MALİYYƏ NAZİRLİYİ- Müsahibə sual Cavab
1) Maliyyə Nazirliyinin fəaliyyət istiqamətləri hansılardır?
2) Maliyyə Nazirliyi nə vaxt yaradılıb və ilk maliyyə naziri kim olmuşdur?
(AXC dövründə)Ölkənin maliyyə sisteminin təşkilinə və tənzimlənməsinə bilavasitə rəhbərlik edən hakimiyyət orqanı.1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasnın qərarı ilə Fətəli Xan Xoyski tərəfındən Tiflisdə yaradılmış 1-ci hökumət kabinəsində ilk maliyyə naziri və xalq maarifi naziri vəzifələrinin icrası Nəsib bəy Yusifbəyliyə tapşırılmışdı. Həmin il iyunun 17-də F.X.Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsində maliyyə naziri vəzifəsinə Əbdüləli bəy Əmircanov təyin olunmuşdu. 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu Bakını azad etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra oktyabrın 6-da F.X.Xoyskinin 2-ci hökumət kabinəsində dəyişikliklər edilərkən maliyyə naziri vəzifəsi Məmməd Həsən Hacınskiyə tapşırıldı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradıldıqdan (1918, dekabr) sonra F.X.Xoyskinin dekabrın 26-da Parlamentin tapşırığı ilə təşkil etdiyi 3-cü hökumət kabinəsində maliyyə naziri vəzifəsini Slavyan-Rus Cəmiyyətindən olan İ.Protasov tutdu. F.X.Xoyskinin kabinəsi istefa verdikdən sonra 1919-cu il aprelin 14-də N.Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət kabinəsində bu vəzifəyə Əliağa Həsənov, 1919-cu ilin dekabrın 24-də N.Yusifbəylinin təşkil etdiyi beşinci hökumət kabinəsində isə Rəşid bəy Qaplanov təyin olundular.
3) Maliyyə Nazirliyinin yeni esasnaməsi nə vaxt qəbul edilmişdir?
- 9 fevral 2009
4) Hazırda maliyyə naziri və onun birinci müavini kimdir?
- Samir Şərifov, Azər Bayramov
5) Maliyyə Nazirliyinin tərkibinə daxil olan struktur vahidləri hansılardır?
6) Maliyyə Nazirliyinin vəzifələrini sayın.
7) Büdcə ili hansı dövrləri əhatə edir?
– 01 yanvar-31 dekabr
8) Dövlət büdcəsinin kassa icrasını nazirliyin hansı orqanı həyata keçirir?
Büdcənin icrası, kassa icrası (budget execution) – dövlət büdcəsinin kassa icrası Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət xəzinədarlıq agentliyi vasitəsilə həyata keçirilir.
Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun müvəkkil banklardakı vahid hesabında saxlanılır.
Vahid xəzinə hesabının idarə edilməsinin və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsinin müstəsna səlahiyyəti dövlət xəzinədarlığına məxsusdur.
Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar gəlirləri tam həcmdə və vaxtında vahid xəzinə hesabına köçürməlidirlər. Dövlət büdcəsinin icrası barədə aylıq hesabat hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir.
9) Büdcə kəsiri nədir və onun aradan qaldırılması yolları hansılardır?
Büdcə kəsiri – dövlət büdcəsinin gəlir və xərclərinin mənfi saldosudur.
Büdcə kəsirinin səbəbləri aşağıdakılar ola bilər:
– dövlət xərclərinin artması – həm planlaşdırılmış, məsələn, iqtisadiyyatın modernizasiyası, milli proqramların həyata keçirilməsi və s., həm də fövqəl: təbii fəlakətlər, müharibələr və s.;
– iqtisadi böhran, tənəzzül, ixrac olunan malların, məsələn, xammal, eləcə də elektronika və s. qiymətlərinin düşməsi səbəbindən dövlət gəlirlərinin azalması;
– dövlət siyasətinin və maliyyə sisteminin effektiv olmaması.
- Aşağı vergi, kölgə bazarın yüksəlişi.
– yüksək büdcə xərcləri, dövlət sektorunda rüşvətxorluq;
– vergi siyasətinin effektiv olmaması, nəticədə iqtisadiyyatda kölgə sektorunun artması;
- büdcə kəsiri ilə vəsait çatışmazlığı anlayışları eyni deyil. Bir qayda olaraq, real büdcə kəsiri planlaşdırma xarakteri daşıyır: onun maksimal parametrləri qəbul edilir və təsdiq olunur;
Büdcə kəsirini azaltmağın bir neçə üsulu var.
Birincisi, pulların emissiyası yolu ilə. Bu, inflyasiyaya, yəni dövriyyədəki pulun dəyərsizləşməsinə və milli valyutaya inamın azalmasına gətirib çıxarır.
İkincisi, əlavə vergilərin tətbiqi, o cümlədən əhalinin müəyyən təbəqələri (“varlılar üçün vergi”), şirkətlərin müəyyən fəaliyyətləri üçün (siqaret istehsalı) və s.
Üçüncüsü, büdcə sekvestrasiyası – xərclərin azaldılması. Lakin burada da ehtiyatlı olmaq lazımdır: məsələn, sosial sektorda bu metod cəmiyyətdə gərginliyin artmasına səbəb ola bilər.
Büdcə kəsirinin maliyyələşdirilməsi üçün həm daxili, həm də xarici borclardan istifadə edilə bilər, bunun üçün maliyyə bazarına dövlətə məxsus olan qiymətli kağızlar buraxılır. Bundan əlavə, gəlir maddələrindən biri kimi dövlət əmlakının satılması da çıxış edə bilər: qiymətli metal və daş ehtiyatları, torpaq və təbii sərvətlər, habelə dövlət müəssisələrinin özəlləşdirilməsi.
10) Büdcə gəlirləri hansı mənbələrdən maliyyələşir?
- 9.1.1. dövlət vergiləri;
- 9.1.2. qrantlar;
- 9.1.3 digər gəlirlər;
- 9.1.4. daxili və xarici mənbələrdən alınan qrantlar və transfertlər;
- 9.1.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər daxilolmalar.
11) Büdcə tərtibi prosesində iştirak edən təşkilatlar hansılardır?
- Mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri,
- büdcə gəlirlərinin icrasını təmin edən orqanlar,
- dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar,
- büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri,
- zərurət yarandıqda, bələdiyyələr.
12) Sekvestr hansı xərc maddələri üzrə tətbiq edilə bilməz?
13) Büdcədənkənar dövlət fondları hansılardır?
- Dövlət Sosial Müdafiə Fondu;
- Əhalinin Məşğulluğuna Kömək Fondu və
- Əlillərin Sosial Müdafiə Fondu.
- Dövlət Yol Fondu,
- Sahibkarlığa Kömək Milli Fondu,
- Neft Fondu,
- Təbiəti Mühafizə Ehtiyat Fondu,
- Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu
14) Ümumi daxili məhsul və ümumi milli məhsulun ingilis dilində adları bir
neçə dəfə müsahibədə soruşulub.
