dövlət qulluqçusuna vəzifə maaşına əlavə haqq almaq hüququ verir

5.   dövlət qulluqçusuna sosial təminatlardan istifadə etmək hüququ verir

 

24. Uyğunluğu müəyyən edin:

1. inzibati vəzifələrin ali təsnifatı üzrə

2. inzibati vəzifələrin birinci təsnifatı üzrə

3. inzibati vəzifələrin ikinci təsnifatı üzrə

4. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə

a)     2-ci dərəcə dövlət müşaviri. 3-cü dərəcə dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri;

b)     həqiqi dövlət müşaviri. 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri;

c)      l-ci dərəcə dövlət müşaviri. 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri;

d)     dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri;

 

25.     Uyğunluğu müəyyən edin:

1. inzibati vəzifələrin dördüncü təsnifatı üzrə

2. inzibati vəzifələrin beşinci təsnifatı üzrə

3. inzibati vəzifələrin altıncı təsnifatı üzrə

4. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə

a)     dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu;

b)    l-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu;

c)     dövlət qulluğunun kiçik müşaviri. 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu;

d)    2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu.

 

26.     UyğunIuğu müəyyən edin:

1.  yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə

2.   yardımçı vəzifələrin birinci təsnifatı üzrə

3.   yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə

4.   yardımçı vəzifələrin ikinci təsnifatı üzrə

a)     dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti və dövlət qulluğunun 1-ci dərəcə referenti;

b)     dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti və dövlət qulluğunun 2-ci dərəcə referenti;

c)      dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti və dövlət qulluğunun 3-cii dərəcə referenti;

d)     dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti və dövlət qulluğunun kiçik referenti.

 

27.     Yalnış olanları müəyyən edin.

1.      İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən yüksək ixtisas dərəcəsi verilir.

2.      3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.

3.      3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.

4.      Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.

5.      İnzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 5 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 2 il qulluq stajı olmalıdır.

 

28.     Doğru olanları müəyyən edin.

1.   İnzibati vəzifələrin üçüncü-altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 2 il qulluq stajı olmalıdır.

2.   İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə almır.

3.   Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.

4.   Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

29.     Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün müəyyən qulluq müddəti vacibdir.

Uyğunluğu müəyyən edin.

1.   üçüncü-beşinci təsnifat vəzifələri üçün

2.   altıncı-yeddinci təsnifat vəzifələri üçün

a)  ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir.

b) ixtisas dərəcəsində qulluq müddəti ardıcıl 2 il təşkil etməlidir.

c)  ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir; djixtisas dərəcəsində qulluq müddəti 1 il təşkil etməlidir;

 

30. Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün müəyyən qulluq müddəti vacibdir.

1. birinci-ikinci təsnifat vəzifələri üçün

2. üçüncü-dördüncü təsnifat vəzifələri üçün

a)  ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;

b) ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir;

c)  ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir;

 

31. Dövlət   qulluqçuları vəzifədə olaraq aşağıdakılardan hansıları etməlidirlər?

1.   dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;

2.   dövlət məvacibi almalı

3.   rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;

4.   müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarım və mənafeyini müdafiə eməli

5.   qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;

6.   lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli

 

32. Dövlət qulluqçusunun andı ilə bağlı mülahizələrdən hansılar doğrudur?

1.      And Azərbaycan dövləti ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.

2.      Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

3.      Andiçmə bir dəfə olur. And içən dövlət qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

4.      Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilir.

5.      Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.

 

33. Dövlət qulluqçularının ixtisas dərəcəsi:

1.   Dövlət qulluqçusunun ixtisas səviyyəsini göstərir

2.   Dövlət qulluqçusuna inzibati vəzifə tutmaq hüququ verir

3.   Dövlət qulluqçusuna vəzifə maaşına əlavə haqq almaq hüququ verir

4.   Dövlət qulluqçusuna toxunulmazlıq hüququ verir

5.   Dövlət qulluqçusuna sosial təminatlardan istifadə etmək hüququ verir

 

34.Uyğunluğu müəyyən edin.