15) Məqsədli büdcə fondlarının vəsaitləri hansı məqsədlər üçün istifadə oluna
bilməz?Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.
- Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
16) Büdcənin hazırlanmasından təsdiq olunmasına qədər gedən prosesin
ardıcıllığını mütləq əzbərləyin. Bu sual bütün müsahibələrdə verilir.
17) Büdcəni hansı dövlət orqanı təsdiq edir?
- Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir.
18) Büdcədə təsdiq olunan ayırmalar nədir və bu ayırmalar hansı xərclərin
maliyyələşdirilməsinə sərf edilir?
- qanunvericiliklə təsdiq olunan və dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə maddələr üzrə xərclənə biləcək vəsaitin yuxarı həddi;
- Hər ilin dövlət büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək həddini göstərir. İl ərzində faktiki xərclərin məbləği, bu Qanunun 18.4-cü və 19.6-cı maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, həmin həddən çox ola bilməz.
19) Yerli büdcə nədir və necə təsdiq edilir?
- Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir.
- Yerli büdcənin tərtibi və icrası büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri əsasında və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatına uyğun olaraq həyata keçirilir.
- Yerli büdcənin müstəqilliyi
- öz mədaxil mənbələrinin və
- bələdiyyənin yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması ilə təmin edilir.
- Bələdiyyələrin müraciəti və qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə yol verilmir.
- Bələdiyyələr maliyyə ilinin sonuna büdcədə əmələ gəlmiş sərbəst maliyyə qalıqlarına müstəqil sərəncam verirlər.
- Bələdiyyələr yerli büdcələrin tərtibində, təsdiqində və icrasında müstəqildirlər.
20) Sosial demoqrafik əhali qrupları nədir və bu qrupa hansı əhali kateqoriyası
aid edilir?– yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlillər, uşaqlar və s.).
21) Azərbaycan Respublikasının hansı ehtiyat fondları var?
- Dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər,
- habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat fondları yaradıla bilər.
- Reserve fund – Kommersiya banklarının məcburi qaydada yaradılan və bir qayda olaraq müəyyən edilmiş normativlər əsasında il ərzində, yaxud illik mühasibat hesabatı bankın təsisçilərinin (payçılarının) ümumi yığıncağı tərəfindən təsdiq edildikdən sonra mənfəətdən ayırmalar hesabına yaranan fonddur.
- Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı,
- Naxçıvan Muxtar Respublikasının büdcəsinin Ehtiyat Fondundan istifadə qaydaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı,
- yerli büdcələrin ehtiyat fondlarının vəsaitlərindən istifadə qaydaları isə bələdiyyələr tərəfindən müəyyən edilir.
- Dövlət Büdcəsinin Ehtiyat Fondu
- A.R.Prezidentinin Ehtiyat Fondu
22) Dövlət büdcəsinin ehtiyat fondu ilə prezdentin ehtiyat fondunun vəsaitləri
dövlət büdcəsinin gəlirlərinin neçə faizi miqdarında təşkil edilə bilər? Bu sual
da bütün müsahibələrdə verilir. Ümumiyyətlə, ehtiyat fondları haqqında
yaxşı oxuyun.
- Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir.
- Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial–iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.
- Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.
- Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.
23) Dövlət büdcəsinin xərclərinə hansı xərclər daxildir?.
- cari xərclər,
- o cümlədən əmək haqqı, əmək haqqına üstəlik,
- pensiya və başqa sosial müavinətlər və ödənişlər,
- malların satın alınması və başqa xidmətlər üzrə xərclər,
- faiz üzrə ödənişlər,
- qrantlar, subsidiyalar və cari köçürmələr;
10.1.2.
- əsaslı xərclər,
- o cümlədən əsas vəsaitlərin alınması,
- kapital qoyuluşları və səhmlərin alınması;
10.1.3.
- kreditlər üzrə borclara,
- faizlərə xidmət xərcləri və layihələrdə pay iştirakı.
10.2. Büdcə xərcləri müvafiq büdcə təsnifatına uyğun olaraq təsdiq olunmuş büdcə ayırmaları həddində cari, investisiya, innovasiya və digər xərclərin maliyyələşdirilməsinə yönəldilir.
10.3. Hər ilin dövlət büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək həddini göstərir. İl ərzində faktiki xərclərin məbləği, bu Qanunun 18.4-cü və 19.6-cı maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, həmin həddən çox ola bilməz.
10.4. Hər ilin dövlət büdcəsi üzrə təsdiq edilmiş ayırmaların icra müddəti , bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, büdcə ilinin sonunda başa çatır.
24) Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən dövlət orqanları
hansılardır?
25) Dövlət büdcəsinə yenidən hansı hallarda və necə baxılır?23.1. Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərtidir.
23.2. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılması zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə alınması mümkün olmamışdırsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.
26) Dövlət büdcəsinin icrası barədə hesabatlara hansı dövlət orqanı rəy verir?Azərbaycan Respublikası Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin icrası barədə illik hesabatlara və müvafiq qanun layihələrinə dair rəy verir.
27) Büdcə ssudaları nədir və hansı müddətə verilir?
- büdcə ssudaları – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına büdcə ili ərzində verilən və ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan maliyyə vəsaiti;
- büdcə ssudalarının verilməsində əsas məqsəd qısamüddətli nağd vəsait çatışmazlığının aradan qaldırılmasıdır və bu alətdən əsasən büdcə sistemi daxilində, xüsusilə yerli büdcələrə münasibətdə istifadə edilir.
28) Dotasiya nədir və nə məqsədlə verilir?dotasiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti;
subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti;
subsidiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti;
Subsidiya və subvensiya – maliyyə büdcəsi hesabına edilən yardımlardır. Bu terminlər dövlət maliyyələşməsinə aid edilir və bir institutun büdcəsindən digərinə transfertləri ifadə edir.
Subsidiya – vətəndaşlara maddi yardım məqsədilə verilən pul miqdarıdır. Bu halda bir institudan müəyyən məqsədi realizə etmək məqsədilə məbləğ ayrılır. Məsələn, cavan ailələrin mənzil əldə etməsi üçün, qəbul olunmuş proqram üzərindən subsidiya ayrılır. Bu zaman, bu proqram üzrə ayrılna subsidiya müəyyən sayda insanların əldə etmək istədiyi mənzilin qiymətinin bir hissəsini qarşılayır, yerdı qalan hissəni ailə özü ödəməlidir.
Subvensiya – İstənilən səviyyəli büdcədən yalnız müəyyən məqsədlər üçün ayrılmış və bu məqsədlər üçün xərclənməli olan pul miqdarıdır. Subsidiya ilə eyni mahiyyət daşısalar da, aşağıda onların əsas fərqi qeyd ediləcək. İlk öncə onu qeyd edək ki, vətəndaşlar birbaşa subvensiya almırlar. Subvensiya yalnız bir büdcədən digərinə köçürülən pul miqdarını ifadə edir.
Subsidiya və subvensiyanın oxşar cəhətləri :
- Onların geri qaytarılaması nəzərdə tutulmur.