1. inzibati vəzifələrin ali təsnifatı üzrə

2. inzibati vəzifələrin birinci təsnifatı üzrə

3. inzibati vəzifələrin ikinci təsnifatı üzrə

4. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə

a)  dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri;

b) 2-ci dərəcə dövlət müşaviri, 3-cü dərəcə dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri;

c)  l-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri;

d) həqiqı dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri;

 

35.     UyğunsuzluqIarı müəyyən edin.

1. inzibati vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun kiçik müşaviri. 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu;

2. inzibati vəzifələrin beşinci təsnifatı üzrə – dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu;

3. inzibati vəzifələrin altıncı təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu;

4. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət qulluqçusu. 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu.

 

36.     Uyğunluğu müəyyən edin.

1.  yardımçı vəzifələrin birinci təsnifatı üzrə

2.   yardımçı vəzifələrin ikinci təsnifatı üzrə

3.   yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə

4.   yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə

a)  dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti və dövlət qulluğunun kiçik referenti.

b) dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti və dövlət qulluğunun 3-cü dərəcə referenti;

c) dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti və dövlət qulluğunun 2-ci dərəcə referenti;

d) dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti və dövlət qulluğunun 1-ci dərəcə referenti;

 

37.     İxtisas dərəcələri verilərkən nəzərə alınmalıdır?

1.   Dövlət qulluqçusunun tutduğu vəzifə

2.   Əmək stajı

3.   İxtisas dərəcəsində qulluq müddəti

4.   Əvvəllər verilmiş ixtisas dərəcəsi

5.   1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti

 

38.     Aşağıdakılardan hansılar doğrudur?

1.   İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

2.   3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada verilir.

3.   Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.

4.   İnzibati vəzifələrin ali təsnifatı daxil olmaqla, biıinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 2 il qulluq stajı olmalıdır.

İnzibati vəzifələrin üçüncü-altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.

 

39.    Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakılardan hansıları etməlidirlər:

1.   qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;

2.   rəhbərlərin öz istəkləri hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;

3.   dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;

4.   başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;

5.   vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;

6.   lazım gəldikdə şəxsi imkanları hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;

 

40.    Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakılardan hansıları etməlidirlər:

1.   dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verilən günədək saxlamalı;

2.   vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;

3.   qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli;

4.   qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli;

5.   qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli;

6.   diplomatik protokol qaydalarına əməl etməlidir.

 

41.    Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallardan hansılarda qəbul edilə bilməz?

1. onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;

2.     məhkumluğu olubsa;

3.      bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

4.   barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair tibb müəssisəsinin arayışı olduqda;

5.   qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.

 

42.    Aşağıdakılardaıı hansılar doğrudur?

1.     Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır.

2.   Yoxlamanın qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.

3.   Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

4.   Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini yuxarı dövlət hakimiyyəti orqanı müəyyən edir.

5.   Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olmadığı dövlət orqanı təşkil edir

 

43.    Dövlət qulluğuna qəbulla bağlı müddəalardan hansılar doğru deyildir?

1.   Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq müsabiqələr təşkil edir.

2.   Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını Dövlət İmtahan Mərkəzi müəyyən edir.

3.   Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

4.   Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən şəhadətnamə verir.

5.   Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəhadətnamənin qüvvədə olma müddəti üç ildir.

 

44.    Aşağıdakılardan hansılar doğrudur?

1.   Müsahibəni Dövlət İmtahan Mərkəzi təşkil edir.

2.   Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.

3.   Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər.

4.   Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 20 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir.

5.   Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

45.    Müsahibənin keçirilməsi ilə bağlı şərtlərə aiddir:

1.   Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

2.    Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır.

3.    Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi daxil edilməklə yaradılır.