- Qarşılıqsız verilir – yəni əldə etmək üçün hər hansı komissiya və ya faiz miqdarı ödəmək lazım deyil.
Subsidiya və Subvensiyanın fərqi :
Yuxarıda da qeyd olunduğu kimi, vətəndaşlara yalnız dotasiya və subsidiya ayrıla bilər. Sosial sferada subvensiyalara rast gəlinmir.
Subvensiya yalnız pul formasında ifadə olunur, subsidiya isə eyni zamanda material formaya malik ola bilər, tədris materialları, dərmanlar və s.
Subvensiya təbii olaraq bu məqsədləri realizə etmək üçün yuxarı büdcədən aşağı büdcəyə maliyyə ötürəcək (material yardımı təşkil etmək məqsədilə ) . Lakin yenə də,bu fərdlərə verilən yardım deyil, institutlar arasında olan transdertdir.
Əgər maliyyə sırf hər hansı məqsəd üçün verilirsə, bu subsidiya, əgər birbaşa məqsəd göstərilmədən, balanslaşdırmaq, kəsri aradan qaldırılmaq üçün verilirsə dotasiya adlanır .
29) Mərkəzləşdirilmiş gəlirlər hansı gəlirlərdir?
- mərkəzləşdirilmiş gəlir – dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir;
30) İcmal büdcə dedikdə nə başa düşürsünüz?
- icmal büdcə – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini (Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri istisna olmaqla) funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədi;
- İcmal büdcəyə dövlət büdcəsi, Sosial Müdafiə Fondunun büdcəsi, Neft Fondunun büdcəsi və Naxçıvan MR-in büdcəsi daxildir.
31) Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla təsdiq olunan əsas
göstəricilər hansılardır?
- gəlirlərin və xərclərin ümumi məbləği;
- vergilərin dərəcələri;
- mədaxil mənbələri üzrə gəlirlərin məbləği;
- mənbələr üzrə qrantlar və transfertlər;
- ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları;
- funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləği;
- Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən qrantların, dotasiyaların, subsidiyaların və subvensiyaların məbləği;
- büdcə ssudalarının ümumi məbləği və istiqamətləri;
- daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər;
- dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi;
- sair beynəlxalq öhdəliklərin məbləği;
- ehtiyat fondlarının məbləği;
- daxili və xarici dövlət borcunun, dövlət zəmanətinin, o cümlədən büdcə ili ərzində cəlb edilən və əvvəlki illərdə alınmış və növbəti büdcə ilinin sonunadək qaytarılması nəzərdə tutulan daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri);
- xərclərin maliyyələşdirilmə ardıcıllığı;
- dövlət büdcəsinin müdafiə olunan xərc maddələri;
- dövlət büdcəsi kəsirinin yuxarı həddinin məbləği;
- Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcə kəsirinin yuxarı həddinin məbləği;
- İcmal büdcənin xərclərinin yuxarı həddinin məbləği;
- təsdiq olunması zəruri hesab edilən digər göstəricilər.
32) Növbəti ilin dövlət büdcəsi hansı tarixədək mütləq təsdiq olunmalıdır?
15.1. Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.
15.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının Milli Məclisinin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir.
- Büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir.
- Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin layihəsinə rəy verir.
15.3. Növbəti büdcə ili üzrə dövlət büdcəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilir.
33) Dövlət büdcəsi qanunla nəzərdə tutulmuş tarixədək təsdiq olunmadıqda
əməliyyatlar necə həyata keçirilir?15.4. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmadıqda,müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafiə olunmuş xərc maddələri üzrə tam) maliyyələşmənin aparılmasının müvəqqəti qaydalarını müəyyənləşdirir.
- Eyni qayda büdcədənkənar dövlət fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir;
15.5. Cari ilin dövlət büdcəsi haqqında Qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.
- Bu əlavə və dəyişikliklər dövlət büdcəsinə yenidən baxılması zərurətini yaratdığı təqdirdə, bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinin müddəaları tətbiq olunur.
34) Yerli büdcələrin icrasına kimlər nəzarət edir?
- Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.
- Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin yerinə yetirilməsi üçün ayırdıqları maliyyə vəsaitinin istifadəsinə nəzarəti həmin orqanlar həyata keçirirlər.
35) Dövlət tərəfindən yerli büdcələrə maliyyə dəstəyi hansı yollarla həyata
keçirilir?Maddə 32. Bələdiyyələrlə dövlət hakimiyyəti orqanları arasında büdcə münasibətləri
36) Bələdiyyə orqanlarına dövlət tərəfindən dotasiya nə məqsədlə verilir?
- yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və subvensiya ayırılır.
37) Dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondları arasında hansı qarşılıqlı
əlaqə mövcuddur?
- büdcədənkənar dövlət fondları – qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində və (və ya) hüquqi şəxs yaratmadan təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə və ya pul vəsaitlərinə malik olan məqsədli dövlət maliyyə fondları;
- Maddə 27. Dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondları arasında qarşılıqlı əlaqə
38) Dövlət borcu hansı hallarda yarana bilər?
- dövlət borcu – Azərbaycan Respublikasının adından bağlanılmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc;
- Maddə 25. Dövlət borcu və ona xidmət göstərilməsi
39) Dövlət büdcəsinin icrasına nəzarəti hansı orqan həyata keçirir?
Dövlət büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata keçirir.
Dövlət büdcəsinin icrasına nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılmaması və vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydaları pozulduqda müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirir.
40) İcmal büdcə və büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin
auditini hansı orqan yerinə yetirir?
- Dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır.
41) Yerli büdcə haqqında qanun lahiyəsi bələdiyyə iclasının müzakirəsi və
təsdiqinə hansı tarixədək təqdim edilməlidir?
- Növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabrın 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir.
42) Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul
edilmişdir?
- 2 iyul 2002-ci il – Bu Qanun 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.
43) Toplu maliyyə balansı nədir və bu sənəddə hansı məlumatlar əks etdirilir?
- toplu maliyyə balansı – konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədi.
44) Büdcə təsnifatı dedikdə nə başa düşürsünüz?
- büdcə təsnifatı – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılması;
45) Müdafiə olunan xərc maddələri hansılardır?7.1. Büdcəyə daxilolmaların vəziyyətindən asılı olmayaraq iqtisadi təsnifatın aşağıdakı maddələri üzrə xərclər müdafiə olunan xərc maddələri hesab edilir və onlara sekvestr tətbiq olunmur:
- 7.1.1. əmək haqqı;
- 7.1.2. əmək haqqına üstəlik;
- 7.1.3. pensiya, başqa sosial müavinətlər və ödənişlər;
- 7.1.4. dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər;
- 7.1.5. hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclər.
46) Dövlət büdcəsinin məqsədi nədir?
- Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi
- ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli,
- dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.
47) Dövlət büdcəsi ilə birlikdə hazırlanıb təqdim edilən sənədlər hansılardır?
Cari ilin aprel ayının 15-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il üçün
- dövlət büdcəsinin ilkin layihəsi,
- büdcə-vergi siyasətinin əsas istiqamətləri,
- büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi,
- dövlət borcları, prioritet xərclər,
- növbəti il və sonrakı üç il üçün icmal büdcə proqnozu (büdcə qaydasına uyğun hesablanmış icmal büdcənin xərclərinin yuxarı həddi də daxil olmaqla),
- dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün zəruri olan qanunvericilik aktlarının layihələri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət investisiya proqramının ilkin layihəsi müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.
48) Dövlət büdcəsinin icrası barədə aylıq hesabatlar nə vaxt tərtib olunur?
- Dövlət büdcəsinin icrası barədə aylıq hesabat hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur, müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.
- Hesabatda dövlət büdcəsinin icrası funksional və iqtisadi təsnifat əsasında ilin əvvəlindən artan yekunla əks etdirilir.
49) Büdcə kəsirinin maliyyələşdirilməsi hansı mənbələr hesabına həyata keçirilə
bilər?
- Büdcə kəsirinin maliyyələşməsi dövlət borcu, kredit və digər mənbələr hesabına həyata keçirilir.
50) Yerli büdcə xərclərini hansı yolla maliyyələşdirə bilər?
- Yerli gəlir
- Dotasiya
- Subvensiya və ssuda
51) Yaşayış minumumundan hansı məqsədlər üçün istifadə olunur?
- yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma;
- 2.0. Yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:
- 2.0.1. aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində;
- 2.0.2. aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında;
- 2.0.3. əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;
- 2.0.4. fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında;
- 2.0.5. əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;
- 2.0.6. dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.
52) Minumum istehlak səbəti nədir və tərkibi necə formalaşdırılır?
minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu;
- Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:
- ərzaq məhsullarının minimum toplusu;
- fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);
- xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.).
- Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.
53) Minumum əmək haqqı nədir və ölkəmizdə hazırda minimum əmək haqqı nə
qədərdir?Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
- Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
- 2010-2022-ci illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası:
- 2010-cu ilin sentyabrından – 85 AZN
- 2011-ci ilin dekabrından – 93,50 AZN
- 2013-cü ilin sentyabrından – 105 AZN
- 2017-ci ilin yanvarından – 116 AZN
- 2018-ci ilin yanvarından – 130 AZN
- 2019-cu ilin martından – 180 AZN
- 2019-cu ilin sentyabrından – 250 AZN
- 2022-ci il yanvarın 1-dən – 300 AZN
54) Əmək qabiliyyəti olmayan şəxslər qrupuna kimlər daxildir?
əmək qabiliyyəti olmayan şəxslər
- əlilliyi olan şəxslər
- “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər,
- vəfat etmiş şəxsin
- 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla),
- yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları.
55) Sosial müavinət nədir və növləri hansılardır?
sosial müavinətlər- bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;
- aylıq müavinətlər:
- dövlət qulluqçularına ömürlük müavinət;
- yaşa görə müavinət;
- ailə başçısını itirməyə görə müavinət;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
- 3 yaşınadək uşağa qulluğa görə müavinət;
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;
- vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;
- beşdən çox uşağı olan qadınlara müavinət;
- övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət.
- Birdəfəlik müavinətlər:
- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
- uşağın anadan olmasına görə müavinət:
- dəfn üçün müavinət.
56) Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər hansı müavinəti ala bilməzlər?
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.
- – dövlət qulluqçularına ömürlük müavinət;- ala bilməzlər
57) Birdəfəlik müavinətlər hansılardır?- yuxarıda
58) Müavinətin təyin olunması şərtləri hansılardır və ya hansı hallarda təyin edilir?
59) Yaşa görə müavinət hansı hallarda təyin edilir?
60) Aylıq müavinatlər hansılardır?- yuxarıda
61) Dəfn üçün nəzərdə tutulmuş müavinəti kimlər ala bilər?
62) Dövlət qulluqçusuna verilən ömürlük müavinət hansı hallarda dayandırıla bilər?
63) Yaşa görə verilmiş müavinət hansı hallarda dayandırılır?
64) Sadələşdirilmiş vergi və əlavə dəyər vergisi hansı hallarda tətbiq edilir?
65) İnflyasiya nədir və onu yaradan amillər hansılardır?
66) Subsidiya nədir?
67) Büdcə sisteminin vahidliyi və müstəqilliyi dedikdə nə başa düşürsünüz?
- Büdcə sisteminin vahidliyi büdcənin formalaşmasının vahid hüquqi bazası ilə, vahid büdcə təsnifatı və büdcə sənədləri formasından istifadə edilməklə, büdcə prosesinin razılaşdırılmış prinsipləri ilə, vahid sosial iqtisadi və vergi siyasəti ilə təmin edilir.
- Tamlıq prinsipi o deməkdir ki, büdcə sisteminin hər bir həlqəsində gəlir və xərclər onların həcmində tam əks olunmalıdır.
- Reallıq- büdcə göstəricilərinin həqiqiliyini göstərir.
- Aşkarlıq prinsipi- təsdiq edilmiş büdcələri və onların icrası haqqında hesabatı və Azərbaycan Respublikasının Prezidentinin göndərişini kütləvi informasiya vasitələrində dərc edilməsini tələb edir.
- Büdcənin müstəqilliyi– gəlirlərin xüsusi mənbələrinin və onların istifadə edilməsi istiqamətlərinin müəyyən edilməsi hüquqi ilə təmin edilir.
- Gəlirlərin xüsusi mənbələrinə
- hər bir büdcə səviyyəsi üçün qanunla gəlir mənbəyinin təhkim edilməsi,
- tənzimləyici gəlirlərdən ayırma,
- Azərbaycan Respublikasının subyektləri və yerli özünüidarəetmə səlahiyyətli orqanları tərəfindən müstəqil olaraq müəyyən edilən əlavə mənbələr aiddir
68) Sekvestr nədir və nə zaman tətbiq edilir?
Maddə 23. Dövlət büdcəsinə yenidən baxılma və xərclərə sekvestr tətbiq olunması
69) Ümumi daxili məhsul nədir və onun hesablanması metodları hansılardır?
Ümumi daxili məhsul (ÜDM) – bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir.
- ÜDM ölkə iqtisadiyyatının inkişafının əsas göstəricisidir. ÜDM artırsa, demək ki, ölkə iqtisadiyyatı da inkişaf edir. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ÜDM hesabladıqda, onlardan hansılarda artma, hansılarda isə azalma olduğunu öyrənmək mümkündür.
- ÜDM-ni müəyyən bir valyutada (məsələn, dollarla) hesablamaqla müxtəlif ölkələrin iqtisadiyyatlarını müqayisə etmək olar.
İstifadə səhvləri
ÜDM-ni bəzən ÜMM (ümumi milli məhsul) ilə qarışdırılır. ÜDM-dən fərqli olaraq, ÜMM faktiki iş yerindən asılı olmayaraq əyalət ərazisində qeydiyyatdan keçmiş şirkətlərin yaratdığı mal və xidmətlərin dəyərini göstərir. Lakin iqtisadçılar bu termindən daha az istifadə edirlər.