4.    Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.

5.    Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

46. Düzgün olmayan müddəaları müəyyən edin:

1.    Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 10 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar.

2.    Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.

3.    Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçınm işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan soma stajçınm sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir.

4.    Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir.

5.    Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir.

 

 

47. Staj və sınaq müddətləri ilə bağlı doğru olanları tapın:

1. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır.

3. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınmır.

4. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.

 

48. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı müddəalardandır:

1.   Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

2.   Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir.

3.   İki dəfə sertifikat aldıqda həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.

4.   Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər.

 

49. İnzibati vəzifələrin tutulması ilə bağlı müddəalardandır?

1.      İnzibati vəzifələrin ali-dördüncii təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.

2.      Dövlət orqanının rəhbəri inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir.

3.      Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dö\ lət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər.

4.      Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

5.      Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.

 

50. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin:

1.   Bilik səviyyəsi yoxlanılır

2.   İxtisas bilikləri yoxlanılır

3.   Ümumi dünyagörüşü yoxlanılır

4.   Müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılır

5.   Müvafiq vəzifəyə yararlılığı müəyyən edilir.

 

51. Müsahibə zamanı aşağıdakılardan hansı göstəricilər nəzərə alınmalıdır:

1.   ixtisas dərəcəsi;

2.   attestasiyanın nəticələri;

3.   müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma;

 

52. DövIət qulluğunun şərtlərinə daxil deyildir:

1. Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır.

2.   Qulluq üçün zənıri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 10 saata qədər artıra bilər.

3.    İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bır dəfə 21 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir.

4.    Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

 

53.     Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət verilir. Uyğunluğu müəyyən edin:

1.5 ildən 10 ilədək əmək stajına görə

2.10 ildən 15 ilədək əmək stajına görə

3.15 ildən çox əmək stajına görə

a) 4 təqvim günü:

b) 6 təqvim günü;

c) 2 təqvim günü;

 

54.     Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəalardandır:

1.   İnzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.

2.   Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və işçinin gələcək inkişafım müəyyən etməkdən ibarətdir.

3.   Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi onun birbaşa rəhbəri tərəfindən həyata keçirilir.

4.   Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir.

 

55.     Dövlət    qulluqçusunun xidməti fəaliyyəti hansı meyarlar əsasında qiymətləndirilir

1.   peşə bilikləri;

2.   dünyagörüşü;

3.   yaradıcılıq və təşəbbüskarlıq;

4.   şəxsi keyfiyyətləri;

5.   iş təcrübəsi və onu bölüşmə;

 

56.    Rəhbər işçilərin xidməti fəaliyyəti digər işçilərdən əlavə olaraq, hansı meyarlar əsasında qiymətləndirilir:

1. təhlil və proqnozlaşdırma;

2. idarəetmə;

3.   yaradıcılıq və təşəbbüskarlıq;

4.   kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;

5.   komanda qurmaq bacarığı.

 

57.     Dövlət qulluğunda olmanın yaş həddi ilə bağlı müddəalardandır:

1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.

2. 65 yaşma çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən ümumilikdə 1 ildən çox olmayaraq uzadıla bilər.

3.   Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

4.   Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı miivafıq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının 15 faizindən artıq ola bilməz.

5.   Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

6.   Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.

 

58.   65 yaşma çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılarkən nəzərə alınır:

1.   dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;

2.   elmi dərəcənin və ya elmi adın olması;

3.   uzun illər dövlət qulluğunda olması

4.   dövlət təltifi ilə təltif edilmə;

5.   attestasiyadan iki dəfə müvəffəqiyyətlə keçmə.

 

59.     Dövlət qulluğuna hansı əsaslarla xitam verilə bilər?

1.   dövlət qulluqçusunun öz arzusu ilə;

2.   qulluq reqlamentinin dəyişdikdə;

3.   dövlət orqanı ləğv edildikdə;

4.   dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;

5.   qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;

6.   dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə;

 

60.     DövIət qulluğuna hansı əsaslarla xitam verilə bilər?

1.   Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;

2.   qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə;

3.   qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;

4.   məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

5.   dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;

6.   dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.