Nüanslar
ÜDM-ni hesablamağın üç yolu var:
1. Gəlirlər üsulu – nə qədər pul qazanılıb. Bu halda təşkilatın ümumi mənfəəti, əmlak kirayəsindən gələn gəlirlər, amortizasiyanı, kapital qoyuluşlarından gələn gəlir, idxal və istehsal vergiləri toplanır.
2. Xərclər üsulu – nə qədər pul xərclənib. İstehsalın modernləşdirilməsi, dövlət xərcləri və xalis ixrac da buraya daxildir.
3. Əlavə dəyər üsulu – ölkədə mal və xidmət istehsalı ilə istehlak qiymətləri arasındakı fərq.
ÜDM bir sıra gəlirləri nəzərə almır:
– qiymətli kağızlarla əməliyyatlardan əldə edilən gəlir;
– dövlətin təmənnasız xərcləri (pensiyalar, müavinətlər, təqaüdlər, subsidiyalar və s.);
– hədiyyələr, xeyriyyəçilik;
– ikinci əl mallarının yenidən satışı.
ÜDM-nin əsas iki növü var:
1. Nominal ÜDM – Nəzərdən keçirilən dövrün qiymətlərində ÜDM-in həcmi. Bu halda göstərici bazar qiymətindən asılıdır və istehsal eyni səviyyədə qaldığı halda (məsələn, inflyasiya şəraitində) arta bilər.
2. Real ÜDM – istehsal həcmindəki dəyişikliyi əks etdirir və əvvəlki dövrün qiymətləri əsasında hesablanır. Məsələn, 2020 və 2019-cu illərdə ÜDM-in necə dəyişdiyini müqayisə etmək istəyirsinizsə, 2019-cu ilin qiymətləri əsasında 2020-ci ildə istehsal fərqinə baxırıq.
70) Yaşayış minumu, ehtiyac meyarı nədir? Cari il və əvvəlki ildə bu
göstəricilər əmək qabiliyyətli əhali, işsizlər və uşaqlar üçün nə qədər
olmuşdur? Bu sualı mütləq öyrənin.ehtiyac meyarı – əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd.
- Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir.
- Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar ixtisassız əməklə məşğul olan işçilərinə əməkhaqqını minimum əməkhaqqı məbləğindən az olmayaraq ödəməlidir.
- Ölkə üzrə əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin , ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin məbləğinin yaşayış minimumuna nisbəti hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
- Azərbaycan Respublikasında minimum əməkhaqqı , ehtiyac meyarının həddi mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilir.
- Əmək pensiyaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq artırılır və indeksləşdirilir.
- Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
2022-ci il üçün yaşayış minimumu
- əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 210 manat,
- əmək qabiliyyətli əhali üçün 220 manat,
- pensiyaçılar üçün 176 manat,
- uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir.
2021-ci il üçün yaşayış minimumu:
- ölkə üzrə 196 manat,
- əmək qabiliyyətli əhali üçün 207 manat,
- pensiyaçılar üçün 162 manat,
- uşaqlar üçün 175 manat məbləğində müəyyən edilsin.
71) Büdcə sisteminin əsasını hansı büdcələr təşkil edir?
72) Büdcə ili hansı dövrləri əhatə edir?73) Dövlət borcu kim tərəfindən idarə olunur?
- dövlət borcu – Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc;
- daxili dövlət borcu – Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;
- xarici dövlət borcu – Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;
- dövlət zəmanəti – əsas borcalan götürdüyü borcu borcverənlə razılaşdırılmış qaytarılma şərtlərinə və müddətə uyğun olaraq borcverənə qaytarmadıqda, həmin borc üzrə öhdəliklərin borcverən qarşısında tam və ya qismən yerinə yetirilməsinə dair Azərbaycan Respublikasının bu Qanunla müəyyənləşdirilmiş qaydada üzərinə götürdüyü maliyyə öhdəliyi;
- dövlət borcalması – Azərbaycan Respublikası adından qaytarılma şərtləri Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri olan borcverənlə razılaşdırılmaqla müəyyən müddətə maliyyə vəsaitinin cəlb edilməsi;
Dövlət borcalmaları
- ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək,
- dövlət büdcəsinin kəsirini örtmək,
- dövlət investisiyalarını maliyyələşdirmək və
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədilə həyata keçirilir.
- Dövlət borcu müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi “Dövlət borcu haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin müvafiq aktlarına uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunmasını, dövlət borcunun təkrar maliyyələşdirilməsini həyata keçirən, vahid xəzinə hesabının sərbəst qalığını və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitini idarəetməyə verən və ya idarə edən, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparan, habelə dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.
74) Əsas makroiqtisadi göstəricilər hansılardır?
Klassik mə’nada iqtisadiyyat – insanların qeyri-məhdud tələbatının məhdud təbii və istehsal imkanları ilə ödənilməsi problemlərini həll etməyə çalışan elm və praktiki fəaliyyət sahəsidir.
- Bütövlükdə iqtisadiyyat iki böyük bölməyə ayrılır: mikroiqtisadiyyat və makroiqtisadiyyat.
Mikroiqtisadiyyat – ayrı-ayrı iqtisadi elementlərin iqtisadi davranışını öyrənir. Belə elementlərə ev təsərrüfatları, firmalar sahələr və konkret bazarlar aiddir.
Makroiqtisadiyyat isə əksinə iqtisadiyyatın bütövlükdə fəaliyyətini tənzimləyir.- Milli Hesablar Sistemi (MHS)makroiqtisadi göstəriciləri təsvir və təhlil etmək üçün qarşılıqlı əlaqədə olan ikitərəfli göstəricilər sistemidir.
Milli Hesablar Sisteminin (MHS) qurulması metodologiyasında anlayış, kateqoriya və təriflərdən geniş istifadə olunur. Milli Hesablar Sistemi baxımından təkrar istehsal prosesinin qarşılıqlı əlaqəsini, iqtisadiyyatın dinamikasını təhlil edərkən əsas makroiqtisadi göstəricilərdən istifadə olunur.
Milli Hesablar Sistemində əsas makroiqtisadi göstəricilərdən biri ÜMM və ÜDM-dur.
75) Hansı müavinətlər məcburi dövlət sosial sığorta vasitələri hesabına ödənilir?
76) Əlavə dəyər vergisinin hesablanması qaydasını izah edin.
- ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.
- Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir.
- Əlavə dəyər vergisinin hesablanması qaydası Azərbaycan Respublikası ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə əlavə dəyər vergisinin hesablanması üçün malın gömrük dəyərinin və gömrük rüsumunun cəmi, aksizə düşən mallar üçün isə həmçinin aksiz məbləğinin cəmi əsas götürülür.
- Malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini G, gömrük rüsumunu R, aksiz məbləğini A hərfi ilə işarə etsək, onda əlavə dəyər vergisinin məbləği aşağıdakı qaydada hesablanacaqdır: ƏDV= (G+R+A) x 18%
77) Ölkəmizdə ezamiyyə xərclərinin normaları nə qədərdir?
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması
- Bakı şəhərində 90,0 manat,
- Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat,
- respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.
Mühafizə olunan şəxslərin
ölkədaxilisəfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.78) Əgər siz ezamiyyədəsinizsə nəqliyyat xərcləri ilə bağlı hec bir sənəd
götürməmisinzsə, ezamiyyə xərcləri necə hesablanacaq?nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.
Qeyd olunan xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də daxildir.
Nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür.
79) Mikroiqtisadiyyat və mezoiqtisadiyyat dedikdə nə başa düşürsünüz?
Müasir milli təsərrüfatı üç səviyyədə öyrənirlər, bu onun təşkilinin üç səviyyəsi ilə bağlıdır:
1. Aşağı səviyyə (mikroiqtisadiyyat);
2. Orta səviyyə (mezoiqtisadiyyat);
3. Yuxarı səviyyə (makroiqtisadiyyat).
- Bu səviyyələrin hər birinin öz xarakterik cəhətləri vardır və onlar aşağıdakı iqtisadi əlamətlərinə görə fərqlənirlər.
- Əmək bölgüsü və əmək kooperasiyasının dərəcəsinə görə;
- Mülkiyyətin tipinə (formasına) görə;
- Təsərrüfatın təşkilinin formasına görə;
- İdaəretmə növünə görə.
Mikroiqtisadiyyat tək əmək bölgüsü, sadə əmək kooperasiyası, xüsusi mülkiyyət və azad bazar münasibətləri əsasında fəaliyyət göstərir.
Lakin məhsuldar qüvvələrin inkişafı nəticəsində təsərrüfatın təşkilinin yeni pilləsi formalaşır. Bu orta pillə olan mezoiqtisadiyyatdır. Mezo – yunanca – mesos – aralıq, orta mənasını verir.
Mezoiqtisadiyyat istehsalın təmərküzləşməsi və mərkəzləşməsi nəticəsində formalaşır. İri həcmli birliklər, kombinatlar, komplekslər yaranır. Hətta texnoloji cəhətdən əlaqəsi olmayan konqlomeratlar yaranır. Məsələn,
- avtomobil zavodları birliyi (eyni texnologiyaya əsaslanan müəssisələrin birliyi),
- toxuculuq kombinatı, kimya kombinatı (burada xammalı eyni mənbədən alan, yaxud birinin məhsulu digəri üçün xammal olan müəssisələrin birliyi) və yaxud
- maliyyə cəhətdən müdafiə olunmaq üçün müxtəlif sahənin müəssisələrinin birliyi olan konqlomerat (bank, gəmiqayırma, mehmanxana kimi müəssisələr birliyi).
- İnhisar birlikləri formaları da mezoiqtisadiyyata aiddir.
- Bütün bu deyilənlər mezoiqtisadiyyatın bazarı inhisarlaşdırmağa meylli olduğunu göstərir. Kartel, sindikat, konsern və trest kimi inhisar birliyi formaları da mezoiqtisadi sistemə daxildir..
80) Subvensiya ilə subsidiyanın fərqi nədir?
81) Maliyyə təhlili necə həyata keçirilir?
82) Dövlətin maliyyə resursları dedikdə nə başa düşürsünüz?
83) Maliyyə resursları hansı hissələrdən ibarətdir?Əhalinin, təsərrüfat subyektlərinin, dövlətin, özünüidarə orqanlarının sərəncamında olan pul vəsaitlərinin cəmi maliyyə resurslarını təşkil edir.
Maliyyə resursları məqsədli pul vəsaitləri kimi müəyyən edilir. M / d maliyyə və maliyyə resursları arasında əhəmiyyətli fərqlər var:
1) Maliyyə – mücərrəd kateqoriya olan pul münasibətləri fiziki olaraq hiss oluna bilməz
2) Maliyyə resursları – pul vəsaitləri. Hansı ki, fiziki olaraq hiss oluna bilər, başqa yerə, istənilən məsafəyə daşına bilər
3) Nağd pul müxtəlif yerlərdə saxlanıla və ya gizlənə bilər.
Resurslar mərkəzləşdirilmiş (büdcə, büdcə və qeyri-büdcə fondları) və mərkəzləşdirilməmiş (müəssisələrin maliyyə resursları) bölünür.
Təşəkkül mənbəyi bölünən və yenidən bölüşdürülən milli gəlirdir. Bunun əsasında müvafiq maliyyə resursları mənbələri formalaşır.
- övlət müəssisələrindən, özəlləşdirmədən, habelə xaricdən əldə edilən gəlirlər iqtisadi fəaliyyət;
- qiymətli kağızların və pulların emissiyası, dövlət krediti;
- məcburi ödənişlər (vergilər, rüsumlar, rüsumlar).
84) Fiskal siyasət nədir?- Büdcə vergi siyasəti
İqtisadiyyat və siyasət elmində fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunur. Keyns iqtisadi məktəbinə görə, dövlət vergilərin səviyyəsini (dərəcəsini) və xərclərini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə təsir göstərir.
Fiskal siyasət biznes tsikllərində dəyişikliklər baş verdikdə iqtisadiyyatı sabitləşdirmək üçün tətbiq edilir. Fiskal siyasətin iki əsas aləti olan vergilər və dövlət xərcləri dəyişdikdə, bu aşağıdakı makroiqtisadi göstəricilərə təsir edir :
- Məcmu tələb və iqtisadi aktivliyin səviyyəsi;
- Yığım və investisiyalar;
- Gəlirlərin bölgüsü.
Fiskal siyasət monetar siyasətdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Belə ki,
fiskal siyasət qanunvericilik aktı ilə tənzimlənən dövlət gəlirləri və xərclərindəki dəyişiklik vasitəsi ilə iqtisadiyyata təsir göstərir.
Monetar siyasət isə mərkəzi bank tərəfindən pul təklifinə, faiz dərəcəsinə və məcburi ehtiyat normasına təsir etməklə bunu həyata keçirir.
Fiskal siyasətin 3 əsas növü vardır:
- Neytral fiskal siyasət adətən iqtisadiyyat tarazlıq hökm sürən zaman tətbiq edilir. Bu zaman dövlət xərcləri tam olaraq dövlət gəlirləri hesabına maliyyələşir və iqtisadiyyata neytral təsir göstərir.
- Genişləndirici fiskal siyasət zamanı dövlət xərcləri gəlirləri üstələyir. Bu siyasət adətən böhran dövründə həyata keçirilir.
- Daraldıcı fiskal siyasət həyata keçirilirsə, dövlət gəlirlərinin yalnız bir hissəsi xərclərə yönəldilir. Qalan hissə isə dövlətin daxili və ya xarici borclarının ödənməsinə yönəldilir.
85) Kommersiya bankları dövlət maliyyə sisteminə aid edilir? – Xeyir
AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ SİSTEMİ
Maliyyə bölgü münasibətlərinin daşıyıcısı olduğuna görə, məhz bu bölgü müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının yaradılması və istifadəsi qaydasından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır.
– Dövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə);
– Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin) maliyyəsi (qeyri-mərkəzləşdirilmiş maliyyə).
Bu bölmənin hər biri təşkilati struktura malik olmaqla bir neçə həlqədən ibarətdir.
Maliyyə sistemi geniş mənada özünə habelə 3 kredit-bank sistemini də (ölkənin banklarını və digər kredit idarələrinin məcmunu) daxil edir:
Birinci bölmə – dövlət maliyyəsinin həlqələri mərkəzləşdirilmiş maliyyəyə aiddir və makro səviyyədə iqtisadiyyatı və maliyyə-bölgü münasibətlərini tənzimləmək üçün istifadə edilir.
İkinci bölmə – müəssisə və təşkilatların maliyyəsini qeyri-mərkəzləşdirilmiş maliyyəni əhatə edir və mikro səviyyədə iqtisadiyyatı və sosial münasibətləri tənzimləmək və stimullaşdırmaq üçün istifadə edilir.
Kredit-bank sferası ölkənin banklarından və digər kredit idarələrdən ibarətdir. Ölkənin maliyyə sisteminə maliyyə fəaliyyətini həyata keçirən və tənzimləyən dövlət maliyyə institutları da (təşkilatlar və idarələr) aiddir.
- Dövlət maliyyə sistemi
- Dövlət və yerli büdcələr
- Dövlət krediti
- Büdcədən kənar fondlar
- Bələdiyyələrin maliyyəsi
86) Maliyyə nəzarəti hansı əməliyyatları özündə əks etdirir?
Maliyyə nəzarəti –bütün iqtisadi subyektlər: dövlət, müəssisə və təşkilatların maliyyə fəaliyyəti üzərində qanunverici və icraedici hakimiyyət orqanlarının nəzarətidir.
- İstiqamətləri
- Müxtəlif səviyyəli büdcələrin tərtibi və icra olunmasına nəzarət olunması;
- Büdcə və büdcədənkənar fondların vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsi,
- banklarda və digər kredit təşkilatlarında büdcə vəsaitləri ilə əməliyyatların düzgünlüyünə nəzarət olunması;
- Mövcud büdcə və vergi qanunvericiliyinə riayət olunmasına nəzarət olunması;
- Мəcmu ictimai məhsulun dəyərinin və Milli gəlirin bölgüsü və yenidən bölgüsünə nəzarət olunması və sair.
Maliyyə-büdcə nəzarəti, əsasən, bilavasitə büdcə prosesi çərçivəsində müxtəlif cür nəzarət tədbirlərindən – büdcə təsnifatının gəlir və xərc maddələrinin əsaslılığının qiymətləndirilməsi, bütün səviyyələrdən olan büdcələrin icrasının vaxtamüvafiqliyinin və tamlığının yoxlanılması, büdcədənkənar dövlət fondlarının xərclənməsinə nəzarət və sairədən ibarət olur.
Maliyyə-təsərrüfat nəzarəti isə öz ifadəsini təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat əməliyyatlarının yoxlanılmasında və təftişində, ayrılmış dövlət vəsaitlərinin təşkilatlar tərəfindən istifadəsinin səmərəliliyinin, dövlət əmlakının idarə edilməsinin qanuniliyinin və rasionallığının qiymətləndirilməsində və sairədə tapır.
87) Hal-hazırda Azərbaycan Respublikasında büdcədənkənar dövlət fondları
hansı istiqamətlərdə fəaliyyət göstərirlər?Bu fondlar sosial-iqtisadi xarakter daşıyır və ciddi məqsədli təyinata malikdir. Büdcədənkənar fondların başlıca məqsədi
- əhaliyə sosial xidmət göstərilməsi,
- infrastruktur sahələrinin inkişafına təkan verilməsi və həvəsləndirilməsi,
- iqtisadiyyatın aparıcı sahələrinin intensiv fəaliyyətinə əlavə yardım göstərilməsi,
- yardımçı ehtiyat fondunun yaradılması və s. ibarətdir.
88) Büdcədənkənar bir neçə dövlət fondlarını misal göstərin.
Sahibkarlığın İnkişafı Fondu
- Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi;
- kənd təsərrüfatı
- qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal yönümlü layihələrin dəstəklənməsi;
- xidmət (tibb, təhsil, ictimai iaşə və ictimai nəqliyyat xidməti) yönümlü layihələrin dəstəklənməsi;
- turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
Dövlət Sosial Müdafiə Fondu
- məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
ARDNF-nin yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli və məqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.
- Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi
- Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi
- Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması
Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
Aqrar Sığorta Fondu,
Sahibkarlığın İnkişafı Fondu,
Gənclər Fondu,
Azərbaycan İpoteka Fondu
89) İlin sonunda büdcədə qalan artıq vəsaitin taleyi necə həll edilir?
İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür.
- Vahid xəzinə hesabının sərbəst qalığı dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə bu Qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir,
- qalan vəsaitin dövlət büdcəsinin neft gəlirlərinin cari büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulan məbləğindən artıq daxil olan hissəsindən çox olmayan məbləği Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülür.
- Vahid xəzinə hesabının sərbəst qalığının yerdə qalan hissəsi bu Qanunun 19.2-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş qaydada idarə edilir.
90) Dövlətin maliyyə siyasətinin əsas strateji istiqamətlərinə nələri aid edə
bilərsiniz?
- davamlı inkişafı və stabil iqtisadiyyatı təmin edə biləcək şəffaf və rəqabətqabiliyyətli bank sisteminin yaradılması;
- maliyyə bazarının bütün seqmentlərinin dinamikliyinin təmin edilməsi;
- maliyyə-bank sisteminin tarazlığını təmin edən infrastrukturun yaradılması;
- stabil inkişafı təmin edə biləcək parametrlərin fəaliyyət və nəzarət mexanizminin təkmilləşdirilməsi və s.
- sığorta sektorunun yenidən formalaşdırılması
91) Qeyri-mərkəzləşdirilmiş pul fondları hansılardır?
Maliyyə müxtəlif pul vəsaitləri fondlarının formalaşdırılması və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətləri əhatə edir. Bu pul vəsaitləri fondları mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş fondlara ayrılır.
Mərkəzləşdirilməmiş pul fondları müəssisələrin fondlarıdır. Onlara yığım fondu, istehlak və ehtiyat fondları daxildir.
Yığım fondunun vəsaitləri kapital qoyuluşunun maliyyələşdirilməsinə
və s. xərclərə sərf edilir.İstehlak fondu zəruri və izafi məhsulun dəyəri hesabına formalaşır.
Ehtiyat fondu məhsulun dəyəri hesabına təşkil olunur. Lazım olan ehtiyaclar həmin fondun vəsaiti hesabına ödənilir.
Mərkəzləşdirilmiş pul vəsaitləri fondları dövlət səviyyəsində formalaşdırılır. Onlara müxtəlif hakimiyyət orqanlarının büdcələri və büdcədənkənar fondlar daxildir.