 

CAVABLAR:  

BB qurupu Üzrə (Qapalı)                                                        

1.   C 26. A 51. B 76. C 101. D 126. D
2.   A 27. A 52. C 77. D 102. A 127. B
3.   D 28. D 53. A 78. A 103. C 128. D
4.   C 29. A 54. C 79. A 104. D 129. B
5.   D 30. B 55. A 80. C 105. D 130. C
6.   C 31. D 56. C 81. C 106. A 131. C
7.   A 32. D 57. C 82. D 107. A 132. A
8.   D 33. D 58. D 83. B 108. C 133. A
9.   C 34. C 59. A 84. D 109. D 134. C
10. C  35. C 60. A 85. D 110. B 135. B
11. D 36. B 61. A 86. A 111. A 136. C
12. C 37. B 62. B 87. C 112. A 137. B
13. A 38. A 63. A 88. C 113. B 138. A
14. D 39. D 64. A 89. C 114. B 139. B
15. A 40. B 65. B 90. D 115. A 140. C
16. C 41. C 66. C 91. B 116. B 141. B
17. B 42. A 67. D 92. C 117. A 142. D
18. A 43. D 68. A 93. D 118. B 143. D
19. A 44. B 69. B 94. C 119. A 144. C
20. A 45. A 70. B 95. C 120. C 145. C
21. C 46. D 71. C 96. B 121. C 146. D
22. C 47. A 72. D 97. A 122. C 147. A
23. D 48. C 73. B 98. D 123. A 148. D
24. D 49. D 74. D 99. A 124. D  
25. A 50. D 75. D 100. D 125. B  

CAVABLAR:  

BA qurupu Üzrə (Açıq)

1) 1.3.4 26) 1-d 2-a 3-c 4-b
2) 2.4.5 27) 1.2.5
3) 1.2 28) 2.3.4
4) a-1.8.10   b-5.6   c-3.4.7 29) 1-c 2-a
5) 2.5.7 30) 1-a 2-c
6) a-5  c-1.2.3  d-6 31) 1.3.5.6
7) 2.4 32) 2.3.5
8) 2.3.4 33)1.2.3.5
9) 3.5.6 34) 1-d 2-c 3-b 4-a
10) 2.4.5 35) 1.2
11) 1.4.5 36) 1-d 2-c 3-b 4-a
12) 3.4.5 37) 1.3.4.5
13) 2.5 38) 1.2.3
14) 2.4.6.7 39) 1.3.4.5
15) 1.3.5.7 40) 2.3.4.5
16) a-3  b-4  c-5.6 41) 1.3.5
17) a-2.5  b-3.6  c-4 42) 1.2.3
18) a-5  b-6  c-4.7 43) 1.2.4.5
19) a-1.3  b-6  c-4.7  d-2.5 44) 2.3.5
20) 4 45) 1.2.4.5
21) 1.3.4 46) 1.4
22) 2.3.4 47) 1.2.4
23) 1.2.4.5 48) 1.2.3.4
24) 1-b  2-c  3-a  4-d 49) 1.2.3.5
25) 1-a  2-c  3-b  4-d 50) 1.3.4.5
51) 1.3
52) 2.3
53) 1-c 2-a 3-b
54) 1.2.4
55) 1.3.5
56) 1.2.4.5
57) 1.3.5.6
58) 1.2.4
59) 1.3.4.5.6
60) 1.2.3.4.5.6

 

                                                                                                               Müəllif: Şamxal Şıxəliyev                                                                                                  Əlaqə:   +994 51 337 37 75   

                                                      Samxal_Muellim_Sixeliyev

 

 

 

Dostlarla Paylaş ↓