92) Büdcə krediti nədir?
Büdcə krediti — Hüquqi şəxslərə yaxud başqa ölkələrə əvəzsiz yaxud aşağı faizlə və qaytarılma şərti ilə vəsaitlərin verilməsini nəzərdə tutan büdcə xərcidir. Büdcə kreditini almaq istəyən hüquqi şəxslər onun vaxtında qaytarılmasına təminat verməlidirlər.
Belə təminat rolunda bankın təminat məktubu, əmlakın girov qoyulması və s. çıxış edə bilər.
93) Maliyyə proqnozlaşdırılması dedikdə nə başa düşürsünüz?
Proqnozlaşdırma uzun müddətə idarəetmə obyektinin maliyyə vəziyyətinin dəyişdirilməsinə, işlənib hazırlanmasına yönəldilmişdir. Proqnozlaşdırmanın xüsusiyyəti maliyyə göstöricilərinin və idarəetmə obyektinin inkişafının variantlarını müəyyən edən parametrlərin işlənib hazırlanmasında alternativlikdən ibarətdir.
Proqnozlaşdırmanın ən geniş yayılmış metodu – ekspert qiymətləndirilməsini nəzərə almaqla inkişafın bərqərar olmuş meylinin ekstropolyasiya (kənarlaşma) və səbəb–nəticə əlaqələrinin təhlili metodlarıdır.
Bununla yanaşı proqnoz anlayışından maliyyə planının tərtibi üçün zəruri olan hesablamaları, məsələn, məhsul həcminin reallaşdırılması proqnozunu, xərclərin miqdarı proqnozunu və s. hesablamaq üçün də istifadə edilir. Bu hesablamalara müəyyən çeviklik verir, dəyişən şəraitdən asılı olaraq düzəlişlər etməyə imkan verir.
Maliyyə proqnozlaşdırılması dəqiq plan üçün münasib hesab edilən illik və perspektiv maliyyə planlaşdırılması üçün əsas yaradır.
94) Ortamüddətli xərclər çərçivəsinin sənədi nədir?
- ortamüddətli xərclər çərçivəsi – büdcə tərtibinin strateji mərhələsi olmaqla icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin prioritetləşdirilməsi, təqdim edilməsi və idarə olunması məqsədi ilə təşkil olunan, ortamüddətli resurs zərfinin və milli xərc prioritetlərinin uyğunlaşdırılmasını təmin edən institusional tədbirlərin məcmusu;
- ortamüddətli xərclər çərçivəsi sənədi – büdcə tərtibi prosesinin OMXÇ mərhələsində hazırlanan və ortamüddətli resurs zərfini, ortamüddətli büdcə siyasətini, o cümlədən milli xərc prioritetlərini özündə əks etdirən strateji büdcə planı;
OMXÇ-nin əsas məqsədləri aşağıdakılardır:
- makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi;
- dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi;
- fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticəəsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şəraitin yaradılması.
- Büdcənin tərtibi prosesi aşağıdakı iki ardıcıl mərhələyə bölünür:
- büdcə tərtibinin strateji mərhələsi olan OMXÇ mərhələsi;
- texniki və ya illik büdcə tərtibi mərhələsi.
- Bu Qayda yalnız büdcə tərtibi prosesinin birinci mərhələsini əhatə etməklə, büdcə tərtibi prosesində OMXÇ sənədinin hazırlanması prosesini müəyyənləşdirir.
- İllik büdcə tərtibini nəzərdə tutan ikinci – texniki mərhələ isə hazırda tətbiq olunan “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
- OMXÇ-nin hazırlanması prosesi Maliyyə Nazirliyi tərəfindən OMXÇ-nin hazırlanması üzrə təfsilatlı təlimatların təsdiq edilərək, fevral ayının 15-dək büdcə təşkilatlarına göndərilməsi ilə başlanır.
95) Yeni siyasət təşəbbüsləri lahiyəsinin üstünlükləri hansılardır?
Yeni siyasət təşəbbüsü (YST) – növbəti il və sonrakı üç ilə icmal büdcənin və dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təklif olunan yeni layihələr, dövlət proqramları və tədbirlərindən irəli gələn cari və əsaslı xərclərdir;
YST-lər üzrə sifarişlərə aşağıdakılar aiddir:
- cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş fəaliyyətlər üçün qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, mal və xidmətin keyfiyyətinin və həcminin dəyişdirilməsi hesabına təşkilatlar tərəfindən sifariş kimi təqdim olunan, habelə Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş strategiyaya uyğun olaraq təşkilatlar tərəfindən təklif edilən yeni fəaliyyətlər üçün tələb olunan cari və əsaslı xərclərin məbləği;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş strategiyaya uyğun olaraq təklif edilən yeni məqsədli proqram və tədbirlər üçün tələb olunan cari və əsaslı xərclərin məbləği;
- cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş fəaliyyətlər üçün büdcə xərclərinin iqtisadi təsnifatının 310000-ci “Qeyri-maliyyə aktivləri” bölməsi üzrə qanunvericiliyin tələbləri gözlənilməklə istismar müddəti başa çatmış və yararsız qeyri-maliyyə aktivlərinin yenilənməsi üçün tələb olunan maliyyə vəsaitindən əlavə təklif edilən sifarişlər.
96) Ortamüddətli büdcə siyasətinin mahiyyəti nədən ibarətdir?97) Milli xərc prioritetləri özündə hansı xərc istiqamətlərini əks etdirir?
milli xərc prioritetləri – ölkənin ortamüddətli və uzunmüddətli hədəflərinə əsaslanan xərc istiqamətləri;
98) Büdcə təşkilatlarının strateji sektor planlarına nələr daxildir?
büdcə təşkilatlarının sektor strateji planları– büdcə təşkilatlarının Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş qısa və ortamüddətli dövrdə hədəflərini və həmin hədəflərin həyata keçirilməsi tədbirlərini, o cümlədən maliyyələşmə mənbələrini nəzərdə tutan sənəd;
ortamüddətli dövr – növbəti il və sonrakı üç il;
tədbir – strateji planda müəyyən edilmiş hədəf və məqsədlərə nail olunmasına istiqamətləndirilmiş bir-biri ilə əlaqəli işlərin məcmusu.
99) Orta müddətli xərclər çərçivəsinin əsas məqsədləri hansılardır?
- makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi;
- dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi;
- fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticəəsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şəraitin yaradılması.
100) Orta müddətli resusrs zərfi nə deməkdir?
ortamüddətli resurs zərfi – növbəti il və sonrakı üç il üçün icmal büdcənin və dövlət büdcəsinin hesablanmış gəlir və daxilolmalarının məcmusu;
QEYD: Bu suallar bütün müsahibələrdə deyil, bir neçə müsahibələrdə verilən suallardır.
Bütün müsahibələrdə bu sualların düşəcəyi ehtimalı ola bilər sadəcə.
Siz bu tip sualların olacağına əsas diqqət edin…
[QR size=”100×100″ link=”no”][/QR]